23 İyun 2026 09:55
208
SİYASƏT
A- A+
Yaxın Şərqin uzaq sülhü, nəhayət, reallaşmaq üzrədir

Yaxın Şərqin uzaq sülhü, nəhayət, reallaşmaq üzrədir


ABŞ-İran gərginliyi artıq yerini diplomatiyaya verib. İsveçrənin Bürgenştok kurortu bu iki ölkənin rəsmilərinin böyük sülh görüşlərinə evsahibliyi edir. Bu addım bütün Yaxın Şərq və dünya üçün mühüm əhəmiyyət kəsb edir. Qətər və Pakistan bu prosesdə əsas vasitəçi rollarını uğurla yerinə yetirirlər. Müzakirələrin birinci hissəsi artıq müsbət və konstruktiv ovqatda başa çatıb.

Bu tarixi görüşün təməli bir neçə gün əvvəl qoyulmuşdu. Tərəflər iyunun 14-də müharibəni dayandırmaq üçün 14 maddəlik ilkin razılaşma əldə ediblər. İyunun 18-də isə ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian bu sənədi təsdiqləyiblər. Beləliklə, tərəflər Bürgenştokda daha çətin məsələləri həll etmək üçün masa arxasına oturublar.

Bölgədəki son hərbi gərginlik səbəbindən görüşlərin təxirə salınması riski var idi. Livan cəbhəsində vəziyyətin qəfil kəskinləşməsi diplomatları da rahatsız edirdi. Lakin diplomatik səylər nəticəsində iyunun 21-də tərəflər müzakirələrə başlaya biliblər. Vasitəçilərin yaydığı birgə bəyanata görə, ilkin danışıqlar gözləniləndən daha səmərəli keçib. İndi tərəflərin qarşısında tam sülh sazişini imzalamaq üçün 60 günlük bir vaxt var. Bu 60 günlük marafon, sözsüz ki, Yaxın Şərqin təhlükəsizliyinin gələcək xəritəsini cızacaq.

Vaşinqton bu danışıqlara böyük ümidlərlə yanaşır. ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens də danışıqların gedişindən məmnundur. O, masada çox böyük irəliləyiş gördüyünü bəyan edib. C.D.Vens vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi diplomatiya yolu ilə Yaxın Şərqi tamamilə dəyişdirməkdir. ABŞ rəhbərliyi artıq köhnə münaqişə üsullarından uzaqlaşmaq və İran xalqı ilə münasibətlərdə tamamilə yeni, təmiz bir səhifə açmaq istəyir. Vitse-prezidentin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp regionda qalıcı barışın tərəfdarıdır. Vaşinqton bəyan edir ki, əgər İran qeyri-sabitlik yaratmaqdan və nüvə silahı hədəflərindən tamamilə imtina etsə, ABŞ iqtisadi və siyasi əlaqələri kökündən müsbətə doğru dəyişməyə hazırdır.

İran tərəfi də sülh prosesində aktiv iştirak edib və ilk müsbət nəticələri açıqlayıb. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, danışıqlar sayəsində ölkəsinə qarşı tətbiq edilən neft ixracı məhdudiyyətləri artıq aradan qaldırılıb. Eyni zamanda İrana qarşı yönələn dəniz blokadası da başa çatıb. O həmçinin xarici banklarda dondurulmuş milyardlarla dollar dəyərində İran aktivlərinin bir qisminin artıq sərbəst buraxıldığını təsdiqləyib. Demək olar ki, bu iqtisadi yumşalmalar Tehranı masada saxlamaq üçün mühüm addımlardır.

Bürgenştokda keçirilən dördtərəfli görüşlərdə konkret və praktiki qərarlar qəbul edilib. Birinci hissənin yekununda müəyyən razılaşmalar əldə olunub. İmzalanmış memorandumun şərtlərinə və vasitəçilik addımlarına birbaşa nəzarət etmək üçün xüsusi bir komitə yaradılıb. Hər iki ölkənin danışıqlarda iştirak edən rəsmiləri nüvə proqramı və sanksiyaların ləğvi prosesi barədə bu komitəyə müntəzəm hesabatlar təqdim edəcəklər. Tərəflər vaxt itirmədən hərəkət etmək niyyətindədirlər. Deməli, maksimum iki ay ərzində bütün mübahisəli məsələləri əhatə edən yekun sülh sazişinin mətni tam hazır olmalıdır. 

Ticarətdə Hörmüz boğazının əhəmiyyəti əvəzsizdir. Əldə olunan razılığa görə, ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək və hər hansı yanlış anlaşılmanın qarşısını almaq üçün tərəflər arasında birbaşa və operativ rabitə kanalı açılıb. Livanla da bağlı xüsusi İşçi qrupu fəaliyyətə başlayır. Bu qrupda ABŞ və İrandan başqa, Livandakı rəsmi və hərbi tərəflər də birbaşa təmsil olunacaqlar.

Bu addımlar tərəflərin gərginliyi azaltmaqda maraqlı olduqlarının mühüm göstəricisidir. Xüsusilə Livan cəbhəsində atəşkəsin qorunması məsələsində böyük irəliləyiş var. ABŞ vitse-prezidenti Vens də bu məsələdə İsrail, Qətər və Pakistanla qurulan tərəfdaşlıqdan məmnun olduğunu bildirib.

Bürgenştokda əsas siyasi görüşlər tamamlansa da, iş hələ tam bitməyib. Həftə boyu nümayəndə heyətləri arasında texniki və ekspert səviyyəli danışıqlar davam edəcək. Bu danışıqlarda nüvə mütəxəssisləri, hüquqşünaslar və iqtisadçılar sazişin ən xırda detallarını belə dəqiqləşdirəcəklər. 

Tehran və Vaşinqton arasında gərginliyi azaltmaq üçün böyük siyasi iradə göstərən Qətər və Pakistan isə artıq tərəflərin yekun sülh razılaşmasını imzalaması üçün xüsusi bir yol xəritəsi hazırladıqlarını bəyan ediblər. Bundan əlavə, danışıqların gedişinə və öhdəliklərin yerinə yetirilməsinə birbaşa nəzarət edəcək xüsusi komitənin yaradılması da bu yol xəritəsinin ən mühüm sistemlərindən biri olacaq.

Xülasə, dünya indi böyük ümidlə yekun sülh xəbərini gözləyir. Yaxın Şərqdə silahların susması qlobal sabitliyin ən böyük təminatı olacaq.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!