17 İyul 2026 09:50
572
İQTİSADİYYAT
A- A+
Türk dövlətlərində dinamik iqtisadi artım 

Türk dövlətlərində dinamik iqtisadi artım 


Bu ilin ilk rübündə birlik ölkələrində 673,5 milyard dollarlıq ÜDM istehsal edilib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi "Türk iqtisadi icmalı"nın 2026-cı ilin I rübünə dair buraxılışı nəşr edilib.

İİTKM-nin Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmalda 2026-cı ilin I rübü üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər  Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilib. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirib.

Cari ilin birinci rübündə türk dövlətləri 673 milyard 557,5 milyon dollarlıq ÜDM ilə qlobal iqtisadiyyatda 2,34 faizlik paya sahib olub. Əhalisi isə 178,8 milyon nəfərlə qlobal əhalinin 2,8 faizini təşkil edib. Bu göstəricilər türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğunu bir daha təsdiq edir.

Bu dövrdə Qırğızıstan, Özbəkistan və Türkmənistan müvafiq olaraq 10,1, 8,7 və 8,5 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. ŞKTR-də iqtisadi artım 6,3, Qazaxıstanda 3 faiz olub. Təşkilatın ən böyük iqtisadiyyatına sahib Türkiyədə isə 2,5 faiz iqtisadi böyümə qeydə alınıb.  Macarıstanda ÜDM-in artım tempi 1,7, Azərbaycanda 0,3 faiz təşkil edib.

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün xüsusi əhəmiyyət daşıyır. Cari ilin I rübündə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 326 milyard 011,55 milyon dollar təşkil edib ki, bu da 8,75 trilyon dollar həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,73 faizinə bərabərdir.

Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla 155,122 milyard dollarla TDT-də liderlik edir. Macarıstan, Qazaxıstan və Özbəkistan müvafiq olaraq 87,445 milyard, 32,908 milyard və 18023 milyard dollarlıq ticarət əməliyyatları həyata keçiriblər.

Hesabat dövründə Özbəkistan və Qırğızıstanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.

Sənaye sektorunda Qırğızıstan, ŞKTR və Özbəkistan müvafiq olaraq 14, 9,2 və 8 faiz artımla liderlik edib. Türkmənistanda sənaye sektorunda 2,4 faiz inkişaf qeydə alınıb. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri müsbət təsir göstərib. Türkiyədə isə sənaye sektoru 1,1 faiz artıb.

Kənd təsərrüfatı sektorunda ŞKTR 7,9 faiz ilə ən güclü artım nümayiş etdirib. Bu sektorda Özbəkistan 5,1, Qazaxıstan 3,4, Qırğızıstan 2,8, Türkiyə 2,7 faiz artıma nail olub.

İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. Cari ilin I rübündə Özbəkistan və Qırğızıstan sabit kapital investisiyalarında müvafiq olaraq 29,6 və 25,5 faiz artım nümayiş etdiriblər ki, bu da əsasən infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük sərmayələr hesabına mümkün olub. Bu dövrdə Azərbaycan və Macarıstan da müvafiq olaraq 14,9 və 12,2 faiz sabit kapital investisiyalarında sağlam artım nümayiş etdiriblər. 

Bank sektoruna gəldikdə, hesabat dövründə Qırğızıstanın bu sektorunun cəmi aktivlərində 23, Özbəkistanın 19,6, Qazaxıstanın 11, Türkiyənin 7,4, Macarıstanın 6,8, Azərbaycanın 5,7 faiz artımı olub. Həmin dövrdə ŞKTR bank sektoru isə 5,04 faiz artım əlavə edib. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. 

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın vacib göstəricisidir. Qırğızıstanda dövlət büdcəsi gəlirlərində 48,8, dövlət büdcəsi xərclərində 42,3 faiz olmaqla ən yüksək artım qeydə alınıb. Türkiyədə dövlət büdcəsi gəlirlərində 44,4, dövlət büdcəsi xərclərində 45,5 faiz olmaqla yüksək artıma nail olunub. Həmçinin  Özbəkistanda dövlət büdcəsi gəlirlərində 35, dövlət büdcəsi xərclərində 24,1 faiz olmaqla yüksək artım müşahidə edilib. ŞKTR, Qazaxıstan, Macarıstanda həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdiriblər.


R.MÜTƏLLİBOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

Rusiyalı sahibkar Alişer Usmanovdan

17:55
26 Avqust

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib  

17:53
26 Avqust

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

17:44
26 Avqust

Zəhra Pezeşkiandan  

17:43
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:40
26 Avqust

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

17:32
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib  

17:30
26 Avqust

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır  

17:13
26 Avqust

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib  

16:58
26 Avqust

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan  

16:41
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!