25 Fevral 2026 08:20
254
SİYASƏT
A- A+
Vaşinqtonda törədilən təxribat

Vaşinqtonda törədilən təxribat


Bu, beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir


Azərbaycan Respublikası Prezidenti Vaşinqtonda olarkən onun təhlükəsizliyinə qarşı törədilən təxribat hadisəsindən sonra sual yaranır: dövlət başçılarının xarici səfərləri zamanı onların şəxsi toxunulmazlığının və təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq hüquq normaları baxımından hansı əsaslar mövcuddur? Sözügedən məsələ beynəlxalq hüququn hansı hüquqi mexanizmləri ilə tənzimlənir?


Beynəlxalq konvensiyaların tələbləri


Dövlət başçılarının şəxsi toxunulmazlığının və təhlükəsizliyinin təmin olunmasında Birləşmiş Millətlər Təşkilatının əsasən 2 mühüm beynəlxalq konvensiyasını qeyd etmək lazımdır:  

- 14 dekabr 1973-cü il tarixli "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya;

- 8 dekabr 1969-cu il Xüsusi Missiyalar haqqında Konvensiya.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası 1973-cü il Konvensiyasının iştirakçı dövlətləridir. Konvensiya ABŞ-a münasibətdə 13 dekabr 1976-cı ildə ratifikasiya edildikdən sonra 20 fevral 1977-ci ildən qüvvəyə minmişdir. Azərbaycan isə 2 fevral 2001-ci il tarixli qanunla bu Konvensiyaya qoşulmuşdur.

1973-cü il Konvensiyası beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı zorakılığı cinayət hesab edir və iştirakçı dövlətləri bu halları cəzalandırmağa və ya ekstradisiya etməyə məcbur edir. Konvensiyanın 1(a) maddəsinə görə, beynəlxalq müdafiədən istifadə edən şəxslərin əsas kateqoriyasına xarici ölkədə səfərdə olan dövlət başçıları və onları müşayiət edən ailə üzvləri daxildir. Həmçinin hökumət başçıları, xarici işlər nazirləri, diplomatik agentlər və onların ailə üzvləri də bu kateqoriyada yer alırlar.

Konvensiyanın 2-ci maddəsinə əsasən, beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı aşağıdakı hərəkətlər cinayət sayılmalıdır:

a) beynəlxalq müdafiədən istifadə edən şəxsin rəsmi yerləşdiyi binaya, şəxsi yaşayış yerinə və ya nəqliyyat vasitəsinə qarşı onun şəxsiyyətini və ya azadlığını təhlükə altına qoya biləcək zorakı hücum;

c) belə hücumun törədilməsi ilə hədələmə;

d) belə hücuma cəhd; 


Təxribatçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd ediblər


19 fevral 2026-cı il tarixində Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən "Waldorf Astoria" mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib. ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub. Bu məkan məhz 1973-cü il Konvensiyasında da təsbit olunduğu kimi, beynəlxalq müdafiədən istifadə edən dövlət başçısının səfər müddətində nəzərdə tutulmuş rəsmi yerləşdiyi bina və müvəqqəti şəxsi yaşayış yeri olmuşdur. Ərazi yerli polis və təhlükəsizlik qüvvələri ilə birgə mühafizə olunan təhlükəsiz zona olmuşdur.

Konvensiyanın 2-ci maddəsi dövlət başçısı üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin də onun şəxsiyyətini və ya azadlığını təhlükə altına qoya biləcək zorakı hücumlardan və belə hücumla hədələməkdən mühafizə olunmasını nəzərdə tutur. Dövlət başçısının nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları dərhal müdaxilə ediblər. 

Bir sıra media subyektlərində yayımlanan video və materiallar göstərir ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, təxribatçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər. Bu qrup həmçinin Azərbaycan siyasi rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib. Videogörüntülərdən aydın olur ki, guya "dinc aksiya" üçün gəlmiş təxribatçılardan biri hətta qəfil hərəkətlə mühafizəçilərin üzərinə atılaraq kardonunu yarmağa və təhlükəsiz zonaya daxil olmağa cəhd edib. Bu zorakı hərəkət dövlət başçısının avtomobilinə real təhlükə riskinin yaranması demək idi. Bu Konvensiyanın 2-ci maddəsi ilə Prezidentin "şəxsiyyətini və azadlığını təhlükə altına qoya biləcək nəqliyyat vasitəsinə zorakı hücum cəhdi" kimi tövsif olunur.

Belə vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları səlahiyyətləri çərçivəsində operativ tədbirlər görərək birbaşa vəzifə borclarını - dövlət başçısının təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirmişlər. Onlar mövcud şəraitə uyğun və real təhlükəni dəf etmək məqsədilə təxribatçıları zərərsizləşdirmişdir. Beləliklə, sağlamlığa zərər vurmaq məqsədilə fiziki güc tətbiq olunmayıb, görülən təhlükəsizlik tədbirləri yalnız kardonun yarılmaması məqsədilə edilən müdaxilə olmuşdur.

