20 Oktyabr 2026 18:37
288
SİYASƏT
A- A+
Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  


Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın xarici və Avropa işləri nazirinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, mütəmadi siyasi məsləhətləşmələr mexanizminin ikitərəfli əlaqələrin inkişafında rolu vurğulanıb.

İqtisadi-ticarət əlaqələrinə toxunularaq, ölkələrimiz arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyi qeyd olunub. Ənənəvi və alternativ enerji, rəqəmsal inkişaf, turizm və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın şaxələndirilməsinin önəmi diqqətə çatdırılıb.

Azərbaycanın strateji rolu qeyd edilərək, Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmanın, habelə beynəlxalq və regional platformalar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd olunub.

Minatəmizləmə sahəsində ANAMA ilə Xorvatiyanın ixtisaslaşmış şirkətləri arasında təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qarşı tərəf cari ilin mart ayında ölkəsindəki minatəmizləmənin başa çatdığını və bu istiqamətdə Azərbaycana istənilən dəstəyi əsirgəməyəcəklərini bildirib.

Xorvat iş adamları ölkəmizdəki əlverişli biznes mühitindən, o cümlədən Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından yararlanmağa və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələrdə fəal iştiraka dəvət olunub.

Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfi məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: 800 milyon gənc işsiz qala bilər  

19:56
20 Oktyabr

Almaniya hərbi təlimlərə başlayıb

19:11
20 Oktyabr

Pekində yaşlı əhali sürətlə artır  

18:54
20 Oktyabr

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

18:37
20 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb  

18:36
20 Oktyabr

 Yeni ağıllı tərəzi təqdim edilib

18:34
20 Oktyabr

Avropa süni intellekt yarışında ABŞ və Çindən geridə qalır

18:26
20 Oktyabr

BMT: Əfqanıstanda 19 milyondan çox insan qış mövsümündə aclıq təhlükəsi ilə üzləşə bilər  

18:15
20 Oktyabr

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

18:09
20 Oktyabr

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

18:05
20 Oktyabr

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

18:03
20 Oktyabr

Kaliforniyada təhlükəli virus yayılır

18:03
20 Oktyabr

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb  

17:53
20 Oktyabr

ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib  

17:52
20 Oktyabr

Sirkənin qaraciyəri qorumaq qabiliyyətinin olduğu ortaya çıxıb  

17:46
20 Oktyabr

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!