09 Aprel 2025 16:57
491
İQTİSADİYYAT
A- A+
SPECA nazirlər görüşündə Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verilib  

SPECA nazirlər görüşündə Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verilib  

İsveçrənin Cenevrə şəhərində SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) iqtisadiyyat üzrə nazirlərinin görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiyah Alişahbana (video müraciət vasitəsilə), Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodjamurad Geldımuradov, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Arman Kasenov, Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Sanjarbek Bolotov, Tacikistanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Şaraf Şeralizoda, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin birinci müavini Nozimdjon Xolmurodov, Gürcüstanın xarici işlər nazirinin müavini Georgi Zurabaşvili, Türkiyənin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Burak Akçapar və Macarıstanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Zofia Havasi çıxış ediblər.

Çıxış edənlər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, müxtəlif məsələlərə dair birgə təşəbbüs və layihələr barədə fikirlərini bölüşüblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iclasda vurğulayıb ki, Proqram çərçivəsində ölkələrimiz arasında uğurlu və çoxşaxəli əməkdaşlıq qlobal çağırışlar şəraitində regionda sabitliyin təmin edilməsində əhəmiyyət kəsb edir. Bu baxımdan, bölgənin davamlı inkişafını dəstəkləmək məqsədi ilə müzakirələr vacibdir. Qeyd olunub ki, Azərbaycanın SPECA-ya üzv ölkələrlə ticarət tərəfdaşlığı genişlənir. Ötən il ölkəmizlə Proqramın iştirakçı dövlətləri arasında ticarət dövriyyəsi 1,1 milyard dollardan çox, bu ilin yanvar-fevral aylarında isə 191 milyon dollardan çox olub. Diqqətə çatdırılıb ki, Azərbaycan SPECA çərçivəsində ticarət və nəqliyyat maneələrini azaltmaq üçün mühüm addımlar atıb. Azərbaycan Orta Dəhliz boyunca logistik imkanları gücləndirməklə SPECA ölkələri üçün tranzit və logistika mərkəzinə çevrilib. Bildirilib ki, 2024-cü ilin sentyabrında BMT-nin himayəsi altında yaradılmış SPECA Çoxtərəfli Etimad Fondu birgə layihələrin maliyyələşdirilməsində mühüm rol oynayacaq. SPECA-nın 2030-cu ilə qədər İnkişaf Konsepsiyasının həyata keçirilməsi isə iştirakçı dövlətlərin çoxşaxəli inkişafına töhfə verəcək.

İclasda SPECA çərçivəsində qəbul edilmiş strateji sənədlərin icrası, ticarət və nəqliyyat potensialının reallaşdırılması, qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi, Trans-Xəzər Nəqliyyat Dəhlizi boyu multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi, SPECA Çoxtərəfli Etimad Fondunun maliyyə mexanizmləri və s. haqqında müzakirələr aparılıb.

SPECA Rəhbər Şurası çərçivəsində Türkiyə, Macarıstan, Gürcüstanın iştirakı ilə geniş tərkibli iclas keçirilib. İclas Orta Dəhliz boyu nəqliyyat, logistika və enerji bağlantılarının artırılması istiqamətində əməkdaşlığın təşviqinə yönəlib.

Görüşlərin ardınca BMT-nin Cenevrə ofisində “Orta Dəhliz boyu ticarət və nəqliyyat əlaqələrinin artırılması” mövzusunda yüksəksəviyyəli təqdimat keçirilib. Tədbir Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Orta Dəhliz ölkələrinin – Azərbaycan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Daimi Nümayəndəlikləri tərəfindən birgə təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) imkanları və dəhliz boyu yerləşən ölkələrin potensialını təqdim etmək, Orta Dəhliz ölkələri ilə nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsi üzrə çoxtərəfli əməkdaşlığı təşviq etmək, habelə bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri arasında tərəfdaşlıq imkanlarının yaradılması olub.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, kənd təsərrüfatı, ticarət, maliyyə, nəqliyyat-logistika, enerji və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin, akademik dairələrin nümayəndələri və ekspertlər iştirak ediblər.

Azərbaycanın Cenevrədəki daimi nümayəndəsi Qalib İsrafilov və Türkmənistanın daimi nümayəndəsi Vepa Hacıyev açılış nitqi ilə çıxış ediblər.

Orta Dəhliz ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri dəhliz boyunca ticarət, nəqliyyat, enerji infrastrukturu, rəqəmsallaşma və sərhəd keçidlərinin sadələşdirilməsi sahəsində investisiya imkanlarına dair təqdimatlarla çıxış ediblər. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışında nəqliyyat dəhlizlərinin mərkəzi və açar ölkəsi kimi Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, ölkəmizin logistika və yükdaşıma imkanları, bu sahədə dövlət siyasəti və mövcud investisiya imkanları barədə ətraflı məlumat verib.

Tədbirin interaktiv hissəsində iştirakçıların sualları cavablandırılıb və potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!