10 Dekabr 2024 08:05
347
SİYASƏT
A- A+
Sülhə gedən yol Azərbaycanın şərtlərinə əməl olunmasından keçir

Sülhə gedən yol Azərbaycanın şərtlərinə əməl olunmasından keçir


İkinci Qarabağ müharibəsindən sonra sülhlə bağlı təşəbbüslər və çağırışlar daim Azərbaycan tərəfindən edilib. Ermənistandan fərqli olaraq respublikamız sülhün və barışığın əldə edilməsi üçün lazım olan bütün addımları atıb. Rəsmi Bakı münasibətlərin normallaşdırılması üçün qarşı tərəfə beynəlxalq hüququn normalarına cavab verən 5 prinsip təqdim edib. 


Bakı prosesin uğurla başa çatdırılmasında maraqlıdır


2023-cü ilin sentyabrına qədər Ermənistan Azərbaycanın sülh təşəbbüslərini sabotaj etməklə məşğul olub. Azərbaycanın təqdim etdiyi prinsiplər Ermənistan tərəfindən zahirən müsbət qarşılansa da, bu ölkənin bir sıra rəsmiləri sözdə sülhə tərəfdar olduqlarını bildirsələr də, törətdikləri hərbi  təxribatlarla sülh prosesini tormozlayıblar.  

Antiterror əməliyyatlarından və bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin edilməsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi və münasibətlərin normallaşdırılması üçün mühüm tarixi şərait formalaşıb. Bu imkanlardan yararlanan rəsmi Bakı sülh prosesinin uğurla başa çatdırılmasında maraqlıdır.

Lakin eyni fikirləri Ermənistan barədə söyləmək mümkün deyil. Ermənistanın baş naziri və bu ölkənin digər rəsmiləri sülh sazişinin vacibliyindən, iki ölkə arasında münasibətlərin normallaşdırılmasından dəm vursalar da, fərqli davranış ortaya qoyurlar. Düzdür, ikitərəfli saziş layihəsinin mətni üzərində irəliləyiş var. O cümlədən birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyası və demarkasiyası başa çatdırılıb.  Bu da birbaşa ikitərəfli danışıqların ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir.

Lakin nəticə etibarilə Ermənistan sülh prosesinin irəlilədilməsi və uğurla başa çatdırılması üçün yaranmış şansdan bəhrələnməkdən yayınır, məqsədli şəkildə normallaşmanı əngəlləyir. 


Ermənistan məqsədli şəkildə sülhə əngəllər yaradır


Ermənistanın sülhün qarşısını kəsən addımlarından biri silahlanmasıdır. Fransa və Hindistan vasitəsilə həyata keçirilən silahlanma heç bir halda xoş niyyətə və mərama xidmət edə bilməz. 

İkincisi isə, Ermənistanın konstitusiyasında "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın müstəqillik bəyannaməsinə istinad olunur. Bu ölkənin müxtəlif hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır.  

Bütün bunlar Ermənistanın sülhlə bağlı niyyətlərinin səmimi olmadığını göstərir və prosesi ləngidir. Prezident İlham Əliyev "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində bununla bağlı deyib: "Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir".

Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. "Lakin icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın icmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir", - deyə dövlətimizin başçısı bildirib. 

Ermənistan rəsmiləri sülh sazişi layihəsinin mətni üzrə müxtəlif müddəaların razılışdırılması ilə bağlı açıqlamalar verirlər. Lakin görünən odur ki, sülh üçün yaranmış əlverişli şəraitdən istifadə etməyən Ermənistan münasibətlərin normallaşdırılmasına xidmət etməyən sülh oyunbazlığı ilə məşğuldur. Sülhə gedən yol isə Azərbaycanın tələblərinə əməl olunmasından, Ermənistanın bu prosesi əngəlləyən addımlardan əl çəkməsindən keçir. Əks təqdirdə, itirən Ermənistanın özü olacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!