18 İyul 2025 08:10
981
İQTİSADİYYAT
A- A+
Viza Çin səddi olmasa da...

Viza Çin səddi olmasa da...


Azərbaycan və ÇXR arasında viza rejiminin ləğvi əlaqələrimizin inkişafına əlavə təkan verəcək


Çin hazırda dünyanın yüksələn iqtisadi gücüdür. Ona görə də indi dünyada Çin Xalq Respublikası (ÇXR) ilə iqtisadi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. 

Azərbaycanın xarici siyasətində ana xətt Qərb və Şərq bloku ilə eyni səviyyədə siyasi və iqtisadi əlaqələr saxlamaqdır. Prezident İlham Əliyevin Çinə son səfərindən sonra ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin istiqamətləri getdikcə genişlənir. İki ölkə arasında ötən il bu münasibətləri və əlaqələri üst səviyyəyə qaldırmaq üçün strateji əməkdaşlıq barədə saziş də imzalanıb.

Məlum olduğu kimi, ölkələr arasında olan viza rejimi insanların, xüsusən iş adamlarının sərbəst gediş-gəlişində müəyyən bürokratik əngəllər yaradır. Çin və Azərbaycan bu maneəni aradan qaldırmaq, dövlətlər arasında əlaqələri asanlaşdırmaq barədə razılığa gəldilər və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə cari ilin aprel ayındakı növbəti dövlət səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" iyulun 16-da qüvvəyə mindi.

Həmin sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad edilirlər. Söz düşmüşkən qeyd edək ki, Çinin vizasız gediş-gəliş barədə saziş bağladığı ölkələrin sayı o qədər də çox deyil. 

Viza rejiminin ləğvi iki ölkə arasında əksər sahələrdə ciddi inkişafa səbəb olacaq. Xüsusilə iki sahə üzrə böyük dönüşün olması şübhəsizdir. Birincisi, Çinlə ölkəmizin biznes əlaqələri daha da güclənəcək. Artıq istər ölkəmizdəki, istərsə də Çindəki iş adamları viza almaq üçün vaxt itirməyəcəklər. İstədikləri vaxt tərəfdaşları ilə biznes əlaqələri qurmaq imkanı qazanacaqlar. İkincisi, bu iki ölkə arasında turizmin inkişafında önəmli rol oynayacaq. Məlumdur ki, hər kəs məzuniyyətə çıxıb istirahət etmək istəyir. Bu vaxt o, ilk növbədə vizasız ölkəyə üstünlük verir. Belə olan halda  qarşıdakı illərdə ölkəmiz çinli turist axınının şahidi olacaq. Elə ölkəmizdən də Çinə gedib bu ölkənin tarixi abidələrini görmək, dünyaca məşhur Çin səddini seyr etmək istəyənlərin sayı az olmayacaq.

Çin hazırda ixracda bizim ən önəmli iqtisadi tərəfdaşımızdır. Son illər bu əlaqələrdə ciddi artımlar müşahidə edilir. Ötən il iki ölkə arasında xarici ticarət dövriyyəsinin dəyəri  20,7 faiz artaraq 3,7 milyard dollar olub. 

Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə ilk qoşulan Azərbaycan Orta dəhliz layihəsinə dəstək verməklə yalnız regional tranzit imkanlarını gücləndirməyi planlamır, eyni zamanda yeni müəssisələrin yaradılmasını hədəfləyir. Azərbaycan həm Qərb, həm də Şərq müəssisələri üçün unikal coğrafiyada yerləşir. Bir sıra hallarda Çində ixrac məqsədli məhsulların istehsalına ehtiyac olmur. Həmin müəssisələr "Ələt Azad İqtisadi Zonası"nın ərazisində əsas kapitala sərmayə qoyaraq Çin mənşəli məhsulları ölkəmizdə istehsal edərək Qərb bazarlarına çıxara bilərlər. Habelə Qərb müəssisələrinin istehsalını azad iqtisadi zonalarda quraraq Çin bazarlarına çıxış əldə etmək imkanları da genişdir.

"Trans-Xəzər Şərq-Qərb" Beynəlxalq Nəqliyyat Dəhlizi Çini Mərkəzi Asiya, Qafqaz, Türkiyə üzərindən Avropa İttifaqı ilə birləşdirən və Şimal marşrutuna (Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa), eləcə də Süveyş kanalı vasitəsilə dəniz yoluna alternativ olan multimodal nəqliyyat marşrutudur. Azərbaycan Orta dəhlizin önəmini və cəlbediciliyini artırmaq üçün ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirib. Azərbaycan Çinlə Orta dəhlizin səmərəliliyini artırmaq üçün Zəngəzur dəhlizinin açılmasından ötrü birgə siyasət həyata keçirir. 

İki ölkə arasında qarşılıqlı maraqlara xidmət edən iqtisadi əlaqələrlə yanaşı, normal siyasi münasibətlər də mövcuddur. Ermənistan tərəfindən torpaqlarımız işğal olunanda bütün beynəlxalq və regional tədbirlərdə Çin tərəfi açıq və birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişdir. Azərbaycan da öz növbəsində "iki Çin" siyasətinə qarşı çıxaraq vahid Çin siyasətini dəstəkləmişdir. Bu gün də Azərbaycan rəsmi olaraq Tayvanı Çinin ərazisi kimi tanıyır və o üzdən  etibarlı siyasi tərəfdaşlığımız bu ölkədə yüksək qiymətləndirilir. Görünən odur ki, viza rejiminin ləğvi iki ölkə arasında həm iqtisadi, həm də siyasi əlaqələrin daha da yüksək səviyyəyə çatmasına əlavə təkan verəcək. 


Rüstəm KAMAL,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!