03 Oktyabr 2024 08:30
1151
SİYASƏT
A- A+
Suqovuşan Qələbə salnaməsinin ilk səhifəsi

Suqovuşan Qələbə salnaməsinin ilk səhifəsi


Düşmənin illərlə möhkəmləndiyi müdafiə istehkamlarını yararaq 44 günlük Vətən müharibəsində qələbəyə aparan yolu açan Suqovuşanın azadlığa qovuşmasından dörd il ötür. Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu elə ilk gündən erməni silahlı birləşmələrini  lərzəyə saldı. Ordumuz hər gün irəliləyir, düşmən mövqelərini dağıdıb məhv edirdi. Uğurlu nəticələr  barədə xalqa müjdəli xəbərlər çatdıran Prezident İlham Əliyev cəmi bir həftə sonra ordumuzun Madagizdə Azərbaycan bayrağını qaldırdığını elan etdi, ardınca isə onun tarixi adını bərpa edərək Suqovuşan adlandırdı. 

Oktyabrın 3-də Suqovuşanla yanaşı, Cəbrayılın və Füzulinin bir sıra kəndləri də rəşadətli ordumuz tərəfindən işğalçı qüvvələrdən təmizləndi. Silahlı Qüvvələrimiz hər gün yeni yaşayış məntəqələrini azadlığa qovuşdurur, düşmənin geri çəkilməsinə səbəb olurdu. Peşəkarlıq, əzmkarlıq, şücaətin nəticəsi idi ki, Azərbaycan Ordusu 44 gündə torpaqlarımızı düşmən tapdağından, işğaldan qurtuluşuna vəsilə oldu.

Üçrəngli bayrağın ilk sancıldığı Suqovuşanın işğaldan azad edilməsi və əvvəlki adının özünə qaytarılması ilə tarixi ədalət bərpa olundu. Qarşıda uzun yol olsa da, əsgər və zabit heyəti üçrəngli bayrağı sinələrində daşıyaraq, azadlığına qovuşan ərazilərə sancmaq üçün güc və qüvvələrini əsirgəmir, tapşırıqları böyük əzmlə yerinə yetirirdilər. Elə Suqovuşan bu çətin, ağır yolun həm başlanğıcı, həm də uğuru oldu.

Xatırlatma: Suqovuşan kəndi 1923-cü ildə Ağdərə rayonunun inzibati ərazisinə daxil edilərək, 1943-cü ildə şəhər tipli qəsəbə statusu alıb. 1992-ci ildə  Ağdərə rayonu ləğv edildiyindən onun ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb və Suqovuşan Tərtər rayonuna birləşdirilib. Qəsəbə 1992-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilsə də, 1994-cü ildə Ermənistan ordusunun könüllülər dəstəsi tərəfindən yenidən işğal edilib.

 

Dağıdılan güclü istehkamlar, aşılan yüksəkliklər, yarılan müdafiə xətləri...


Suqovuşan uğrunda döyüşlər, demək olar ki, çətin və şərəfli yolun başlanğıcı idi. Otuz ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan düşmən ordusu bu ərazilərdə hərbi mövqelərini möhkəmlətmiş, müdafiə istehkamları qurmuş, səngərlər qazmışdılar. Bu baxımdan əks-hücum əməliyyatları zamanı illərlə möhkəmlənmiş düşmən müdafiəsini yarmaq çox çətin hesab olunurdu. Təbii ki, mübariz Azərbaycan Ordusunun qarşısında heç bir istehkam, heç bir maneə dura bilməzdi. Ümumilikdə ön sıralarda olan müdafiə xətlərini yarmaq həm də növbəti uğurlu əməliyyatların başlanğıcı hesab olunurdu.  

Prezident İlham Əliyev də Suqovuşana səfərində bu məsələyə xüsusi diqqət çəkmişdi: "Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi". 


