22 Aprel 2025 14:47
525
DÜNYA
A- A+
Yaxın gələcəkdə beyin dalğalarını nitqə çevirmək mümkün olacaq

Yaxın gələcəkdə beyin dalğalarını nitqə çevirmək mümkün olacaq

Xəstəliklər nəticəsində nitq qabiliyyətini itirsə də, idrak funksiyaları toxunulmaz qalan bir çox insan var. Buna görə də tədqiqatçılar beynə implantasiya edilən çiplərlə neyron şəbəkələrin birləşməsi yolu ilə təbii nitqin sintezinə fokuslanıblar. Əgər sözügedən texnologiya uğurlu alınsa, beyin iflici və ya autizm kimi vəziyyətlər səbəbindən danışmaqda çətinlik çəkən insanlara kömək məqsədilə tətbiq oluna bilər. Uzun müddət ərzində əsas investisiyalar və alimlərin diqqəti, ağır əlilliyi olan şəxslərə klaviatura istifadə etməyə, robotlaşdırılmış qolları idarə etməyə və ya iflic olmuş bədən hissələrindən qismən istifadəni bərpa etməyə imkan verən implantlara yönəlmişdi. Hazırda əsas məqsəd səsin beyindən süni səsə ötürülməsini iki danışan insan arasında olan söhbət qədər axıcı etməkdir.

Ötən ay ABŞ-nin Kaliforniya Universitetinin “Nature Neuroscience” jurnalında bir məqalə dərc ediblər. Orada 18 il əvvəl insult keçirdikdən sonra danışa bilməyən iflic olmuş bir qadınla apardıqları iş təsvir olunub. Alimlərin köməyi ilə qadın 1024 fərqli sözdən ibarət cümlələri səssiz şəkildə tələffüz etməyə çalışaraq neyron şəbəkəni öyrədib. Daha sonra onun səsinin səslənməsi, neyron məlumatlarının birbaşa nitq sintezi və mətn deşifrə modelinə ötürülməsi ilə həyata keçirilib. Bu texnologiya xəstənin beyin siqnalları ilə alınan səs arasındakı gecikməni ilkin 8 saniyədən 1 saniyəyə qədər azaltmağa imkan verib. Nəticə artıq adi danışıq üçün təbii sayılan 100-200 millisaniyəlik zaman intervalı ilə müqayisə edilə bilər. Sistemin median deşifrə sürəti dəqiqədə 47.5 sözə çatıb ki, bu da təxminən adi söhbət sürətinin üçdə birinə bərabərdir.

Bənzər araşdırmalar “Precision Neuroscience” şirkəti tərəfindən də aparılıb. Onların yanaşması “elektrodların daha sıx yerləşdirilməsi” sayəsində beyin siqnallarını daha yüksək dəqiqliklə tutmağa imkan verir. Hazırda şirkət 31 pasient üzərində uğurlu təcrübələr aparıb və hətta tənzimləyici qurumlardan sensorlarını bədəndə 30 günə qədər implantasiya olunmuş vəziyyətdə saxlamaq üçün icazə də alıb. Bu, 1 il ərzində neyron şəbəkəni “Yer üzərində mövcud olan ən böyük və yüksək dəqiqlikli neyron məlumat bazası” üzərində öyrətməyə imkan verəcək. Növbəti addım “komponentlərin miniatür halına gətirilməsi və onların bədənə daimi yerləşdirilə bilməsi üçün hermetik, biouyğun kapsullara yerləşdirilməsi” olacaq.

“Beyin-səs” texnologiyasının hazırlanması və istifadəsində ən ciddi maneə pasientlərin bu sistemdən istifadə etməyi öyrənməsi üçün tələb olunan vaxtdır. Əsas cavabsız suallardan biri isə fərqli insanlarda beyin qabığının hərəkətə cavab verən (motor) bölgəsində cavab nümunələrinin nə dərəcədə fərqli olduğudur. Əgər bu nümunələr oxşar olsa, əvvəlcədən öyrədilmiş modellər yeni pasiyentlər üçün də istifadə edilə bilər. Bu da fərdi öyrədilmə prosesini saatlarla çəkə bilər.

Hazırda alimlər orta statistik insanın adi danışığı ilə müqayisə oluna biləcək səviyyədə vokalizasiyadan hələ uzaqdırlar. Dekodlaşdırma dəqiqliyi 98 faizədək artırılsa da, səsin çıxışı ani baş vermir və nitqin ton və əhval-ruhiyyə kimi vacib xüsusiyyətlərini ötürə bilmir. Alimlər ümid edirlər ki, nəticə etibarilə onlar insan səsinin bütün ifadə imkanlarını təmin edən bir səs neyroprotezi hazırlaya biləcəklər.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!