11 İyul 2025 16:57
940
Mədəniyyət
A- A+
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında hesabatlar dinlənilib  

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında hesabatlar dinlənilib  

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin nümayəndə heyəti də iştirak edir.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan üzrə Ümumdünya İrs Siyahısına daxil edilmiş iki irs ərazisinin – “Xan Sarayı ilə birgə Şəki şəhərinin tarixi mərkəzi” və “Xınalıq və Köç Yolu mədəni landşaftı"nın mühafizə vəziyyətinə dair dövri hesabatları dinlənilərək qəbul olunub.

Sessiya çərçivəsində UNESCO-nun mədəni irs üzrə məşvərətçi qurumu olan ICOMOS təşkilatı tərəfindən təşkil edilən və köçəri irsinə (Transhumance) həsr edilmiş yan tədbir də keçirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Transhumance World Heritage Initiative” layihəsi təqdim olunub.

Layihə Azərbaycanın 2023-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq və Köç Yolu mədəni landşaftı” nümunəsindən ilhamlanaraq qlobal səviyyədə köç irsinin qorunması və təşviqinə yönəlib.

Nümayəndə heyətinin sessiya çərçivəsində keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər ölkənin beynəlxalq irs şəbəkəsində aktiv rolunu daha da gücləndirib, gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradıb.

Qeyd edək ki, sessiya iyulun 16-na kimi davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

Rusiyalı sahibkar Alişer Usmanovdan

17:55
26 Avqust

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib  

17:53
26 Avqust

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

17:44
26 Avqust

Zəhra Pezeşkiandan  

17:43
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:40
26 Avqust

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

17:32
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib  

17:30
26 Avqust

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır  

17:13
26 Avqust

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib  

16:58
26 Avqust

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan  

16:41
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!