20 Oktyabr 2026 08:20
446
SİYASƏT
A- A+
“TÜLKÜ HƏCCƏ GEDİR”

“TÜLKÜ HƏCCƏ GEDİR”


Abdulla  Şaiqin "Tülkü həccə gedir" adlı  təmsilini  yəqin ki, Azərbaycanda bilməyən tapılmaz.

Hətta onun əsasında maraqlı bir cizgi filmi də çəkilib.

...Tülkü əlinə təsbeh götürüb avam toyuq-cücəni başına yığaraq onları inandırır ki, bəd əməllərindən  tövbə edib, indi isə həccə gedir...

Sonrası hamıya məlumdur.

Ermənistanın tülkü xisləti də  bizə yaxşı  bəllidir.

Çünki  özünü  dünyaya "məzlum", "zavallı", "soyqırımına  məruz qalmış  millət" kimi  təqdim edən hayların bizə qarşı hansı  vəhşilikləri, soyqırımlarını törətdiklərinin canlı şahidləriyik.

Otuzillik işğal dövründə torpaqlarımızda  hansı vandallıqlar  törətdiklərini  isə sübutlarla bütün  dünyaya əyani şəkildə nümayiş etdirdik.

Ola bilər ki, BMT-nin rəhbərləri nə bu təmsili oxuyublar, nə də onun cizgi filmi variantını görüblər.

Amma ermənilərin Qarabağda  törətdikləri murdar əməllərdən yaxşı xəbərdardırlar.

Bəs belə olan halda 19-30 oktyabr tarixlərində Bioloji Müxtəliflik üzrə Konvensiyanın COP17 toplantısının Ermənistanda keçirilməsi barədə qərar nə deməkdir?!

* Ermənilərin təbiət düşməni olduqlarından xəbərsizlik?

* Belə bir tədbiri keçirə biləcək  başqa ölkənin olmaması?

* Yoxsa ermənipərəstlik, onun  etdiklərinə açıq-aşkar göz yumulması?

Bütün hallarda Ermənistana belə bir  "etimad"ın göstərilməsi yanlışlıq, üzgörənlik, ədalətsizlikdir!

Üstəlik, belə qərarı verən qurumun gözdən salınmasına xidmət edəcək addımdır!

Özləri bilsinlər.

Bizə gələndə isə beynəlxalq səviyyəli ədalətsizlikləri o qədər  görmüşük  ki, daha belə  qərarların  qəbuluna təəccüblənmirik...

Bu da onlardan biri olsun!

* Bunu bilməyən yoxdur ki, dünya  erməniliyinin  əli  hər yana  "çatır", maliyyəsindən  çoxları bəhrələnir.

* Bir neçə il öncə ABŞ Senatının  Xarici əlaqələr komitəsinin keçmiş sədri  Menendes və onun  erməniəsilli arvadı erməni  rüşvətinin güdazına gedərək məhkum olundular.

* Avropa  Parlamentində   erməni pulları ilə  uzun illər boyu Azərbaycan  əleyhinə yalan və saxta  məlumatlar əsasında qərəzli qərar və qətnamələrin  qəbul edilməsi də kimsəyə sirr deyil.

* Fransa Prezidenti E.Makronun hayları  fransızlardan  çox istəməsi və erməni  maraqlarını fransız maraqlarından daim üstün tutması da bəlli məsələdir.

* Rusiya Dövlət Dumasının ermənipərəst deputatları Sergey Mironovun və Konstantin Zatulinin qərəzli  mövqelərinə və Azərbaycan sərhədlərini qanunsuz keçərək daim  erməni  maraqlarını əsassız müdafiə etdiklərinə görə  ölkəmizə girişlərini qadağan  etmişik.

O da bəllidir ki,  sonda  ermənilərin senator, konqresmen, deputat və parlamentarilərə  xərclədikləri pulun heç bir  faydası olmadı:

Azərbaycan 44 gündə "dəmir yumruq"la bütün ədalətsizliklərə və korrupsiya yolu ilə nail olunmuş "uğurlar"a son qoydu!

Amma Məşədi İbad demiş: adətkərdəlik də bir şey deyil!

Son nəticədə bütün dünya şahid oldu ki, hamını ələ  alan  dünya erməniliyi Azərbaycan qarşısında aciz  duruma  düşdü, özgələrə qoyduğu mayasını da batırdı.

Əlbəttə, biz Ermənistanın paxıllığını  çəkmirik.

Azərbaycan öz imkanları hesabına:

*  I Avropa Oyunlarını yüksək səviyyədə keçirib;

*  IV İslam Həmrəyliyi Oyunlarını  bacarıqla təşkil  edib;

* Saysız-hesabsız  beynəlxalq tədbirlərə, idman oyunlarına evsahibliyi edib;

* Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərliyi, orada gördüyü işlər, atdığı addımlar ilə dillər əzbərinə çevrilib.

Yenə də Məşədi İbaddan bir iqtibas:

"Adə, bu gəlini gətirəndə bir baxmazlar ki, bu kişidir, yoxsa arvad?"

Görəsən,  Ermənistana tədbir salanda onun  otuzillik  işğal dövründə Azərbaycan təbiətinə vurduğu ağır zərbələrə, törətdiyi vandallıqlara niyə göz  yumurlar?!

Ermənistanın  ekoloji cinayətlərini bir daha  xatırladırıq:

*  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğal dövründə ümumilikdə 60 min hektar sıx meşə ərazisi  məhv edilib.

