21 Aprel 2026 08:45
201
Mədəniyyət
A- A+
XVIII-XIX əsrin əvvəlləri Azərbaycanda baş verən hadisələrə işıq salan əsər

XVIII-XIX əsrin əvvəlləri Azərbaycanda baş verən hadisələrə işıq salan əsər


Qafqaz tarix boyu böyük imperiyaların diqqət mərkəzində olan strateji coğrafiyalardan sayılıb. Zəngin təbii sərvətləri, Şərqlə Qərbi, Şimalla Cənubu  birləşdirən mühüm ticarət yolları, siyasi və hərbi baxımdan əlverişli mövqeyi bu məkanı daim yadellilərin maraq dairəsinə çevirib. 

Xüsusən də Azərbaycan torpaqları həm iqtisadi imkanları, həm də geosiyasi əhəmiyyəti ilə seçildiyi üçün müxtəlif dövlətlərin işğalçı planlarının əsas hədəfi olub. Tarixin müxtəlif mərhələlərində xalqımızın üzləşdiyi faciələrin, torpaq itkilərinin, demoqrafik dəyişikliklərin arxasında da məhz bu maraqlar dayanıb.

Belə mürəkkəb və ağrılı tarixi proseslərin obyektiv araşdırılması milli tarixşünaslığın qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu baxımdan, tarix elmləri doktoru, tanınmış alim Güntəkin Nəcəflinin  "Rusiya imperiyası və ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq fəaliyyəti (XVIII-XIX əsrin əvvəlləri)" adlı fundamental monoqrafiyasının xüsusi elmi əhəmiyyəti var. 448 səhifəlik nəşr AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib.

İlk növbədə qeyd etmək lazımdır ki, əsərin əsas üstünlüyü müəllifin mövzuya emosiyadan uzaq, elmi cəsarət və zəngin tarixi faktlarla yanaşmasıdır. Əsərdə XVIII əsrdən XIX əsrin əvvəllərinədək Rusiya imperiyasının Cənubi Qafqaz siyasəti, erməni siyasi dairələrinin planları, xarici güclərlə əlaqələri, regionda etnik dayaqlar yaratmaq cəhdləri kompleks araşdırılaraq oxucuya təqdim edilir. Tarix və Etnologiya İnstitutunun təqdimatında da xüsusi vurğulandığı kimi, bu problematika ilk dəfə sistemli şəkildə tədqiq olunur. Müəllif arxiv sənədlərinə, ermənidilli mənbələrə, rus rəsmi yazışmalarına və müxtəlif elmi ədəbiyyata söykənərək tarixi həqiqətləri üzə çıxarır. Bu yanaşma kitabı yalnız publisistik əsər deyil, ciddi akademik mənbə səviyyəsinə yüksəldir. Əsərin elmi sanbalı da məhz bu mənbəşünaslıq bazasından qaynaqlanır.

Monoqrafiyada göstərilir ki, Rusiya imperiyası Cənubi Qafqazı işğal etmək və burada uzunmüddətli möhkəmlənmək üçün bölgədə özünə etibarlı etnosiyasi dayaq yaratmağa çalışırdı. Bu məqsədlə xristian amilindən istifadə edilməsi, ermənilərin imperiya siyasətinin alətinə çevrilməsi müəllifin gəldiyi mühüm nəticələrindəndir. Alim I Pyotr, II Yekaterina və I Nikolayın ermənilərdən siyasi vasitə kimi istifadəsini sənədlərlə əsaslandırır. Bu, olduqca mühüm məqamdır. Şübhəsiz ki, məsələnin mahiyyəti təkcə etnik münasibətlərdə yox, böyük dövlətlərin geosiyasi maraqlarında idi. Güntəkin Nəcəfli də əsərində bu həqiqəti aydın şəkildə, erməni məsələsinin, ilk növbədə, imperiya siyasətinin məhsulu olduğunu sübut edir.

Monoqrafiyada diqqətçəkən bölmələrdən biri də Azərbaycan torpaqlarında "Albaniya çarlığı", "Ararat krallığı" və digər adlar altında Rusiyadan asılı xristian qurumlar yaratmaq planlarının araşdırılmasıdır. Müəllif göstərir ki, bu layihələr tarixi reallıqdan uzaq, siyasi sifarişin nəticəsi olaraq meydana çıxıb. Birmənalı olaraq qeyd edə bilərik ki, tarixin saxtalaşdırılması və uydurma dövlətçilik konsepsiyalarının formalaşdırılması sonrakı mərhələlərdə də bölgədə qarşıdurmaların ideoloji əsasına çevrildi. Bu gün də bəzi dairələrin tarixə qərəzli yanaşması fonunda alimin bu araşdırması xüsusi aktuallıq kəsb edir. Çünki tarix yalnız keçmişin xatirəsi deyil, həm də bu günün siyasi proseslərini anlamaq üçün əsas açarlardandır.

