01 Fevral 2024 10:55
9041
Oxucu məktubları
A- A+

"Tullantıların daşınması axşam saatlarında həyata keçirilir"

 

Sizin 23.11.2023-cü il tarixdə "Azərbaycan" qəzetində dərc edilmiş "Küçələrdə zibillərin daşınması qrafiki dəyişdirilməlidir" sərlövhəli oxucu məktubunda qaldırılmış problemin həlli istiqamətində tədbirlər görülməsi barədə Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciətinizə baxılmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 2008-ci il  6 avqust tarixli 2983 nömrəli sərəncamına əsasən, Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır.
Bu tədbirlərin hazırlanmasına hal-hazırda avropalı (İngiltərə və Fransa) aparıcı ekspertlər cəlb olunmuş, onların təklifləri əsasında müzakirələr aparılmışdır. Təkliflərə əsasən, xüsusi təyinatlı texnikanın alınması (Avropa istehsalı olan MAN və IVECO markalı) və bərk məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin yeniləri ilə əvəzlənməsinə zərurət yaranmışdır ki, bu istiqamətdə də hal-hazırda əməli tədbirlər həyata keçirilməkdədir.
Təkliflərə əsasən, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, qablaşdırılması, daşınması sahəsində maddi-texniki bazanın gücləndirilməsi, şəhərin sanitar təmizliyinin təmin edilməsi ilə bağlı işlərin aparılması, tullantıların tərkibinə görə çeşidlənərək yığılması və bu istiqamətdə digər tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 2019-cu ildə Böyük Britaniyanın bu sahədə ixtisaslaşmış "Mott MacDonald" şirkəti ilə müqavilə bağlanılmışdır. "Mott MacDonald" şirkəti tərəfindən məişət tullantılarının idarə edilməsi çərçivəsində görüləcək tədbirlərin ardıcıllığını, sanitar-təmizlik işlərinin həcmini, tullantıların yığılması, müvəqqəti saxlanılması və daşınması metodunu, habelə tələb olunan maşın-mexanizmlərin və avadanlıqların sayının müəyyən edilməsi üçün müqavilə şərtlərinə uyğun olaraq pilot layihə çərçivəsində 10.07.2019-cu il tarixdən Nərimanov rayonundan, daha sonra 01.03.2021-ci il tarixdən Nizami rayonunda, 01.04.2021-ci il tarixdən Nəsimi rayonu üzrə, 01.05.2021-ci il tarixdən Yasamal rayonu üzrə, 20.09.2022-ci il tarixdən Səbail rayonu üzrə, 03.11.2022-ci il tarixdən isə Xətai rayonu üzrə, 14.04.2023-cü il tarixdən Pirallahı rayonu üzrə və 14.07.2023-cü il tarixdən isə Suraxanı rayonu üzrə Pilot Layihəyə start verilmişdir. Rayon üzrə xüsusi təyinatlı nəqliyyat vasitələri ilə qarışıq və çeşidlənmiş tullantılar daşınaraq zərərsizləşdirilməsi üçün "Təmiz Şəhər" ASC-nin Balaxanıda yerləşən müəssisələrinə (yararlılığına görə, çeşidləmə zavodu və yandırma zavodu) təhvil verilir. Qısa vaxt ərzində layihə Bakı şəhərini tam əhatə edəcəkdir.
Bildiririk ki, gündəlik daşınan bərk məişət tullantılarının həcmi qış aylarında 1100-1200 tona bərabər olduğu halda, yay aylarında daşınan tullantıların həcmi daha da artır. Bakı şəhəri üzrə xidməti əraziyə gündəlik 130-140 xüsusi təyinatlı nəqliyyat vasitəsi xidmət göstərir. Gündüz vaxtlarda şəhərdə avtomobillərin hərəkət sıxlığı nəzərə alınaraq, tullantıların daşınması axşam saatlarında həyata keçirilir.

Y.XƏLİLOV,
Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video