20 Oktyabr 2026 17:11
235
DÜNYA
A- A+
Alberta Kanadanın tərkibində qalacaq  

Alberta Kanadanın tərkibində qalacaq  


“Oktyabrın 19-da albertalılar aydın seçim etdilər. Onlar birliyi... seçdilər. Ən əsası isə Kanadanı seçdilər", - deyə Kanadanın Baş naziri Mark Karni referendumun ilkin nəticələri barədə şərh verib.

Referendumun tam nəticələri yalnız seçki məntəqələri bağlandıqdan 2 gün sonra məlum ola bilər. Yekun rəsmi nəticələr isə oktyabrın 29-da gözlənilir.

Alberta Kanadanın əsas neft və qaz istehsal edən əyalətidir və ölkənin neft hasilatının təxminən 80 faizi onun payına düşür. Xam neft Kanadanın ən çox ixrac etdiyi məhsuldur və keçən il bu sahədən 142 milyard Kanada dolları (100 milyard ABŞ dolları) gəlir əldə edilib.

Ölkənin qərbində yerləşən Alberta okeana çıxışı olmayan ərazidir və burada çıxarılan neftin böyük hissəsi ABŞ-dəki neft emalı zavodlarına ixrac olunur.

Müstəqillik tərəfdarları əyalətin mərkəzi hökumətə çox pul verdiyindən və qarşılığında çox az vəsait aldığından şikayətlənirlər. Onlar Albertanın neft ehtiyatlarının dünyada Venesuela, Səudiyyə Ərəbistanı və İrandan sonra dördüncü yerdə olduğunu qeyd edirlər. Bundan əlavə, onlar son 10 ildə Kanadanı idarə edən Liberal Partiyanın iqlim dəyişikliyinə çox diqqət yetirdiyini və Albertanın neft və qaz sektorunun inkişafına mane olduğunu bildirirlər.

Lakin müstəqilliyin əleyhdarları, o cümlədən Albertanın Baş naziri Daniel Smit əyalətin Kanadadan ayrılacağı halda, yeni bir ölkə qurmaq üçün ilk 5 il ərzində hər il 50 milyard ilə 170 milyard dollar arasında vəsait lazım olacağını deyirlər. Ən əsası, müstəqil Alberta Daxili Gəlir Xidmətindən Xarici İşlər və Müdafiə nazirliklərinə qədər bütün dövlət qurumlarını yaratmalı, öz konstitusiyasını hazırlamalı və qəbul etməli, öz məhkəmə sistemini qurmalı, milli parklar və hərbi bazalar daxil federal mülkiyyəti Kanada ilə bölüşməli, bundan əlavə, Kanadanın milli borcunun mütənasib payını öz üzərinə götürməli olacaq.

Alberta Kanadanın paytaxtı Ottavadan təxminən 2900 kilometr məsafədədir. 5,1 milyon insanın yaşadığı əyalətdə Kanadanın ən böyük iki şəhəri olan Edmonton və Kalqari yerləşir. Alberta adambaşına düşən ÜDM-ə görə Kanadanın ən zəngin əyalətidir.


Rizvan CƏFƏROV


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

18:09
20 Oktyabr

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

18:05
20 Oktyabr

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

18:03
20 Oktyabr

Kaliforniyada təhlükəli virus yayılır

18:03
20 Oktyabr

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb  

17:53
20 Oktyabr

ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib  

17:52
20 Oktyabr

Sirkənin qaraciyəri qorumaq qabiliyyətinin olduğu ortaya çıxıb  

17:46
20 Oktyabr

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

Süni intellekt əsaslı köməkçi hansı imkanları təqdim edir?

17:09
20 Oktyabr

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!