28 Iyun 2024 09:10
249
İDMAN
A- A+

"Təşəkkürlər, Qarabağ aslanları..."

 

Azərbaycan və Türkiyənin sarsılmaz dostluğu, qardaşlığı indi özünün ən möhtəşəm dövrünü yaşayır. Şad gündə də, dar gündə də bir-birinə hayan olan qardaşların ortaya qoyduqları mövqe dünyaya nümunə kimi göstərilir. 
Bu, srağagün futbol qarşılaşması fonunda növbəti dəfə təsdiqini tapdı. Belə ki, Azərbaycan Ordusunun bir qrup əsgəri "Avro-2024"ün  F qrupu çərçivəsində baş tutan  Türkiyə-Çexiya matçını böyük həyəcanla izləyib. Qardaş ölkənin son dəqiqələrdə vurduğu qələbə qoluna böyük coşqu ilə sevinən əsgərlərimizin duyğusal hissləri Türkiyə mediasında geniş şəkildə işıqlandırılıb. Aparıcı televiziya şirkətləri, internet portalları da bu mövzu ətrafında materiallar təqdim ediblər.
Türkiyənin Milli Müdafiə Nazirliyi isə sosial şəbəkə hesablarındakı paylaşımda qeyd edib: "Can Azərbaycandan uşaqlarımıza tam dəstək... Təşəkkürlər, Can Azərbaycan, təşəkkürlər, Qarabağ aslanları... Biz hər zaman birik və bərabərik".
Qəzetlərdən "Sözcü", "Sabah", "Fotomaç", "Fanatik", telekanallardan "TRT Spor", "Aspor" və digər media orqanlarında, idmanyönümlü sosial şəbəkələrdə  Azərbaycan əsgərlərinin qələbə qolundan böyük sevinc həyəcanı keçirdikləri əks olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video