04 Aprel 2025 17:03
295
DÜNYA
A- A+
2030-cu ilə qədər ümumi süni zəka yaranacaq  

2030-cu ilə qədər ümumi süni zəka yaranacaq  


“Google DeepMind” ümumi süni zəkanın (AGI) təhlükəsizliyinə yanaşma ilə bağlı məqalə dərc edib. Şirkət “AGI”ni müxtəlif zehni vəzifələrdə bacarıqları peşəkar yetkin insan səviyyəsinə bərabər olan sistem kimi təyin edir. “DeepMind” hesab edir ki, “AGI” artıq 2030-cu ilə qədər mövcud ola bilər. Məqalənin müəllifləri qeyd edirlər ki, belə sistemlər bəşəriyyət üçün mövcudluq təhlükəsi yarada bilər və bu risklər hətta “bəşəriyyətin məhvinə” qədər gedib çıxa bilər. 145 səhifəlik sənədin həmmüəlliflərindən biri də “DeepMind”ın həmtəsisçisi Shane Legg olub. Məqalədə vurğulanır ki, “AGI” 2030-cu ilə qədər inkişaf edə bilər və bu, ciddi zərər riski daşıyır.

Şirkət ümumi süni zəkanı belə təyin edir: Bacarıqları müxtəlif sahələrdə, o cümlədən yeni bacarıqların öyrənilməsi kimi metakoqnitiv vəzifələrdə, təlim görmüş peşəkar yetkinlərin 99 faizi səviyyəsində olan sistem. “DeepMind” “AGI” ilə bağlı risklərin idarə olunması yanaşmasını “Anthropic” və “OpenAI” ilə müqayisə edir. Müəlliflərin fikrincə, Anthropic təlim və nəzarət təhlükəsizliyinə kifayət qədər diqqət yetirmir, “OpenAI” isə süni zəkanın təhlükəsizliyi sahəsində “uyğunlaşdırma” (alignment) adlanan yanaşmanı həddən artıq avtomatlaşdırmağa güvənir. Bir müddət öncə “OpenAI” bəyan etdi ki, artıq diqqətini “AGI”dən superzəkaya yönəldir.

“DeepMind”ın sənədində isə bu yanaşma şübhə altına alınır - yəni insanı bütün sahələrdə üstələyən süni zəka sistemlərinin yaranması ehtimalı sorğulanır. Müəlliflər hesab edirlər ki, süni zəkanın arxitekturasında ciddi dəyişikliklər edilmədən, yaxın gələcəkdə superzəka sistemlərinin yaranması çətin görünür və bəlkə də heç baş verməyəcək. Lakin müəlliflər hesab edirlər ki, mövcud texnologiyalar süni zəkanın özünü müstəqil şəkildə təkmilləşdirməsini mümkün edə bilər. Yəni süni zəka özü-özünü öyrədə və özünün daha inkişaf etmiş versiyalarını yarada bilər. Bu isə olduqca təhlükəli ola bilər ki, bu da sənəddə xüsusi vurğulanır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Asiya ölkələrinin ortaq telekanalı və vahid media platforması yaradılacaq

14:33
16 Aprel

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2

14:32
16 Aprel

Astanada II Mərkəzi Asiya Media Forumu keçirilir

14:30
16 Aprel

Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib

14:26
16 Aprel

Ağsuda sel ekskavatoru aşırıb - 1 nəfər ölüb, 3 nəfər yaralanıb

14:22
16 Aprel

ÜST pandemiya ilə mübarizə sazişinin yekun variantını hazırlayıb  

14:21
16 Aprel

Meksika ilə sərhəddə patrul xidməti zamanı iki amerikalı əsgər həlak olub  

14:20
16 Aprel

Sabahın hava proqnozu açıqlanıb

14:19
16 Aprel

Rəis müavini: Aprelin 17-si səhər yağıntının nisbətən kəsiləcəyi gözlənilir

13:49
16 Aprel

Gürcüstan Prezidenti: Çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib  

13:31
16 Aprel

Qabon lideri Bris Oligi Ngema 90% səslə seçkilərdə qalib gəlib

13:16
16 Aprel

Dəniz yolu ilə Avropaya çatmağa çalışan 3500 uşaq miqrant yoxa çıxıb və ya ölüb

13:15
16 Aprel

ABŞ Dövlət Departamenti dəyəri 215 milyon dollar olan 139 xarici proqramı ləğv edib

13:11
16 Aprel

ASCO: Gəmilər lövbər dayanacaqları və sığınacaqlardadır

13:09
16 Aprel

FHN: Su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 31 nəfər təxliyə olunub - YENİLƏNİB 

13:07
16 Aprel

Dövlət Əmək Müfəttişliyi Xidməti küləkli hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib

13:05
16 Aprel

Prezident Kavelaşvili: Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib  

13:04
16 Aprel

DSMF daha bir beynəlxalq müsabiqədə ali mükafata layiq görülüb

13:03
16 Aprel

Mixeil Kavelaşvili: Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub  

13:02
16 Aprel

Səhiyyə naziri Belarusun ölkəmizdəki səfiri ilə görüşüb

13:01
16 Aprel

Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil  

12:57
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!