Suqovuşan igidləri


Düşmənin güclü istehkamlarının, hərbi mövqelərinin məhv edilməsi doğru manevr, hazırlıq tələb edirdi. Azərbaycan Ordusu isə artıq 1990-cı illərin ordusu deyildi, müasir hərbi texnika, silah-sursatla təmin olunmuşdu. Bununla yanaşı, hərbi kadrların yüksək hazırlıq səviyyəsi, bacarıqları, ən əsası vətəni hər şeydən üstün tutmaları bu yolda olanların irəliləmələrinə əngəl olan bütün maneələri dəf edirdi. Vətənini canından üstün tutan, gələcək nəsillərə müstəqil, suveren, azad Azərbaycan bəxş etmək istəyən igidlər qələbə naminə ölümün üzərinə atılırdılar. Suqovuşan qəsəbəsi və Tərtərin Talış kəndi ilə bərabər qüdrətli ordumuz oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Füzulinin Aşağı Əbdürrəhmanlı yaşayış məntəqələrini də işğaldan azad etdi. 

Müharibə başa çatdıqdan sonra isə vətən uğrunda döyüşən, canını fəda edən hər bir igid Prezident İlham Əliyev tərəfindən mükafatlandırıldı.

Vətən müharibəsindəki qələbə ilə əlaqədar yeni orden və medallar təsis olundu ki, onlardan biri də "Suqovuşanın azad olunmasına görə" medalı idi.

Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncamına uyğun olaraq, kəndin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına görə 10647 hərbi qulluqçu bu medal ilə təltif edildi.


Böyük qayıdışa hazırlıq


Ərazilərimiz işğaldan azad edildikdən sonra torpaqlar minalardan təmizləndikcə, dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad olunmuş bütün ərazilərdə sürətli quruculuq işlərinə start verildi. Bütün bunlar isə Böyük qayıdış prosesinin qısa zamanda həyata keçirilməsi üçündür. İşğaldan azad olunmuş ilk qəsəbə olan Suqovuşanda da bərpa işləri davam edir. Qəsəbənin uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu yenidən qurularaq ora rahat gediş-gəlişi təmin edilib. Gücü 4,8 meqavat olan "Suqovuşan-1" və gücü 3 meqavat olan "Suqovuşan-2" stansiyalarında təmir-bərpa işləri aparılıb. 

Qəsəbədə ümumi sahəsi 2 hektardan çox olan yeni yaşayış məhəlləsinin təməli qoyulub. Məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilməsi nəzərdə tutulub. Orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib. 

Dövlət başçısının qəsəbəyə ötənilki səfəri zamanı Suqovuşan su anbarı təmir-bərpadan sonra istifadəyə verilib. Su anbarı və magistral kanallar 1976-cı ildə istismara buraxılmışdı. Anbarın ümumi sututumu 5,86 milyon kubmetrdir. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonları olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək.


İşğaldan azad olunan ərazilərdə ilk idman tədbiri


Suqovuşan işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin baş tutduğu məkandır. Gələcəkdə qəsəbədə avarçəkmə yarışlarının keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. 2022-ci ilin mart ayının 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılış mərasimi bunun başlanğıcı idi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da tədbirdə iştirak etmişdilər. 

May ayında isə Suqovuşanda avarçəkmə üzrə "Prezident kuboku-2022" turnirinin açılış mərasimi baş tutub və yarışların birinci günü orada keçirilib. Müxtəlif ölkələrdən qatılan yüzdən artıq idmançı Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. 


Suqovuşanın turizm imkanları  


Suqovuşan turizm məkanlarımızdan birinə çevriləcək. Xüsusən idman turizmi Tərtərin bu qəsəbəsini daha da məşhurlaşdıracaq. Turizm potensialı nəzərə alınaraq qəsəbədə bu istiqamətdə davamlı işlər görülür. 2022-ci ildə Prezident İlham Əliyevin turizm kompleksinin təməlini qoyması da bundan xəbər verir. 

Ötən il dövlət başçısı Suqovuşan qəsəbəsində istirahət parkının açılışını da edib.  1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Yaşıllaşdırma işləri nəticəsində 5 minə yaxın ağac və kol əkilib. Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində isə yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçirilərək, genişmiqyaslı abadlıq işləri görüləcək.