Əsərdə önə çəkilən mövzulardan biri də ermənilərin Osmanlı və Qacar dövlətlərinin ərazilərindən işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi siyasətidir. Müəllif bu prosesin spontan miqrasiya deyil, planlı imperiya strategiyası olduğunu göstərir. Kitabın təqdimat materialında qeyd olunur ki, köçürmələr "xüsusi məqsədlə" həyata keçirilmişdir. Bu siyasət nəticəsində İrəvan, Naxçıvan, Qarabağ və digər bölgələrdə etnik tərkib dəyişdirilmiş, sonrakı ərazi iddialarının bünövrəsi qoyulmuşdur. Alimin araşdırmalarından görünür ki, bu gün regionda müşahidə olunan bir çox problemin kökü məhz həmin dövrdə atılmış addımlara gedib çıxır.

Güntəkin Nəcəfli bu mövzuya təsadüfən müraciət etməyib. Onun elmi fəaliyyətində İrəvan xanlığı, ermənilərin köçürülməsi siyasəti, XVIII əsrdə Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq cəhdləri kimi mövzular mühüm yer tutur. Bu da göstərir ki, müəllif illərlə topladığı araşdırmalarını yeni monoqrafiyada geniş və sistemli şəkildə ümumiləşdirə bilib.

Sözsüz ki, belə alimlər milli tarixşünaslığın ön cəbhəsində dayanırlar. Onlar yalnız keçmişi araşdırmır, həm də gələcək nəsillər üçün həqiqətin elmi əsaslarını yaradırlar. Tarixi yaddaşın qorunması isə dövlətçilik düşüncəsinin və milli kimliyin mühüm dayaqlarından biridir.

Bu kitabın dəyəri həm tarixçilər, həm də siyasi şərhçilər, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün çox ciddi  qaynaqdır. Çünki əsərdə bir həqiqət açıq-aydın göstərilir - regionda baş vermiş proseslər təsadüfi olmayıb, uzunmüddətli siyasi layihələrin nəticəsidir.

İnformasiya müharibələrinin getdiyi müasir zamanda belə əsərlər milli yaddaşın qorunması baxımından olduqca əhəmiyyətlidir. Çünki tarixi saxtalaşdırmaq istəyənlərə qarşı ən güclü cavab emosional bəyanatlardan çox sənədə, fakta və elmi arqumentə əsaslanan tədqiqatlar olmalıdır.

Güntəkin Nəcəflinin növbəti dəyərli  əsəri Azərbaycan tarixşünaslığında mühüm hadisədir. Bu monoqrafiya tarixi həqiqətlərin elmi əsaslarla müdafiəsi, saxtalaşdırmalara cavab verilməsi və milli yaddaşın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Müəllif ağır və ağrılı bir tarixi səhifəni böyük zəhmət, məsuliyyət və peşəkarlıqla araşdıraraq ortaya sanballı elmi-faktoloji əsər qoya bilib. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı 2028-ci ilə qədər UFC turnirinə ev sahibliyi edəcək

15:19
21 Aprel

Bakı metrosunun fəaliyyəti bərpa olunub -  YENİLƏNİB 5 

15:18
21 Aprel

Ağdam şəhərində daha 92 ailəyə mənzillərinin açarları təqdim olunub – YENİLƏNİB

15:16
21 Aprel

BEA: Hazırda 200-dən çox neft və 10 LNG tankeri Hörmüz boğazından keçmək üçün gözləyir  

15:14
21 Aprel

Kreml BMT Baş katibinin seçilməsi ilə bağlı şərh verib  

15:12
21 Aprel

Zelenski: Ukraynada dünyanın yüksəksəviyyəli 30 müdafiə sənayesi şirkəti mövcuddur

15:11
21 Aprel

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb - YENİLƏNİB

15:07
21 Aprel

İran müharibəsi bioyanacağa tələbatı artırır

14:28
21 Aprel

Uşaqlar və yeniyetmələr üçün “FotoBax” milli fotomüsabiqəsi elan olunub

14:13
21 Aprel

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib  

14:09
21 Aprel

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir  

14:08
21 Aprel

Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir  

14:07
21 Aprel

Çanaqqala döyüşünə aid mühüm tibbi hesabatı 111 ildən sonra üzə çıxarıb  

14:07
21 Aprel

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib YENİLƏNİB

13:59
21 Aprel

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 138 min mülki obyektə ziyan dəyib  

13:57
21 Aprel

Baş Prokurorluq: Əhməd Əhmədovun tibb müəssisəsindən azad edilməsi barədə yayılan məlumat həqiqətəuyğun deyil  

13:56
21 Aprel

Xəzər dənizində “gəmidən-gəmiyə” üsulu ilə yanacaq təchizatına başlanılıb  

13:56
21 Aprel

Ali Məclisin yaz sessiyasının növbəti iclasında iki məsələ müzakirəyə çıxarılıb

13:53
21 Aprel

Belçika və Niderland parlamentərinin qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

13:04
21 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 36 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

13:00
21 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək

12:59
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!