08 May 2025 08:50
608
İQTİSADİYYAT
A- A+
Uzaq sahil, yaxın ölkə

Uzaq sahil, yaxın ölkə


Azərbaycan-Vyetnam əməkdaşlığının perspektivləri genişdir


Bir zamanlar uzaq və fərqli iki dövlət olan Azərbaycanla Vyetnam indi bir-birinin üfüqlərinə baxaraq dənizlər və dağlar aşaraq iqtisadi körpü qururlar. Azərbaycanın zəngin torpaqları ilə Vyetnamın əzəmətli çölləri hər ikisinin ehtiyacı olan qarşılıqlı əlaqələri qurmaqda  önəmli rol  oynayır. Bu əlaqələr həm tarixin mirasını, həm də gələcəyin perspektivini özündə daşıyır. 

Sovetlər dönəmində  Azərbaycan SSR ilə Vyetnam arasında iqtisadi əməkdaşlıq yüksək səviyyəyə çatmışdı. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdi. Sonralar - 1983-cü ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev  Vyetnamda səfərdə olmuşdu. Təbii ki, bu səfər o zaman iki dövlət arasında  iqtisadi əməkdaşlığın genişlənməsinə təsirsiz ötüşməmişdi. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanla Vyetnam arasında əlaqələr yeni mərhələyə qədəm qoyaraq, iqtisadi və siyasi reallıqlara uyğun  inkişaf etməyə başlamışdır. Bu əlaqələr enerji, kənd təsərrüfatı, ticarət və investisiya sahələrində özünü göstərir.

Bu gün Azərbaycan və Vyetnam arasında iqtisadi, o cümlədən ticarət əlaqələri var.  Doğrudur, Azərbaycan Vyetnamın əsas ticarət tərəfdaşlarından deyil. Amma tərəflərin bir-birinə artan marağı və ticarət imkanları nəticəsində Azərbaycan Vyetnama neft məhsulları ilə yanaşı, meyvə-tərəvəz, xüsusən quru meyvələr  ixrac edir. Azərbaycan isə Vyetnamdan, əsasən, elektronika, maşın avadanlıqları, tekstil və digər sənaye malları alır. Vyetnamın məşhur məhsullarından biri sayılan düyü və digər kənd təsərrüfatı məhsulları ölkəmizin alış-veriş mərkəzlərindəki piştaxtalardan əskik olmur. Prezident İlham Əliyev bu günlər "Vietnam News Agency" agentliyinə verdiyi müsahibəsində deyib: "Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur. Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın "Binh Son Refinery and Petrochemical Company" ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır - çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar". 

Dövlət başçısının 2014-cü ildə Vyetnama dövlət səfəri Azərbaycan ilə Vyetnam arasında ikitərəfli əlaqələrin inkişafında mühüm bir mərhələ olmuşdur. Bu səfər yalnız iki ölkə arasındakı diplomatik və iqtisadi əlaqələrin gücləndirilməsinə deyil, həm də Cənubi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq yollarının açılmasına imkan yaratmışdır. Bir il sonra Vyetnam Sosialist Respublikasının Prezidenti  Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri isə iki dövlət arasında münasibətlərdə yeni səhifə açmışdır. Səfər çərçivəsində ilk dəfə Azərbaycan-Vyetnam biznes-forumunun keçirilməsi ölkələr arasında iqtisadi əlaqələrin inkişafını təşviq etmək və hər iki ölkənin iş adamlarına qarşılıqlı faydalı investisiya və ticarət imkanları təqdim etmək məqsədini daşımışdır. Ticarət mübadiləsinin artırılması, birgə biznes layihələrinin həyata keçirilməsi və sərmayə qoyuluşu məsələləri forumun əsas mövzularından biri olmuşdur. 

İki həftə öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Vyetnama səfəri də ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, mədəniyyət, təhsil, humanitar sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı anlayışın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu səfər Heydər Əliyev Fondunun missiyasına uyğun olaraq humanitar əlaqələri gücləndirmək, tərəfdaşlıq və dialoq yaratmaq məqsədi güdürdü. "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib", - deyə Prezident İlham Əliyev "Vietnam News Agency" agentliyinə verdiyi müsahibədə vurğulayıb. 

İki ölkə arasında əlaqələrin perspektivlərindən biri də turizmdir. Azərbaycanla Vyetnam arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Azərbaycan və Vyetnam ayrı-ayrılıqda özünəməxsus turizm potensialına malik ölkələrdir. Vyetnam gözəl və zəngin  təbiəti  ilə məşhurdur. Dağlıq ərazilər, çimərliklər, tarixi abidələr və şəhər mədəniyyəti ilə turistləri cəlb edir. Azərbaycan isə dünyada tarixi abidələri, Xəzər dənizinin sahilindəki kurortları, təbii gözəllikləri və zəngin mədəni irsi ilə tanınır.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Vyetnam Azərbaycan üçün Asiya bazarlarına çıxmaq, ticarət əlaqələrini genişləndirmək və strateji əhəmiyyətli bölgələrdə mövqeyini gücləndirmək baxımından önəmli bir tərəfdaş olduğu üçün bu səfərin ikitərəfli münasibətlərin dərinləşməsi istiqamətində böyük əhəmiyyəti var. Bu səbəbdən Vyetnam liderinin Azərbaycana səfərini  ölkələrimiz  arasındakı münasibətlərdə yeni bir mərhələ kimi dəyərləndirmək olar. Dövlətimizin başçısı məlum müsahibəsində səfərlə bağlı fikirlərini belə  bölüşüb: "Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. İnanıram ki, cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq".

Göründüyü kimi, To Lamın Azərbaycana səfəri diplomatik əlaqələri inkişaf etdirməklə yanaşı, hər iki ölkənin gələcəkdə iqtisadi, mədəni sahələrdə birgə əməkdaşlığını daha yüksək səviyyəyə çatdırmaq məqsədi güdür. Bu cür səfərlər həmçinin regional və beynəlxalq məsələlərdə ölkələrimiz arasındakı əməkdaşlığı daha da dərinləşdirir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!