15 Aprel 2025 15:43
341
CƏMİYYƏT
A- A+
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş olub  

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş olub  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Sevim Sayım Madakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, fəal siyasi dialoqun bu gün iki ölkənin bütün sahələrdə əməkdaşlığının möhkəmləndirilməsinin əsasını təşkil etdiyini bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyi, əmək və sosial müdafiə sahəsində də əlaqələrimizin daim genişlənməkdə olduğu vurğulanıb. Ötən dövrdə iki ölkə arasında bu sahədə əməkdaşlığa dair 8 sənədin imzalandığı diqqətə çatdırılıb. Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları, o cümlədən DOST konsepsiyası, sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işləri qeyd edilib.

Azərbaycanda sosial xidmətlər və övladlığagötürmə, himayədar ailə sahələrində görülən işlərdən bəhs olunub, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında bu sahələrdə fəal əməkdaşlıq təcrübəsinin mövcud olduğu vurğulanıb. Xüsusilə son illər iki nazirlik arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun və bu sənədin tətbiqinə dair Fəaliyyət Planının əhəmiyyəti diqqətə çatdırılıb.

Sevim Sayım Madak ikitərəfli əməkdaşlığın ildən-ilə genişlənməsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcək inkişafı üçün səylərin qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirib. Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nümayəndə heyəti üçün nazirlikdə “Əlilliyi olan şəxslərə dair siyasət və xidmətlər”, “Əlilliyi olan şəxslər üçün müyəssərliyin təmin olunması” və “Əlilliyi olan şəxslərin sosial həyatda iştirakı və məşğulluğunun təmin olunması” mövzularında təqdimatlar edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində aparılan işləri diqqətə çatdırıb.

Görüşdə həmin mövzularda müzakirə və təcrübə mübadilələri aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!