28 Dekabr 2023 20:12
3891
Elm və texnika
A- A+

ABŞ-ın Cənubi Florida Universitetinin Mühəndislik Kollecində Azərbaycanın Dövlət Bayrağı asılıb

 

ABŞ-ın Cənubi Florida Universitetinin Mühəndislik Kollecində Azərbaycanın üçrəngli Dövlət Bayrağı asılıb.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə FOX 13 televiziya kanalı material hazırlayıb. Materialda bildirilir ki, Cənubi Florida Universitetində tələbələrin ən çox sevdiyi bir ritualın əhatə dairəsinə dünyanın daha bir ölkəsi əlavə olunub. 152-ci dəfədir ki, kollecdə məzun olan tələbənin şərəfinə daha bir dövlətin bayrağı qaldırılıb.

Azərbaycanlı Vaqif Əsədov üçün Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin binasının foyesinə daxil olmaq təkcə proqram mühəndisi olmağı öyrənməkdən ibarət deyil. Bu, onun üçün tarixin bir parçası olmaq deməkdir. "İnsanların Azərbaycan haqqında məlumat əldə etməsinə töhfə vermək gözəl hissdir", - deyə V.Əsədov bildirib.

Mühəndislik Kollecinin bayraqlarla bəzədilmiş guşəsində bir çox aparıcı ölkələrin - Yaponiya, Koreya, Almaniya, İngiltərə və Braziliyanın bayraqları asılıb. Onların arasında Lixtenşteyn, Mavriki, Nepal, Uqanda və Qazaxıstan kimi ölkələr də var.

“Burada əsas məqsəd kollecin qonaqpərvər yer olduğunu nümayiş etdirməkdir," - deyə Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin dekan müavini Bernard Batson qeyd edib.

Məqalədə Azərbaycanda müasir memarlıqla yanaşı, qədim tarixə malik olan şəhərlərin mövcud olduğu bildirilir. Qeyd olunur ki, həmyerlisi Vaqif Məmmədov ilə birlikdə Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin yuxarı kurs tələbəsi Vaqif Əsədovun sayəsində kollecin bayraq kolleksiyasına 152-ci bayraq əlavə edilib. Kollecdə ağ aypara və səkkizguşəli ulduzlu Azərbaycan bayrağı dalğalanır. “Bu, mənim həyatımda ən qürurlu anlardan biridir”, - deyə V.Əsədov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video