15 Aprel 2025 00:47
606
Fərmanlar
A- A+
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin iyirmi dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin iyirmi dördüncü abzasında "orqan (qurum)" dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-1-ci və 150.1.14-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Məcəllənin 101.6-1-ci və 150.1.14-1-ci maddələrində "orqan (qurum)" dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddə 661, № 11, maddə 1199) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.4-cü bənddə "və iyirmi ikinci" sözləri  ", iyirmi ikinci və iyirmi dördüncü" sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

"2.6-1. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin iyirmi dördüncü abzasında "orqan (qurum)" dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;".

4. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bəndə "101.1-4-cü," sözlərindən sonra "101.6-1-ci," sözləri,  "144.1.4-cü," sözlərindən sonra "150.1.14-1-ci," sözləri əlavə edilsin;

4.2. 1.46-cı bənd aşağıdakı redaksiyada verilsin:

"1.46. həmin Məcəllənin 101.6-1-ci, 102.1.33-cü, 106.1.24-cü, 150.1.14-1-ci və 164.1.42-ci maddələrində "orqan (qurum)" dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

19:26
27 Aprel

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

18:43
27 Aprel

Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

18:34
27 Aprel

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

18:30
27 Aprel

Valentina Antonenko: Akademik Zərifə Əliyeva kimi dəyərli şəxsiyyətin xatirəsi Ukraynada da böyük ehtiramla yad olunur  

17:37
27 Aprel

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

16:59
27 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:41
27 Aprel

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə əsas imtahanı keçirilib  

14:39
27 Aprel

Sabah bəzi rayonlarda leysan olacaq - PROQNOZ

13:07
27 Aprel

Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb

12:31
27 Aprel

Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü

11:15
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

10:51
27 Aprel

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya  

10:50
27 Aprel

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir  

10:44
27 Aprel

İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb

10:42
27 Aprel

Bilmək istəyirəm

09:20
27 Aprel

"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

09:15
27 Aprel

Qusarda arıçılığa maraq çoxdur

09:10
27 Aprel

Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub

09:05
27 Aprel

Sumqayıt da yaşıllaşır

09:00
27 Aprel

Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir

08:55
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!