17 Yanvar 2026 08:50
562
CƏMİYYƏT
A- A+
Yeni il yeni hədəflər deməkdir

Yeni il yeni hədəflər deməkdir


Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi siyasət bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişaf müstəqilliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu daha da artırmışdır. Xüsusən Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında əldə edilən möhtəşəm Zəfər tariximizin ən parlaq səhifələrindən biri olmuş, Azərbaycan xalqının milli ruhunu, özünə inamını və dövlətçiliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirmişdir. Zəfərdən sonra azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı quruculuq və bərpa işləri ölkəmizin gücünü və imkanlarını göstərir.

Məruzəçi onu da qeyd etmişdir ki, ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlar Qazax rayonunda da bəhrəsini vermişdir. Rayonun  abadlıq-quruculuq işləri geniş vüsət almış, yeni iş yerləri açılmışdır. 

Hesabat yığıncağında Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək rəhbərlik etdikləri qurumların 2025-ci ildə gördükləri işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər.

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək dövlət başçısı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışmışdır. Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant İsgəndər Mustafayev də çıxışında şəhid ailələrinə, qazilərə, onların ailələrinə göstərilən qayğıya görə razılığını ifadə etmişdir.

Yığıncaq rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Qazax Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanlarının təqdim olunması və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iştirakçılar adından müraciətin qəbul edilməsi ilə yekunlaşmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

10:38
15 Mart

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!