09 İyul 2026 12:20
412
Təhsil
A- A+
“Süni intellekt və STEAM inteqrasiyası” beynəlxalq təlim proqramına 10 bölgədən 80-dək müəllim qatılıb

“Süni intellekt və STEAM inteqrasiyası” beynəlxalq təlim proqramına 10 bölgədən 80-dək müəllim qatılıb


Qaxda “Təbiətdə STEAM – 2” layihəsi həyata keçirilib. Bu, ölkənin bölgələri arasında ilk beynəlxalq süni intellekt təlim proqramıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məqsəd müəllimlərin süni intellekt və STEAM sahəsində bilik və bacarıqlarını artırmaq, onları müasir təhsil texnologiyaları ilə tanış etmək və məktəblərdə innovativ tədris yanaşmalarının tətbiqinə dəstək verməkdir. Türkiyənin Manisa şəhərində yerləşən Celal Bayar Universitetin müəllimi və Steam Eyitimcileri Dərnəyinin İdarə Heyətinin sədri Mehmet Nuri Öğütün tədris etdiyi "Süni intellekt və STEAM inteqrasiyası" təliminə ölkənin müxtəlif bölgələrini əhatə edən müəllimlər iştirak ediblər.

Layihə müəllimlər üçün interaktiv təlim və inkişaf proqramıdır. Proqramda ümumilikdə 80-dək müəllim iştirak edib. İştirakçılar 8 komanda şəklində müxtəlif praktik fəaliyyətlərə, atelyelərə, komanda oyunlarına və layihəəsaslı tapşırıqlara cəlb edilib.

Tarix üzrə fəlsəfə doktoru, layihə rəhbəri Elvin Əliyev deyib ki, bu gün süni intellekt həyatımızın bütün sahələrində hiss olunmağa və yer tutmağa başlayıb. Bu mənada belə proqramların öyrənilməsinə təşkilinə böyük ehtiyac var. Bu baxımdan layihənin 2-ci mərhələsi Qaxda təşkil edilib.

O bildirib ki, beynəlxalq təlim proqramının bu mərhələsində 10 yaxın bölgədən müəllimlər iştirak ediblər. Lakin ona qatılmaq, iştirak edərək süni intellektin STEAM-da inteqrasiyasını öyrənmək və təhsildə tətbiq etmək istəyən yüzlərlə müəllim var.

Layihə rəhbəri əlavə edib ki, artıq belə layihələr regionlarda daha çox marağa və diqqətə səbəb olur. Bu da bölgədə çalışan təhsil işçilərinin gələcək fəaliyyətlərini dünya təhsil sisteminə uyğunlaşdırmaq istəyindən xəbər verir: “Düşünürük ki, müəllimlərin əldə etdikləri biliklər, bacarıqlar növbəti tədris illərində onların öz tədrislərinə tətbiqinə köməklik edəcək. Növbəti illərdə tək yay aylarında deyil, həm də digər fəsillərdə də bölgələrdə layihəni davam etdirməyə zərurət yaranıb”.

Üç gün ərzində iştirakçılar “Süni intellektin təhsildə tətbiqi”, “STEAM yanaşmasının dərs prosesinə inteqrasiyası”, “ChatGPT”, “Claude”, “Gemini”, “Canva”, “Suno” və digər AI alətləri ilə praktik iş”, “Prompt mühəndisliyi və effektiv süni intellekt istifadəsi”, “Layihə yazımı və AB/Erasmus+, TR-AZ əməkdaşlıq imkanları”, “Komanda əsaslı öyrənmə və təqdimat bacarıqları”, “Müəllimlər üçün beynəlxalq səviyyəli sertifikatlandırma” mövzularında müzakirə və diskussiyalar aparılıb, bilik və bacarıqlarını yoxlayıb, fərdi və komanda şəklində tapşırıqlar icra ediblər.

Türkiyənin Manisa şəhərində yerləşən Celal Bayar Universitetin müəllimi və STEAM Dərnəyinin İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli təlimçi Mehmet Nuri Öğütün ölkəmizdə bir neçə dəfə təlimlərə qatıldığını, lakin bölgələrdə belə təlimin ilk olduğunu və ucqar bir rayonda təlim proqramına bu qədər böyük maraq olmasını yüksək qiymətləndirib.

O deyib ki, Azərbaycanda elm və təhsilə böyük maraq var. Bu beynəlxalq təlim proqramına müəllimlərin qatılmasını, müzakirə və görüşlərdə aktivliyin yüksək olmasını misal çəkmək olar: “Dünyada səhiyyə, avtomatik, təhsil bir sözlə bütün sahələrdə süni intellektlə bağlı çox böyük yeniliklər, inkişaf baş verir. Müəllimlərə sinifdə süni intellekti necə tətbiq etmələri barədə ətraflı məlumat verilir, tətbiqetmə üsulları izah olunur. Bu əməkdaşlıq, həm də dostluğa çevrilir. Təlimə qatılan müəllimlərlə gələcəkdə onlayn görüşlər davam etdiriləcək”.

Təlim proqramının əsas mövzusu “Süni İntellekt və STEAM İnteqrasiyası” olub. Belə ki, təlim çərçivəsində müəllimlər süni intellekt alətlərinin tədrisdə istifadəsi, STEAM yanaşmasının dərs prosesinə inteqrasiyası, rəqəmsal məzmun hazırlığı, prompt mühəndisliyi və layihə yazımı üzrə praktik biliklər əldə ediblər. Beynəlxalq təlim proqramı yalnız klassik təlim formatı ilə məhdudlaşmayıb. İştirakçılar Qaxın təbiət mühitində həm öyrənib, həm də komanda fəaliyyətləri, yaradıcı tapşırıqlar, süni intellekt atelyeləri, layihə hazırlığı və təqdimatlar vasitəsilə təcrübələrini inkişaf etdiriblər. Təlim proqramının sonunda iştirakçılara beynəlxalq səviyyəli iştirak sertifikatı təqdim olunub. Bundan əlavə, komanda fəaliyyətləri və təqdimatlar əsasında fərqlənən iştirakçılar və komandalar üçün xüsusi mükafatlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!