Təxribatçılar tərəfindən edilən zorakı hücuma cəhdlər Konvensiyanın 2-ci maddəsində təsbit olunan hallara tam uyğun gəlir. Beləliklə, mühafizəçilər beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq müdafiə altında olan Azərbaycan Prezidentinə qarşı baş verən təxribatın qarşısını alıb və dövlət başçısının təhlükəsizliyini təmin ediblər. 


Təhlükəsizlik əməkdaşlarının statusu


Vaşinqtonda baş verənlər 8 dekabr 1969-cu il Xüsusi Missiyalar haqqında Konvensiyanın tətbiqi kontekstində də təhlil edilə bilər. Nəzərə alsaq ki, dövlət başçısının ABŞ səfəri yeni təsis olunmuş Sülh Şurasının birinci iclasında iştirakla bağlı olmuşdur. Bu kontekstdə dövlət başçısının qısamüddətli rəsmi səfəri "xüsusi missiya" kimi də nəzərdən keçirilə bilər.

BMT-nin Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyasına görə, səfərdə olan rəsmi missiyanın heyətinə təhlükəsizlik əməkdaşları da daxil edilə bilər. Onlara missiya müddətində toxunulmazlıq hüququ təmin olunur. Bu halda mühafizəçilər də beynəlxalq hüquqa əsaslanan xüsusi müdafiə statusu qazanır və  1969-cu il Konvensiyasının 1(b) maddəsinin tətbiq dairəsinə düşür.


Vaşinqton insidenti ətrafında formalaşdırılan media narrativi və siyasi kampaniya


Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları öz vəzifələrini qanuni çərçivədə yerinə yetiriblər. Belə hallarda 1973-cü il Konvensiyasına əsasən, təxribatçılar məsuliyyət daşıyır və müvafiq qanuni tədbirlər görülməlidir. Belə ki, 1973-cü il Konvensiyası beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı zorakılığı cinayət hesab edir və iştirakçı dövlətləri bu halları cəzalandırmağa və ya ekstradisiya etməyə məcbur edir.

Videonun bəzi xarici media qurumlarında qərəzli şərhlərlə yayımlanması bunun Azərbaycana qarşı uzun illərdir qarayaxma aparan dairələrin növbəti kampaniyası olduğunu göstərir. Təsadüfi deyil ki, hadisə ilə bağlı ilk açıqlama verənlər arasında Amerika Erməni Milli Konqresi və qatı ermənipərəst konqresmen Frank Pallone yer aldı.

Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat üçün yaydığı açıqlamada qeyd olunur ki, "ölkənin liderinə və mühafizə olunan kortejə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq həyata keçirilmiş təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi" niyyətlidir.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri tədbir həm milli, həm də beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin təmininə yönəlib. Belə ki, təxribatçılar tərəfindən törədilən hərəkətlər, konvensiya ilə qorunan şəxslərin təhlükəsizliyini pozmaq məqsədli olub və hüquqi cəhətdən cinayət tərkibinə malikdir.

Əgər vaxtında reaksiya verilməsəydi, bu halda hansı nəticələr yarana bilərdi? Beynəlxalq müdafiədən istifadə edən dövlət başçısının təhlükəsizliyinin təmini hipotetik suallara buraxıla bilməz. 


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı əldə edilən nəticələr ardıcıl siyasətin bəhrəsidir   

17:39
25 Fevral

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

16:10
25 Fevral

Sabah gündüzdən başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq  

14:24
25 Fevral

Rusiyanın neft və qaz gəlirləri azalır

14:23
25 Fevral

ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır

14:21
25 Fevral

Akkan Suver: Xocalı faciəsi insanlığın üz qarasıdır və gənc nəsillərə unutdurulmamalıdır  

14:19
25 Fevral

Azərbaycandakı dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar  

14:14
25 Fevral

Ötən ay sosial sahə üzrə elektron xidmətlərə 626 min müraciət edilib  

14:00
25 Fevral

Ankarada Xocalı faciəsindən bəhs edən “Haradasınız 13-lər?” kitabının türk dilində nəşrinin təqdimatı olub  

13:57
25 Fevral

Moskvada “Ramazan çadırı” layihəsi çərçivəsində Azərbaycan Respublikası axşamı keçirilib  

13:55
25 Fevral

Kanar adaları yaxınlığında ələ keçirilən kokainlə bağlı Türkiyədə istintaq davam edir  

13:53
25 Fevral

İKTA sədri: Azərbaycanda internetin orta sürəti 150–200 Mbit/s-ə çatıb 

13:43
25 Fevral

Ukrayna Silahlı Qüvvələri Odessa vilayətini dairəvi müdafiəyə hazırlayır  

13:20
25 Fevral

Xanyurdu öz sakinlərini qarşılayır

12:33
25 Fevral

Polşa Prezidentinin ofisindən 140 min dollardan çox pul oğurlanıb  

12:23
25 Fevral

Pakistanda terror aktı: 4 polis həlak olub

12:18
25 Fevral

Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib  

12:15
25 Fevral

Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir

12:03
25 Fevral

Sabah Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq  

11:18
25 Fevral

AMEA: Ramiz Mehdiyevin həqiqi üzvlükdən xaric edilməsi məsələsi qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək  

11:16
25 Fevral

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha

11:09
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!