08 Yanvar 2026 11:36
805
Səhiyyə
A- A+
Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  

Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  


Payız-qış mövsümündə, adətən, qrip və kəskin respirator virus infeksiyalarına yoluxma hallarında müəyyən artımlar müşahidə edilir. Hazırda biz qış aylarındayıq və bu dövrdə qripin yayılması pik həddə çatır. Qrip virusu yaşından asılı olmayaraq, bütün insanları yoluxdura bilər. Uşaqlar daha həssas qrupdur və onlar arasında qrip virusunun yayılmasının artması təbii artım kimi qiymətləndirilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun dediyinə görə, hazırda yayılan infeksiya isə fəsli qrip-A qripidir: “Qrip virusuna ilboyu rast gəlinsə də, qeyd olunan mövsümdə daha çox yayılır. Bu da epidemioloji qanunauyğunluq hesab edilərək, infeksiyanın fəsilliliyini göstərir. Xəstəliyin ümumi əlamətlərinə hərarətin yüksəlməsi, baş və əzələ ağrıları, iştahasızlıq və əsasən, yuxarı tənəffüs yollarının zədələnmələri olan öskürək, boğaz ağrısı, burun tutulması aid edilir. Şəxslər poliklinikalara müraciət edən zaman lazım olduqda onlardan götürülmüş nümunələr xüsusi laboratoriyaya göndərilərək virus təsdiqlənir. Lakin bunun rutin edilməsinin praktik əhəmiyyəti yoxdur”.

Mütəxəssis vurğulayıb ki, hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır. “Havaların soyuması nəticəsində insanlar daha çox bağlı məkanlarda toplaşır, bağçalarda, məktəblərdə, iş ofislərində otaqların havalandırılması çox az hallarda icra olunur. Belə ki, otağın havasının 5-10 dəqiqəlik mütəmadi havalandırılması orada olan virusun təxminən 80 faiz azalmasına səbəb olur. Qapalı məkanlarda yaxın təmaslar daha da çoxalır və virusun ötürülməsi asanlaşır. Qapalı məkanlarda virus hissəcikləri daha uzaq məsafəyə yayıla bilir, ümumiyyətlə, rütubətin az olması da virusların daha çox müddət havada asılı qalmasına səbəb olur. Eyni hal ailə daxilində, mənzillərdə də baş verir. Bundan başqa, qış mövsümündə insan immunitetinin təbii azalması (günəş işığının az olması, vitamin D sintezinin azalması, qida rasionunda vitaminlərin azlığı) da virusların yayılması üçün vacib faktordur. Soyuq hava ilə nəfəs aldıqda burnun selikli qışalarının damarları büzülür və selik ifrazı azalır ki, bu da yerli müdafiənin zəifləməsi və virusların asanlıqla orqanizmə daxil olmasına, yəni yoluxmaya səbəb olur”, - deyə o diqqətə çatdırıb.

Təyyar Eyvazov qeyd edib ki, qrip virusundan qorunmaq üçün qeyri-spesifik və spesifik tədbirlər nəzərdə tutulub: “Birinci qrup tədbirlər universal qorunma tədbirləri olub, bütün hava-damcı üsulu ilə yayılan infeksiyalara aiddir. Yəni əhalinin sıx toplaşdığı məkandan mümkün qədər yayınmaq, nəqliyyatda maskadan istifadə etmək, kütləvi tədbirlər zamanı respirator və əl gigiyenası qaydalarına əməl etmək, xəstə insandan aralı durmaq, çirkli əlləri ağıza, buruna, gözlərə vurmamağa çalışmaq, qida qəbulundan əvvəl əlləri azı 20 saniyə müddətində sabunla yumaq, öskürdükdə, asqırdıqda burnu və ağızı salfetlə örtmək çox vacibdir. Evdə xəstə varsa, onu dərhal təcrid etmək, otağının havasını tez-tez dəyişmək, xəstənin əşyalarını, qida dəstini, onun əl vurduğu hər bir əşyanı dezinfeksiya etmək lazımdır. Xəstəni, birinci növbədə uşağı vaxtında aşkarlayıb, məktəbə buraxmamaq lazımdır. O cümlədən məktəbdə, bağçada xəstə uşaq varsa, onu evə göndərmək lazımdır. Bu sadə tədbirlər kütləvi icra olunarsa, çox böyük effekt verir və burada vətəndaşların məsuliyyəti, məsələyə ciddi yanaşması həlledicidir. İkinci qrup tədbir isə qripə qarşı vaksinasiyadır. Ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilmiş Avropa istehsalı olan qrip peyvəndi kifayət qədər effektiv və təhlükəsizdir. Qripin epidemioloji fəsli artımı başlanmazdan əvvəl vaksinasiyaya start verilməlidir. Bu, bizdə sentyabr ayından aparılır və bugünə qədər davam etdirilir. Peyvəndlər yaşayış və ya iş yeri üzrə ərazidə yerləşən ambulator-poliklinik tibb xidməti göstərən müəssisələrə paylanılıb və əhali yalnız müraciət əsasında ödənişsiz qaydada bundan yararlanır. Vaksinasiyanın əsas hədəfi infeksiyanın risk qruplarıdır. Bunlar 5 yaşadək olan uşaqlar, hamilələr, ağır xroniki xəstəlikləri, müxtəlif səbəbli immun çatışmazlığı olan insanlar və yaşı 65-dən çox olanlardır. Peyvənd edilmiş şəxs infeksiyanın asimptomatik və ya yüngül formasını keçirir, ağır gedişat, fəsadlaşma və xəstəxanaya yatırılma halları daha az baş verir. Lakin bilməliyik ki, peyvəndin qoruyuculuğu 2 həftədən sonra formalaşır, bu dövr ərzində şəxs yoluxubsa, xəstələnə bilər. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən qrip və digər respirator virus infeksiyalarından qorunma yolları ilə bağlı mediada əhali mütəmadi olaraq məlumatlandırılır. Əhalinin, birinci növbədə risk qruplarının qripə qarşı vaksinasiya olunmasına çağırışlar edilir. Hazırda epidemioloji durum Səhiyyə Nazirliyinin qiymətləndirməsinə görə nəzarət altındadır. Əlavə tədbirlərə ehtiyac duyulmur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!