16 Yanvar 2026 08:45
742
Mədəniyyət
A- A+
Tarixi zənginlik və strateji perspektivlər

Tarixi zənginlik və strateji perspektivlər


Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və mənəvi irsə malik ölkədir. Bu torpaq minilliklər boyu müxtəlif sivilizasiyaların qovuşduğu nadir məkanlardan biri olub. Məhz bu səbəbdən Azərbaycanın mədəni irsi yalnız bir xalqın deyil, ümumbəşəri dəyərlərin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir.

Qayaüstü rəsmlərdən tutmuş möhtəşəm memarlıq abidələrinə, şifahi xalq ədəbiyyatından muğam sənətinə qədər uzanan bu irs xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi varlığını ifadə edir. Mədəni irs təkcə keçmişin izi deyil. Maddi və qeyri-maddi mədəniyyət nümunələri xalqımızın tarixi yaddaşını, dünyagörüşünü, estetik zövqünü və milli kimliyini yaşadan əsas amillərdəndir.

Mədəni irs anlayışı təkcə tarixi abidələr, memarlıq nümunələri və arxeoloji tapıntılarla məhdudlaşmır. Bura folklor, musiqi, ədəbiyyat, dil, adət-ənənələr, mərasimlər, sənətkarlıq növləri, yaşam tərzi və mənəvi dəyərlər də daxildir. Qobustan qayaüstü rəsmləri, Azıx mağarası, İçərişəhər memarlıq kompleksi, Şəki Xan Sarayı, Qarabağ xalçaçılıq məktəbi, muğam və aşıq sənəti bu zəngin irsin parlaq nümunələridir.

Mədəni irs xalqın keçmişini bu günə, bu gününü isə gələcəyə bağlayan möhkəm körpüdür. Bu irsi qoruyan xalq öz tarixini, kimliyini və suverenliyini qorumuş olur. Məhz buna görə də mədəni irsin mühafizəsi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələdir.

Azərbaycanda mədəni irsin qorunması və inkişafı müstəqilliyin ilk illərindən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Son illər tarixi-mədəni abidələrin bərpası, mədəniyyət müəssisələrinin yenilənməsi, regionlarda mədəni infrastrukturun inkişafı, qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ardıcıl olaraq həyata keçirilən tədbirlər xüsusilə təqdirəlayiqdir. 

Azərbaycanın bir sıra mədəni irs nümunələrinin UNESCO-nun Dünya İrs Siyahısına və Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bu sahədə aparılan məqsədyönlü siyasətin nəticəsidir. Belə ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Qobustan qayaüstü rəsmləri, Şirvanşahlar Saray Kompleksi, eləcə də qeyri-maddi mədəni irs nümunələri - muğam, aşıq sənəti, xalçaçılıq xalqımızın mədəni zənginliyinin beynəlxalq təsdiqidir.

Təəssüf ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərimizdə mədəni irsimizə qarşı məqsədli və planlı şəkildə mədəni soyqırımı həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzur bölgələrində mədəni irsimiz uzun illər ərzində sistemli şəkildə dağıdılıb. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər yerlərdə işğalçılar dünya və ölkə əhəmiyyətli Azərbaycan abidələrini vandalizmə məruz qoyublar. İşğalçılar tərəfindən bu ərazilərdə yüzlərlə tarixi abidə, məscid, türbə, qəbiristanlıq, muzey və digər mədəniyyət ocaqları məhv edilib və ya təhqir olunub. Məscidlərimizdə heyvan saxlanılıb, qədim qəbir daşları dağıdılıb. O cümlədən Qarabağ bölgəsində yerləşən alban məbədlərinin saxtalaşdırılaraq erməniləşdirilməyə cəhd göstərilməsi tarixin təhrifinə yönəlmiş vandalizm aktı idi. Bu faktlar beynəlxalq hüququn, mədəni irsin qorunmasına dair konvensiyaların kobud şəkildə pozulmasıdır.

2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən başlayan və Azərbaycan Ordusunun Zəfəri ilə bitən Vətən müharibəsi Qarabağ və Şərqi Zəngəzur torpaqlarını əsarətdən qurtardı. Bu, möhtəşəm tarixi Qələbə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, eyni zamanda mədəni irsimizin yenidən dirçəldilməsi üçün geniş imkanlar yaratdı.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri də mədəni irsin bərpasıdır. Dağıdılmış məscidlərin, tarixi abidələrin, mədəniyyət müəssisələrinin bərpası dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Şuşa şəhərinin Azərbaycanın mədəni paytaxtı elan edilməsi bu siyasətin əhəmiyyətini göstərir. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin, Yuxarı Gövhər ağa məscidinin, Xurşidbanu Natəvanın, Üzeyir  bəy Hacıbəylinin və Bülbülün evlərinin bərpası milli-mədəni yaddaşın dirçəlişinin bariz nümunəsidir.

Azərbaycanın zəngin və özünəməxsus mədəni irsinin qorunması, inkişaf etdirilməsi və dünyada tanıdılması istiqamətində işlər daha da uğurla davam etdiriləcək. Belə ki, milli mədəniyyətin uzunmüddətli inkişaf strategiyası  müəyyənləşdirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2026-2030-cu illər, ikinci mərhələ 2031-2035-ci illər, üçüncü mərhələ isə 2036-2040-cı illəri əhatə edəcək.

Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədi olan "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasında mədəni irsin qorunması ilə bağlı çağırışlar yer alıb.

Konsepsiyada mədəni irsin qorunması və inkişafına dair əsaslandırma belədir: "Azərbaycan mədəni irsi Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Mədəni irs cəmiyyətin keçmişinə aid dəyərləri özündə ehtiva etməklə yanaşı, onları gələcək nəsillərə ötürmək üçün əsas vasitə rolunu oynayır. Mədəni irsin qorunmasının təkmilləşdirilməsi məqsədilə davamlı və sistemli fəaliyyətin həyata keçirilməsi, həmçinin beynəlxalq mədəni mübadilədə iştirakın genişləndirilməsi istiqamətində tədbirlər görülməsi zəruridir". 

Sənəddə mədəni irsin yalnız qorunması deyil, onun müasir dövrün tələblərinə uyğun şəkildə yaşadılması, iqtisadi və sosial inkişafla əlaqələndirilməsi də əsas vəzifələr sırasındadır.

"Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasında mədəni irsin rəqəmsallaşdırılması, elmi tədqiqatların genişləndirilməsi, mədəniyyət sahəsində innovativ yanaşmaların tətbiqi, regionların mədəni potensialının artırılması, yaradıcı sənayelərin inkişafı əsas vəzifələr sırasındadır. 

Konsepsiyanın mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın bərpası, yeni mədəniyyət mərkəzlərinin yaradılmasıdır.

Mədəni irsin qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Bu prosesdə alimlərin, tarixçilərin, mədəniyyət xadimlərinin, jurnalistlərin fəal iştirakı vacibdir. Mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılması, onun saxtalaşdırılmasına, təhrif olunmasına qarşı beynəlxalq informasiya mübarizəsinin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!