16 Avqust 2025 08:25
527
CƏMİYYƏT
A- A+
Acı xatirə və ədalətə çağırış ünvanı

Acı xatirə və ədalətə çağırış ünvanı


Gəncədə Vətən müharibəsinin izlərini yaşadacaq memorial kompleks inşa edilir


Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələnsə də, onun acı xatirələri xalqımızın yaddaşında dərin izlər buraxıb. Zəfərə gedən yolda Azərbaycan Ordusu qəhrəmanlıq göstərərkən, düşmən cəbhə xəttindən xeyli uzaqda mülki əhalimizi hədəfə alırdı. Belə cinayətlərin ən ağırı Azərbaycanın ikinci böyük şəhəri - Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə raket zərbələrinə məruz qalması idi.

Həmin dəhşətli günlər 2020-ci ilin oktyabr ayının 4, 5, 8, 11 və 17-də yaşandı. Düşmənin mülki əhalinin yaşadığı məhəllələri hədəfə alması nəticəsində 6-sı uşaq olmaqla 26 nəfər həlak oldu, 175 nəfər yaralandı, minlərlə yaşayış və qeyri-yaşayış obyektinə ciddi ziyan dəydi. Raket hücumları şəhərin müxtəlif məhəllələrində böyük dağıntılara səbəb oldu və həmin hadisələrin görüntüləri bütün dünyada erməni vandalizminin sübutu  kimi  yayıldı.

Zəfərlə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyev mülki şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və bu hadisələrin gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində mühüm qərar qəbul etdi. Dövlət başçısının müvafiq sərəncamına əsasən, Gəncə şəhərində xüsusi memorial kompleksin inşasına başlandı. Prezident 2022-ci il yanvarın 30-da Gəncəyə növbəti səfəri zamanı isə memorial kompleksin təməlini qoydu. 

4 hektar ərazidə inşa olunan Gəncə Memorial Kompleksi təkcə bir abidə deyil, həm də tarixi sənəd, müqəddəs yaddaş məkanı olacaq. Spiralvari formada layihələndirilən kompleksin memarlıq həlli raketin yerdə qoyduğu dəhşətli izləri simvolizə edəcək. Yeri gəlmişkən, qeyd edək ki, layihə Böyük Britaniyanın nüfuzlu "Chapman Taylor" şirkəti tərəfindən hazırlanıb. Tikinti layihəsinin müəllifi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu olan abidənin icraçı qurumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Kompleksin ən mühüm hissələrindən biri 1100 kvadratmetrdən artıq sahəsi olan muzeydir. Burada təkcə Vətən müharibəsi zamanı ermənilər tərəfindən törədilən terror hücumları deyil, həm də Azərbaycan xalqına qarşı onların müxtəlif dövrlərdə həyata keçirdikləri cinayətlər - Qərbi Azərbaycan əhalisinin deportasiyası, Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkünlük, mina terroru kimi mövzular da əks olunacaq.

Muzeydə həmçinin bu hadisələrə verilmiş siyasi və hüquqi qiymət, tarixi ədalətin bərpası istiqamətində Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin gördüyü mühüm işlər nümayiş etdiriləcək.

Açıq hava ekspozisiyası isə dağıdılmış binaların qalıqlarını əks etdirəcək. Burada yerləşdiriləcək QR kodlar vasitəsilə ziyarətçilər raket hücumlarından dərhal sonra çəkilmiş foto və videoları izləyə biləcəklər. Bu, hadisələrin canlı şahidliyini təmin edən nadir yanaşmalardan biri olacaq.

Layihənin əhatə dairəsinə gəlincə isə, ərazidə muzey binasından əlavə, raket zərbələrindən zərərçəkmiş evlərin qalıqları, geniş park zonası, fəvvarə, mühəndis qurğuları, qazanxana, transformator yarımstansiyası, yeraltı nasosxana, içməli və yanğın əleyhinə su çənləri inşa edilir. Yeni layihələndirilən bina və qurğuların ümumi tikinti sahəsi 3140,2, bütün yerüstü mərtəbələrin sahəsi isə 3542,2 kvadratmetrdir. Ərazidə mövcud abidə isə 18,2 kvadratmetr sahəni əhatə edir. Hazırda tikintinin son mərhələsi icra olunur. Muzeyin daxili ekspozisiyasının quraşdırılması və ərazinin abadlaşdırılması istiqamətində işlər davam edir. Layihə çərçivəsində 600-dən çox ağac əkiləcək, yaşıllıq zolaqları salınacaqdır.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 30 iyul 2025-ci il tarixli sərəncamına əsasən, Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Prezidentin Ehtiyat Fondundan 10,5 milyon manat vəsait ayrılıb. Bu addım həm hadisələrin unudulmaması, həm də Gəncənin gələcəkdə milli yaddaş mərkəzlərindən birinə çevrilməsi üçün mühüm dəstəkdir.

Tikinti işlərinin başa çatması ilə Gəncə Memorial Kompleksi həm ölkə vətəndaşları, həm də xarici qonaqlar üçün açıq olacaq. Burada baş verən hadisələr təkcə Gəncə sakinlərinin deyil, bütün Azərbaycan xalqının yaddaşında canlı qalacaq, gələcək nəsillərə ibrət dərsi kimi çatdırılacaq. Bir xatirə yeri, ədalətə çağırış ünvanı olacaq kompleks düşmən təcavüzünün qarşısında xalqımızın iradəsini, dövlətimizin gücünü və tarixi həqiqətlərin dəyişməzliyini dünyaya nümayiş etdirəcək.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!