12 Sentyabr 2024 08:50
524
İQTİSADİYYAT
A- A+
1000 manatlıq buğda və pambığın sığortalanması əkinçiyə cəmi 7 manata başa gəlir

1000 manatlıq buğda və pambığın sığortalanması əkinçiyə cəmi 7 manata başa gəlir

 

Salyanlı fermerlər aqrar sığortaya təşviq olunur

 

Zaman keçdikcə ölkəmizdə də kənd təsərrüfatı məhsulları istehsalçılarının aqrar sığortaya maraqları artır. Bu, bir tərəfdən son dövrlər təbiətin şıltaqlığının istehsalçılara vurduğu ziyanın artması ilə bağlıdırsa, digər tərəfdən Azərbaycanda aqrar sığorta şərtlərinin sərfəli olması ilə əlaqədardır. Təbii ki, bunların üzərinə Aqrar Sığorta Fondunun fermerlər arasında apardığı təbliğat və təşviqat tədbirlərini də gəlmək lazımdır.
Belə tədbirlərdən biri də bu günlər Salyanda keçirilib. Kənd təsərrüfatı heyvanları və bitkilərinin, xüsusən tərəvəz və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığota Fondu və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta" tədbirində müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan Salyan RİH-nin başçısı Sevindik Hətəmov rayonda kənd təsərrüfatının, o cümlədən əkinçiliyin və heyvandarlığın inkişafı üçün böyük imkanlar olduğunu bildirib. Qeyd olunub ki, rayonda 41 min hektardan artıq əkin sahəsinin 14 min hektarı taxıl, 10 min hektarı pambıq, təqribən 14 min hektarı yonca əkinlərinin payına düşür. Bunlardan başqa, Salyanda geniş meyvə bağları, tərəvəz, bostan bitkiləri, çəltik və şəkər çuğunduru da becərilir.
S.Hətəmov onu da nəzərə çatdırıb ki, rayondakı əkinlərin yalnız 5 min hektarı sığortalanıb və bu, qənaətbəxş sayıla bilməz. O, fermerləri dövlət tərəfindən yaradılan bu imkandan istifadə etməyə və təsərrüfatlarını sığortalamağa çağırıb.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri Fuad Sadıqov ölkəmizdə dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmi, onun iş prinsipi, fermerlər üçün əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, aqrar sığorta haqqına 50 faizlik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər. "Aqrar sığorta mexanizmi əkin sahələrini təbiət hadisələri, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətlərindən sığortalayır", - deyən F.Sadıqov məlumat verib ki, Şirvan-Salyan iqtisadi rayonunda indiyədək əkin sahələrinə dəymiş zərərlə bağlı ümumilikdə 686 min, heyvandarlıq sığortası üzrə isə 96 min manat sığorta ödənişi edilib. Payızlıq taxıl mövsümünün yaxınlaşdığını xatırladan fond sədri fermerləri əkin sahələrini çoxsaylı risklərdən qorumağa və sığorta olunmağa çağırıb.
Tədbirdə sığorta haqları və sığorta ödənişlərinin hesablanması, ayrı-ayrı məhsullar üzrə sığorta haqları, ödəniş prosesi barədə məlumat verilib. Qeyd olunub ki, Salyanda 1000 manatlıq buğda və pambığın sığortalanması fermerə cəmi 7, 1000 manatlıq arpa məhsulunun sığortası 9, eyni məbləğdə narın sığortası 8, xurmanın sığortası 11 manata başa gəlir. Salyanda geniş yayılmış bostan bitkilərinə gəlincə, 1000 manatlıq pomidorun sığortalanması üçün 10, eyni məbləğdə qarpızın sığorotalanması üçün 11 manat lazımdır. Əlavə ödənişlə məhsulu donvurmadan və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə ucuzlaşmadan da sığortalamaq mümkündür.
Sonra fermerlərin sığortanın əhatə etdiyi risklər, sığorta ödənişi prosesi, sığorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və sair hallarla bağlı çoxsaylı sualları cavablandırılıb.
Fuad Sadıqov tədbir çərçivəsində həmçinin Salyanın təsərrüfatlarında olub, fermerlərlə görüşüb, onların suallarını cavablandırıb. 

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!