Dövlət Turizm Agentliyi tərəfindən Suqovuşan qəsəbəsinin turizm resursları əsas götürülməklə, mövcud su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması məqsədilə işlər görülür və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən "Suqovuşan Turizm İnkişaf Konsepsiya"sı hazırlanıb. Sözügedən konsepsiyada qəsəbədə əsasən qısamüddətli turist səfərlərinin ehtiyaclarını qarşılayacaq turizm xidmətlərinin, su anbarı ətrafında mövcud olan turizm resurslarından istifadə edərək infrastrukturun yaradılması təklifləri öz əksini tapır.

Bildirilib ki, Suqovuşanda turizm və ictimai-iaşə xidmətlərinin inkişafı əhalinin ehtiyaclarına uyğun xidmət sferasının yaradılması və inkişafına təkan verəcək. 2040-cı ilə qədər Tərtər rayonunun gəlirlərinin 4 faizinin turizm gəlirləri hesabına formalaşacağı proqnozlaşdırılıb ki, bunun da əsas hissəsi Suqovuşanın payına düşür. Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına, əhalinin turizmdən gəlir əldə etməsinə müsbət təsiri olacaq. 


Suqovuşan - İlk qələbəmiz


44 günlük Vətən müharibəsində müxtəlif istiqamətlərdə əks-hücum əməliyyatlarına başlanıldığını deyən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, müharibənin qaydası belədir ki, düşmən qüvvələrini yayındırmaq üçün müxtəlif istiqamətlərdən hücumlar olur və ən baş plan gizli saxlanılır: "Sonradan isə həmin baş plan və ya planlar üzrə düşmənə öldürücü zərbələr vurulur, mühasirəyə salınır və düşmən məğlubiyyətə uğradılır. Bu baxımdan Suqovuşan əməliyyatı da vacib döyüşlərdən biridir".

O qeyd edib ki, müharibənin başlamasından bir neçə gün keçdikdən sonra istər Talış kəndinin, istərsə də Suqovuşanın azad olunması ilə nəzarətin Azərbaycan Ordusuna keçməsi həm psixoloji, həm də strateji cəhətdən çox vacib idi. Çünki Birinci Qarabağ savaşında dəfələrlə həm biz tərəfdən, həm də ermənilər tərəfindən Ağdərə istiqamətində hücumlar edilmişdi. Ağdərəni əvvəl azad etsək də, sonradan ermənilər hücuma keçərək yenidən işğal etmişdilər. Düşmən elə düşünürdü ki, Azərbaycan Ordusu yenə Ağdərə istiqamətindən hücuma hazırlaşır. 

Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu həmin yerdə düşmənin əsas qüvvələri ilə döyüşsə də, erməni silahlılarını yayındıraraq digər istiqamətlərdən - Füzuli, Cəbrayıl, Hadrutdan da hücuma keçmişdi. Növbədə hədəf Hadrut və buradan Şuşaya yol açmaq idi. "Suqovuşan istiqamətində döyüşlərin ən vacib element o idi ki, bu, ilk qələbəmiz oldu və düşməni olduqca böyük məğlubiyyətə uğratmaq üçün manevr edərək yayındırılmasına nail olundu. Beləliklə, başlanğıcını Suqovuşandan götürən uğurlu hərbi əməliyyatların davamı gəldi", - deyə o əlavə edib. 


Zəfərə gedən yol


Sentyabrın 27-dən başlanan Qələbəyə gedən yolun ilk uğurlu səhifəsi Suqovuşanın azadlığı oldu. Azərbaycan Ordusu düşmən istehkamlarını, müdafiə xətlərini yararaq Vətən müharibəsinin elə ilk günündən irəliləyirdi. Heç bir qüvvə onun qarşısını ala bilməzdi. Məğlubiyyətə uğradıqlarını görən erməni hərbçiləri qorxuya düşərək qaçırdılar. Elə buna görə Ermənistan ordusunda fərarilik baş alıb gedirdi. 

Azərbaycanın haqqı, ədaləti bərpa etmək uğrunda mübarizə yolunun başlanğıcı olan Suqovuşanın azad olunması və tarixi adının bərpası ordumuzu daha da ruhlandırdı. Beləliklə, Zəfərə gedən yolun Suqovuşan səhifəsindən başlayan bu cığır bizi tam müstəqilliyə, suverenliyə və ərazi bütövlüyünə apardı. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!