14 Yanvar 2026 17:17
423
İQTİSADİYYAT
A- A+
“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməsi tənzimlənir SƏRƏNCAM  

“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməsi tənzimlənir SƏRƏNCAM  


Prezident İlham Əliyev “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncam Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə və “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli Fərmanına uyğun olaraq qəbul edilib.

Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul olunub.

Nazirlər Kabinetinə tapşırılıb ki, “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə bağlı müqavilənin İqtisadiyyat Nazirliyi tərəfindən iki ay müddətində bağlanılmasını təmin etsin, müqavilə bağlanıldıqdan sonra onu təsdiqləsin və Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Sərəncamda, həmçinin İqtisadiyyat Nazirliyinə bu sənəddən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Qeyd edək ki, bu qərar Şuşa şəhərində turizm, biznes və konqres infrastrukturlarının səmərəli idarə olunmasının təmin edilməsi, eləcə də şəhərin sosial-iqtisadi potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

Neft qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

10:52
04 Mart

Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib

10:31
04 Mart

Dünya bazarında qızıl 46 dollardan çox bahalaşıb 

10:26
04 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:21
04 Mart

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

10:13
04 Mart

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar açıq elan olunub

10:07
04 Mart

Macarıstan iqtisadiyyatı enerji şokunun təzyiqi altında  

09:57
04 Mart

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!