24 İyun 2025 14:10
596
DÜNYA
A- A+
Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat başlayıb  

Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat başlayıb  

Türkiyənin müxtəlif vilayətlərində FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilir.

AZƏRTAC xəbər verir ki, İstanbul və İzmir Respublika Baş prokurorluqları tərəfindən birgə aparılan istintaq çərçivəsində 174-ü hazırda fəaliyyət göstərən olmaqla, ümumilikdə 176 hərbçi barədə FETÖ terror təşkilatı ilə əlaqədə olmaq şübhəsi ilə saxlanılma qərarı verilib. Təşkilatdaxili rabitə üslubuna uyğun şəkildə FETÖ ilə əlaqə qurduqları müəyyən edilən bu şəxslərin aralarında yüksəkrütbəli zabitlər də var. Hazırda onlardan 158-i saxlanılıb, digərlərinin axtarışı aparılır.

İstanbul Respublika Baş Prokurorluğunun bununla bağlı verdiyi yazılı açıqlamada Türkiyə Silahlı Qüvvələrinə sızan və hələ tam ifşa edilməyən FETÖ üzvlərinin mövcud olduğu bildirilib. Qeyd edilib ki, bu baxımdan FETÖ hələ də dövlətin konstitusiya quruluşu və təhlükəsizliyi üçün ən böyük təhdid olaraq qalır. Açıqlamada indiyədək çevriliş cəhdi və ya FETÖ üzvlüyünə görə hərbçilərlə bağlı 1918 əməliyyatın keçirildiyi, 28 min 262 şübhəlinin müəyyən edildiyi, onlardan 25 min 869-nun saxlanıldığı bildirilib. Həmin şəxslərdən 9 min 55-nin həbs olunduğu, 13 min 972-nin məhkəmə nəzarəti ilə sərbəst buraxıldığı qeyd edilib. Vurğulanıb ki, bu əməliyyatlar Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə Dairə Baş İdarəsinin əməkdaşlığı nəticəsində yaradılan və Türkiyə üzrə 80 vilayətin məhkəmə orqanlarının istifadəsində olan telefon məlumat bazasından istifadə edilərək icra olunub.

FETÖ terror təşkilatı ilə əlaqədə olan hərbçilərin müəyyənləşdirilməsi yanaşı, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı başladılan digər istintaq çərçivəsində ölkənin 8 vilayətində əməliyyat keçirilib. Restoran şəbəkələri ilə bağlı aparılan bu araşdırma zamanı bəzi filialların Türkiyənin Sosial Sığorta Qurumunda qeydiyyatda olmadığı və FETÖ-ya bağlı şəxslərlə ortaq olduğu müəyyən edilib. İstintaqda şəxsiyyəti müəyyən edilən 63 şübhəlinin saxlanılması məqsədilə əməliyyat keçirilib, 60 nəfər saxlanılıb. Şübhəlilərdən üçünün ölkə xaricində olduğu müəyyən edilib.

Daha bir əməliyyat FETÖ-nün polisdəki gizli strukturlarına qarşı keçirilib. Bununla bağlı aparılan istintaq çərçivəsində FETÖ/PDY-nin polisdəki gizli strukturlarında fəaliyyət göstərən 21 şübhəli müəyyənləşib və ölkənin 14 vilayətində eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 13-ü fəaliyyətdə olan, 6-sı isə işdən çıxarılmış polis əməkdaşı və iki gizli məsul şəxs adı altında fəaliyyət göstərən şəxs saxlanılıb.

İstintaq davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

Xarici vətəndaşların İrandan təxliyəsi: “Astara” buraxılış məntəqəsində son vəziyyət 

12:45
17 Mart

Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 6,5 milyard dolları ötüb  

12:41
17 Mart

İranda ABŞ və İsrailə casusluq edənləri edam cəzası gözləyir

12:41
17 Mart

MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

12:33
17 Mart

MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib  

12:30
17 Mart

“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  

12:19
17 Mart

2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb  

12:11
17 Mart

BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib

12:01
17 Mart

Nigeriyada terror aktı: 23 nəfər həlak olub, 100-dən çox yaralı var

11:32
17 Mart

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

11:22
17 Mart

Milli Məclis 9 məsələnin müzakirəsinə başlayıb

11:21
17 Mart

Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verilib  

11:20
17 Mart

ABŞ-nin Hörmüz boğazında koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olur  

11:18
17 Mart

Ötən gün 40 cinayətin açılması təmin edilib

11:16
17 Mart

Efiopiyada “ASAN xidmət” modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub  

11:15
17 Mart

Dünya bazarında qızıl 22 dollardan çox bahalaşıb

11:14
17 Mart

Dünya birjalarında neft bahalaşıb

11:13
17 Mart

Norveçli diplomatlar İrandan təxliyə olunub

11:12
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!