09 Aprel 2025 09:20
519
DÜNYA
A- A+
ÜST yeni pandemiyanın qaçılmaz olduğunu bildirir

ÜST yeni pandemiyanın qaçılmaz olduğunu bildirir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, dünya gec-tez yeni pandemiya ilə üzləşəcək. Onun sözlərinə görə, bu, "nəzəri risk deyil, epidemioloji əminlikdir".

 Gebreyesus bu məsələni pandemiyanın qarşısının alınmasına dair saziş hazırlayan Hökumətlərarası Danışıqlar Orqanının 13-cü sessiyasında qaldırıb.  O xatırladıb ki, koronavirus pandemiyası zamanı dünyada rəsmi olaraq 7 milyon insan dünyasını dəyişib, baxmayaraq ki, ÜST qurbanların sayının 20 milyon təşkil etdiyi qənaətindədir. 

Təşkilat rəhbəri pandemiyanın qlobal iqtisadiyyatda 10 trilyon dollardan çox vəsaiti məhv etdiyini də bildirib. Onun sözlərinə görə, növbəti pandemiya 20 il sonra və ya daha çox, bəlkə də sabah başlaya bilər. Ancaq bu, mütləq baş verəcək və hər bir halda buna  hazır olmaq lazımdır.

Qeyd edilib ki, 2021-ci ilin dekabrından pandemiya ilə mübarizə üzrə saziş üzərində iş aparılır. ÜST rəhbəri dünya ölkələrini sənədin imzalanmasında iştirak etməyə çağırıb.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çin səlahiyyətliləri Uhanda pnevmoniyanın baş verdiyini açıqlayıb. 2020-ci ilin mart ayında ÜST-nin baş direktoru virusun sürətlə yayılması səbəbindən COVID-19-u pandemiya elan edib. Təşkilat 2023-cü ilin mayında pandemiyanın sona çatdığını bildirib.  2025-ci ilin fevralında insanlar üçün potensial yoluxucu ola biləcək yeni bir koronavirus aşkar edilib. Çinli mütəxəssislərin araşdırması Quançjou laboratoriyasında Çin Elmlər Akademiyasının Quançjou filialının, həmçinin Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun alimləri ilə birlikdə aparılıb. Araşdırma işinə Uhandakı  laboratoriyada koronavirusu da tədqiq edən çinli virusoloq Şi Zhengli rəhbərlik edib.

Məlumata görə, Hon-Konqda hamar burunlu yarasalar cinsinə aid olan Yapon yarasasında Merbecovirus alt cinsinə (əvvəllər 2c qrup koronaviruslar kimi tanınırdı) aid yeni virus müəyyən edilib. Virus HKU5-CoV-2 adlandırılıb. Alimlər yarasa nümunələrindən təcrid olunmuş virusun insan hüceyrələrinə sirayət edə biləcəyini aşkar ediblər. Komanda qeyd edir ki, HKU5-CoV-2 daha geniş yoluxma diapazonuna və növlərarası infeksiya üçün yüksək potensiala malik ola bilər. 

Bununla belə, hələ narahat olmaq üçün ciddi əsas yoxdur. Alimlərin fikrincə, HKU5-CoV-2-nin insan populyasiyalarında görünmə riski şişirdilməməlidir. Molekulyar bioloq Sergey Xaritonov  qeyd edir ki, elm adamları yarasada tapılan yeni koronavirusa yoluxma hallarından hələ ki, xəbərdar deyillər, vəziyyət əlavə monitorinq tələb edir. 

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Andrey Pozdnyakovun fikrincə, "kiminsə nadinc  əlləri yenidən bu virusla oynamasa və onun patogenliyini və virulentliyini artırmasa", risklər yaranmayacaq. 

Çinli mütəxəssislər aşkar edilmiş virusla bağlı daha ətraflı araşdırma aparmaq niyyətindədirlər.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!