19 May 2026 13:11
402
CƏMİYYƏT
A- A+
WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın açılışında moderator Mirhüseyn Tağıyev tədbirin məqsədi və BDU-nun WUF13 çərçivəsində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Qeyd olunub ki, BDU WUF13 çərçivəsində “Clean Charge” startapı ilə “Business Innovation Hub”da, “WUF Academy” təlim proqramında, “Youth at the Core of Housing Solutions” adlı panel müzakirəsində, eləcə də rəsmi sərgi stendi ilə təmsil olunur.

Sessiya çərçivəsində layihənin rəhbəri, BDU-nun Hüceyrə kulturası və genom redaktəsi laboratoriyasının müdiri Qumru Hüseynova çıxış edərək hidroponik sistemlərin evlərdə və eyvanlarda tətbiqi, orqanik qida istehsalı və yaşıl şəhər mühitinin formalaşdırılmasında bu yanaşmanın əhəmiyyətindən danışıb. Bildirib ki, layihə şəhər evləri və eyvanlarında kiçikölçülü hidroponik sistemlərin tətbiqi vasitəsilə iqlimə dayanıqlı, resurslara qənaət edən və sağlam yaşayış mühitlərinin yaradılmasına töhfə verməyi hədəfləyir.

Daha sonra “Grand Agro İnvitro” MMC-nin baş icraçı direktoru Ramil Azməmmədov “Böyüyən şəhərlərin qida təminatı: süni intellekt, su səmərəliliyi və kənd təsərrüfatının gələcəyi” mövzusunda təqdimatla çıxış edərək, müasir texnologiyaların aqrar sahədə tətbiqi və şəhər qida təhlükəsizliyinə təsiri barədə danışıb.

Tədbir çərçivəsində BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov universitetdə həyata keçirilən startap layihələri, innovasiya təşəbbüsləri və tələbələrin elmi-texniki yaradıcılığının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verərək, “EkoEnerji” məntəqəsi layihəsini təqdim edib.

Biologiya fakültəsinin Biomühəndislik laboratoriyasının elmi araşdırmaçısı Nurlan Əmrahov “Ev üçün hidroponik sistemlər: konstruksiya, üstünlüklər və şəhər həyatında tətbiqi” mövzusunda çıxış edərək, hidroponik sistemlərin qurulması və gündəlik istifadəsi barədə məlumat verib.

BDU-nun Ekologiya və Torpaqşünaslıq fakültəsinin müəllimi Zərxanım Ağayeva isə “Gələcəyin yaşıl şəhərlərinin salınmasında biotexnologiyanın rolu” mövzusunda təqdimatla çıxış edib, biotexnologiyanın davamlı şəhər inkişafında əhəmiyyətini vurğulayıb.

Sessiya zamanı iştirakçılara davamlı şəhər həyatı, su resurslarından səmərəli istifadə, yerli qida istehsalı, şəhər yaşıllaşdırılması və iqlimə uyğunlaşma həlləri barədə məlumatlar təqdim olunub.

Qeyd edilib ki, interaktiv formatda keçirilən təlimdə ekspert təqdimatları, vizual materiallar, qrup işi və ssenari əsaslı tapşırıqlar birləşdirilərək, iştirakçılara öz şəhərləri üçün “yaşıl ev” və “yaşıl eyvan” konsepsiyalarının hazırlanması imkanı yaradılıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!