Yazıçı-dramaturq Hüseynbala Mirələmova Türkiyənin ASES təşkilatının xüsusi mükafatı təqdim edilib - FOTOLAR
Mayın 2-də Bakıda Atatürk Mərkəzində Türkiyənin Egetim və Bilim Çalışmaları Akademiyasının (ASES) Kongre və Orqanisyon Yayınçılıq təşkilatının yazıçı-dramaturq Hüseynbala Mirələmova “Bilim və türk dünyasına katkı və dəstəklərinə” görə xüsusi mükafatının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru , Əməkdar elm xadimi AMEA-nın həqiqi üzvü professor Nizami Cəfərov, Milli Məclisin deputatı, ”Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, filologiya elmləri doktoru, professor Minaxanım Təkləli, filologiya elmləri doktoru, professor İslam Qəribli, Türkiyədən gələn qonaqlardan professor, doktorlar Çengiz Şahin, Mustafa Talas, Lokman Zor, ASES-in prezidenti Taner Əli Söyləməz və digər şəxslər iştirak edirdilər.
Təqdimat mərasimini ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk odası” və “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Elman Quliyev açaraq bildirdi ki, Azərbaycanda kifayət qədər yaxşı tanınan yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi yaradıcılığı qardaş Türkiyədə də sevilə-sevilə izlənir. Yazıçının bir neçə əsəri artıq türk oxucuları tərəfindən sevilə-sevilə oxunur və yüksək dəyərləndirilir.
Natiq Hüseynbala Mirələmovun ədəbi fəaliyyəti haqqında geniş məlumat verərkən bidlirdi ki, yazıçının son illərdə nəşr olunan “Yurda fəda üç paşa” seriyasında olan “Ənvər paşa” əsəri ötən il Türkiyə türkcəsində işıq üzü görüb və qardaş ölkədə geniş yayılıb. Bu ilin mart ayında isə yazıçı Hüseynbala Mirələmovun Türkiyənin bir neçə şəhərində oxucularla maraqlı və yaddaqalan görüşləri keçirilib.
Toplantıda çıxış edən professor Nizami Cəfərov, Milli Məslisin deputatı Bəxtiyar Sadıqov, professorlar İslam Qəribli, Minaxanım Təkləli və türkiyəli qonaqlar yazıçının ədəbi yaradıcılığı, elmi- siyasi və ictimai fəaliyyəti haqqında söhbət açaraq bildirdilər ki, Hüseynbala Mirələmov ədəbi-siyasi yaradıcılığı ilə Türkiyə – Azərbaycan dostluğunun möhkəmlənməsinə, bu iki dövlətin xalqlarını birləşdirən ortaq dəyərlərin təbliğ olunmasına çox qiymətli töhfələr verib. Bu gün Türkiyənin ASES təşkilatının Hüseynbala Mirələmova təqdim etdiyi bu mükafat onun bu sahədəki ədəbi fəaliyyətinə verilən yüksək qiymətdir.
Sonra Türkiyəli qonaq ASES-un prezidenti Taner Əli Söyləməz mükafatı yazıçı dramaturq Hüseynbala Mirələmova təqdim etdi. Təbrik çıxışında yazıçıya yaradıcılığında yeni uğurlar arzulayan Taner Əli Söyləməz əmin olduğunu bildirdi ki, Hüseynbala Mirələmov ərsəyə gətirəcəyi növbəti əsərləri ilə ortaq tariximizin bir çox qaranlıq məqamlarına da işıq salmaqla iki dövlət, bir millət arasında qardaşlıq münasibətlərinin yeni səviyyəyə qalxmasına dəyərli töhfələr verəcək.
Mərasimin sonunda çıxış edən yazıçı-dramaturq Hüseynbala Mirələmov tədbirdə iştirak edənlərə, onun uğurlarına sevinənlərə və yüksək dəyər verənlərə minnətdarlıq edərək bildirdi ki, türk qardaşlarının ona təqdim etdikləri bu mükafat onu daha böyük həvəslə işləməyə və əsərlər yazmağa sövq edir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ötən il Azərbaycanda 91 nəfər insan alveri qurbanı olub
17 May
DİA-da “Azərbaycanda yaşıl iqtisadiyyat və COP29” mövzusunda mühazirə dinlənilib
17 May
“Kapital Bank”ın sədri “Naxçıvan Bank”ın alınması ilə bağlı məsələyə ayındınlıq gətirib ...
17 May
FHN insan sağlamlığı üçün təhlükə yaradan maye qazdoldurma məntəqələrinin istismarını dayandırıb ...
17 May
Nazirlik rəsmisi: İnsan alverinə qarşı mübarizə istiqamətində işlər mütəmadi davam etdirilir ...
17 May
Azərbaycan PATA-nın sammitində təmsil olunur
17 May
Yanvar-aprel aylarında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib
17 May
Baş nazir Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşüb
17 May
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı...
17 May
G7 ölkələri QHT-lərinin bəyanatı: COP29 ölkəsi olan Azərbaycan iqlim dəyişmələrinin təsirlərini azal...
17 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!