13 Avqust 2024 02:54
287
CƏMİYYƏT
A- A+

AFAQ və "Şəhərdən Kəndə" layihələri tərəfindən dəstək tədbirləri həyata keçirilib

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "PAŞA Holding"in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və "Şəhərdən Kəndə" layihələri çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərə dəstək göstərilib.

Növbəti dəstək AFAQ layihəsi çərçivəsində İsmayıllı rayonunda kənd təsərrüfatı ilə məşğul olan 9 fermerə göstərilib. Topçu kəndində fəaliyyət göstərən qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin onlara fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib.

Həmçinin layihə çərçivəsində İsmayıllı rayonunun Kürdmaşı kəndində Solmaz Bağırlının rəhbərlik etdiyi qadın qrupuna məxsus quşçuluq təsərrüfatında istehsal həcminin artırılmasına dəstək məqsədilə 96 kv.m-lik hin tikilib, təsərrüfat 30 ədəd su qabı və 30 ədəd yem qabı ilə təmin olunub.

Bundan başqa, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində Sumağallı kəndində "Arzu" qadın qrupuna məxsus təsərrüfata baxış keçirilib. Fermerlərin fəaliyyətlərinin çoxşaxəli olması və kəndin turizm üçün əlverişliliyi nəzərə alınaraq təsərrüfatın aqroturizm potensialı dəyərləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video