15 Aprel 2025 21:28
360
İQTİSADİYYAT
A- A+
Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib

Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib


Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) qanunvericiliyə müvafiq olaraq, sistem əhəmiyyətli bankların meyarlarını və həmin meyarlar əsasında sistem əhəmiyyətli bankları müəyyən edir.

AMB-dan AZƏRTAC-a bildirilib ki, ölkəmizin bank qanunvericiliyinə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər 2017-ci ildə gətirilib, meyarların ilk versiyası 2019-cu ildə təsdiq edilərək sistem əhəmiyyətli bankların müəyyən edilməsinə başlanılıb.

Sistem əhəmiyyətli banklar bütün maliyyə sektorunun dinamikasını müəyyən edir. Həmin bankların əməliyyatlarının əhatə dairəsi və həcmi nəzərə alınaraq, bu banklar üzrə maliyyə dayanıqlığının pozulması sistem risklərin aktivasiyasına gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bankın əsas vəzifəsi hər hansı bankın sistem əhəmiyyətliliyini adekvat şəkildə müəyyən etməkdən ibarətdir. Bunun üçün potensial riskləri azaltmaq məqsədilə sistem əhəmiyyətli banklara münasibətdə düzgün uyğunlaşdırılmış tənzimləyici tələblərin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük deyil. Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir. Əksinə, sistem əhəmiyyəti bankın rəhbərliyinin bütövlükdə maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında artan məsuliyyəti deməkdir. Bu isə öz növbəsində, belə bankların əlavə normativ tələblərə əməl etməsini zəruri edir. Buna nümunə olaraq, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələblərini (məcmu və birinci dərəcəli kapitalının adekvatlığı üzrə), fərqli leverec əmsalı tələbini göstərmək olar.

Əlavə olaraq qeyd edək ki, 2024-cü ilin dekabr ayında Mərkəzi Bankın “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” və “Risk-əsaslı nəzarət üzrə siyasət konsepsiyası” təsdiq edilərək geniş ictimaiyyətə açıqlanıb (keçidlər: https://www.cbar.az/press-release-4923/central-bank-unveils-banking-sectors-macroprudential-policy-framework, https://www.cbar.az/press-release-4928/the-central-bank-has-approved-the-policy-concept-on-risk-based-supervision).

Göründüyü kimi, beynəlxalq standartlara müvafiq olaraq, Mərkəzi Bank özünün prudensial tənzimləmə və nəzarət alətlərindən istifadə edir, habelə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində sözügedən alətlərin modernizasiyası istiqamətində tədbirlərini davam etdirir.

Qeyd edək ki, meyarların yeni redaksiyasında bankların sistem əhəmiyyətliyinin müəyyən edilməsi üzrə indikatorların çəki dərəcələrinə yenidən baxılıb, bəzi yeni indikatorlar əlavə olunub, hesablama metodologiyası təkmilləşdirilib. Əvvəlkindən fərqli olaraq, yenilənmiş meyarlar, sistem əhəmiyyətli bankları başlıca olaraq onların aktivlərinin həcmi əsasında deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsini daha dəqiq əks etdirən digər indikatorlar da nəzərə alınmaqla müəyyən etməyə imkan verir. Belə ki, meyarlarda, bankların ölçü göstəricisinin hesablanmasına depozit portfelinin həcmi indikatoru daxil edilib, əvəzolunmazlıq göstəriciləri olaraq bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankın bankomatlarının, xidmət etdiyi POS-terminallarının, habelə filiallarının sayı indikatorları əlavə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çinli ekspert: Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri üçün yaxşı modeldir  

21:00
25 Aprel

Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ  

20:55
25 Aprel

Çin şirkətinin nümayəndəsi: Vizasız rejim Çin və Azərbaycan arasında turizm mübadiləsinə təkan verəcək  

20:17
25 Aprel

Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar  

20:12
25 Aprel

Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək  

20:10
25 Aprel

AZAL Hindistanın daha bir şəhərinə birbaşa uçuşlara başlayır  

19:46
25 Aprel

Ceyhun Bayramov: ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq  

19:45
25 Aprel

BƏƏ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

19:27
25 Aprel

Baş katib: ATƏT minaların təmizlənməsində dəstək göstərməyə hazırdır

19:24
25 Aprel

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularına orden və medallar təqdim olunub  

19:21
25 Aprel

ATƏT Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə etdi 

19:17
25 Aprel

Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib  

19:15
25 Aprel

Aprelin 30-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir  

19:12
25 Aprel

Ceyhun Bayramov: Minatəmizləmə sahəsində ATƏT-lə potensial əməkdaşlıq bizim üçün maraq kəsb edir 

19:10
25 Aprel

Xarici işlər naziri: Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur 

18:56
25 Aprel

Su Tao: Prezident İlham Əliyevin Çinə səfərini ölkələrimizin tarixində mühüm mərhələ kimi görürəm  

18:55
25 Aprel

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib  

18:53
25 Aprel

DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb  

18:47
25 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya səfərə gəlib 

18:43
25 Aprel

Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan məsələ plenar iclasa tövsiyə olunub  

18:17
25 Aprel

"Azərreyl"in baş məşqçisi: Çempion olmağa layiq idik  

17:59
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!