10 May 2026 01:02
585
SİYASƏT
A- A+
Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Hatay şəhərində keçirilmiş “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə iştirak edib. Tədbir çərçivəsində panel müzakirələr, yüksək səviyyəli sessiya və nazirlərin dəyirmi masa görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, COP31-ə ev sahibliyi kontekstində təşkil olunan tədbirdə müxtəlif ölkələri təmsil edən nazirlər, nazir müavinləri və beynəlxalq təşkilatların rəhbərləri iştirak edib, “dayanıqlı şəhərlər” mövzusu üzrə iqlim dəyişmələrinə və təbii fəlakətlərə davamlı şəhərsalma məsələləri müzakirə edilib.

Nazir müavini Yalçın Rəfiyev yüksəksəviyyəli sessiyada çıxış edərək tədbirin 3 il əvvəl dağıdıcı zəlzələyə məruz qalmış, ancaq Türkiyə hökumətinin səyləri nəticəsində qısa müddətdə bərpa edilmiş Hatay şəhərində keçirilməsinin xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq, bu nümunəvi təcrübənin müasir, iqlim dəyişmələrinə və təbii fəlakətlərə davamlı şəhərsalma modelinin praktik tətbiqini nümayiş etdirdiyini bildirib.

Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq yaşıl, təhlükəsiz və dayanıqlı şəhərlərin inşa edildiyinə diqqət çəkərək, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğu qeyd edilib.

Y.Rəfiyev 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal şəhərsalma gündəliyinə mühüm töhfə verəcəyini bildirib, COP31 və WUF prosesləri arasında əlaqələndirilmiş yanaşmanın vacibliyini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə Türkiyənin COP31 sədrliyi ilə yaxından çalışmağa hazır olduğunu qeyd edib.

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun sədrlik etdiyi nazirlərin dəyirmi masasında çıxış edən Y.Rəfiyev tədbirin sonunda qəbul edilən Hatay Bəyannaməsinə dəstək ifadə edərək, həmin Bəyannamədə ifadə edilmiş fikirlərin həm WUF13, həm də COP31 çərçivəsində beynəlxalq iqlim siyasətlərinə və dayanıqlı şəhərsalma gündəliyinə mühüm töhfə verməsini hədəflədiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

Azərbaycanda bütün iribuynuzlu heyvanlar üçün elektron identifikasiya sistemi yaradılacaq

17:09
12 İyun

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib  

17:01
12 İyun

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

16:46
12 İyun

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:39
12 İyun

Müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin təminatçısı

16:16
12 İyun

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

16:13
12 İyun

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

16:05
12 İyun

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

15:57
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir 

15:48
12 İyun

Qəbələdə zəlzələ olub

15:42
12 İyun

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb  

15:36
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!