*  Bunun 54 min hektardan artıq hissəsi sıx meşə sahələrinin, 6 min hektaradək hissəsi isə xüsusi mühafizə olunan təbiət ərazilərindəki meşə örtüyünün payına düşür.

* İşğal zamanı meşə fonduna aid olmayan  yaşayış məntəqələrinin ərazilərində, avtomobil yolları və su mühafizə zolaqlarında və digər torpaq sahələrində ümumilikdə 1 milyonadək müxtəlifcinsli ağac və kollar  məhv edilib. 

* İşğaladək olan dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 152 ədəd təbiət abidəsi statuslu qədim ağac qeydiyyata alınmışdır. Ərazilər işğaldan azad edildikdən sonra aparılmış monitorinqlər zamanı erməni işğalı dövründə 140-dək bu cür ağacın məhv edildiyi müəyyənləşdirilib.

* Zəngilan rayonu ərazisində isə  təbiət abidəsi statuslu "Araz palıdı" qiymətli meşə sahəsinin 300 hektarı  məhv  edilib.

* İşğaldan azad edilmiş ərazilərdə işğal dövrünədək 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərib. Bu ərazilərə Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, eləcə də Daşaltı, Laçın, Qubadlı və Arazboyu Dövlət Təbiət yasaqlıqları aiddir. Bəsitçay Dövlət Təbiət Qoruğu, eləcə də Laçın, Qubadlı, Daşaltı və Arazboyu Dövlət Təbiət yasaqlıqlarının ümümi sahəsi 42,757 hektardır ki, bu qorunan ərazilərdə əsasən Şərq çinarı, yunan qozu, ağyarpaq qovaq, yulğun, söyüd, saqqızağacı, çinar, qarağac, iydə, biyan, vələs, cökə, ağcaqayın və palıd cinsli ağaclar üstünlük təşkil edirdi. Peyk təsvirlərinə əsasən, adıçəkilən qoruq və yasaqlıqların sıx meşə örtüyünün işğal dövründə 6 min hektaradək hissəsinin məhv edildiyi aydın olub.

* Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğaladək qeydiyyata alınmış 160-dan artıq mineral xammal yatağının azı 50-sində istismar işləri aparılıb. Eyni zamanda bütün yeraltı su ehtiyatlarından (şirin, mineral, termal) qanunsuz istifadə olunub.

Bütün bunlardan sonra  Ermənistana  təbiətə, ətraf mühitə qayğı ilə bağlı beynəlxalq  tədbirin keçirilməsini etibar edərdilərmi?

Edərlərsə səbəbi nədir?!

***

Sonda daha  bir  "şübhə"mizi dilə gətirmək istəyirik.

Otuz ildə beynəlxalq qurum və təşkilatlar işğala məruz qalanla işğalçını, başqa sözlə, Azərbaycanla Ermənistanı bərabərləşdirməyə çalışdılar.

Görünür, ermənipərəstlərin bu xəstəliyi hələ də  davam edir!

Amma "dəmir yumruğ"u ilə 44  gündə  düşmənini qarşısında diz çökdürən, ona kapitulyasiya aktını imzalatdıran  Azərbaycanı Ermənistana tay  tutmaq  mümkün  olan məsələ deyil!

Azərbaycan orta güc dövlətidir, Cənubi Qafqazda  əsas  söz sahibidir, beynəlxalq transmilli  layihələrin  icraçısıdır.

Ermənistan isə ərazisində özgə dövlətin hərbi  bazası yerləşən vassal, qapazaltı ölkədir.

Azərbaycan COP29-u ən yüksək  səviyyədə keçirdi!

Elə bilirsiniz Ermənistan da COP17-ni düz-əməlli  keçirə biləcək?

Ay-hay!



Bəxtiyar Toğrul

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 118 dollara satılır 

13:36
20 Oktyabr

Zəngilan: tarixi yaddaşdan böyük qayıdışa  

12:41
20 Oktyabr

Zəngilan regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur  

11:23
20 Oktyabr

Ötən gün 54 cinayətin açılması təmin olunub

10:53
20 Oktyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:50
20 Oktyabr

Birjalarda neft bahalaşıb

10:49
20 Oktyabr

Çempionlar Liqası: “Sabah” Almaniya nəhəngini qəbul edir

10:47
20 Oktyabr

Azərbaycan səhiyyəsində yeni idarəetmə mərhələsi: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi hansı dəyişiklikləri vəd edir?

10:11
20 Oktyabr

Azərbaycanın "yaşıl kənd təsərrüfatı" üzrə təcrübələri beynəlxalq seminarda təqdim olunub

10:10
20 Oktyabr

Bir neftçi ömrünün nəğməsi

10:00
20 Oktyabr

Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib

09:50
20 Oktyabr

Fərdi hiss və ictimai məsuliyyət

09:40
20 Oktyabr

Uzaq Səmərqənddə doğma Gəncə nəfəsi - Əbülqasım əl-Gəncinin maarifçilik missiyası

09:20
20 Oktyabr

ZƏFƏR gündəliyi 

09:10
20 Oktyabr

Dirçəlişin və qayıdışın ünvanı

09:00
20 Oktyabr

Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər

08:50
20 Oktyabr

Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış

08:40
20 Oktyabr

Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları

08:30
20 Oktyabr

“TÜLKÜ HƏCCƏ GEDİR”

08:20
20 Oktyabr

Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına

08:10
20 Oktyabr

İlham Əliyevdən qlobal çağırış

08:00
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!