17 İyul 2026 23:59
244
CƏMİYYƏT
A- A+
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir

Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir

Türk dünyası ayrılmaz bir bütöv olmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu baxış artıq öz bəhrəsini verir. Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) məsələsi türk dövlətlərinin paytaxtlarında getdikcə daha fəal şəkildə müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ŞKTC Məclisinin sədri Ziya Öztürkler Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Ziya Öztürkler bildirib ki, Lefkoşanın növbəti xarici siyasət hədəfi TDT-yə tamhüquqlu üzvlükdür. “Ölkəmiz bu istiqamətdə bütün öhdəliklərini yerinə yetirməyə hazırdır. Türk dünyasının gücü Şimali Kipr Türk Cümhuriyyətinin gücüdür”, – deyə o vurğulayıb.

ŞKTC parlamentinin sədri, həmçinin Şimali Kiprin TDT Ağsaqqallar Şurasında (Oktay Öksüzoğlu – red.) nümayəndəsinin təmsil olunmasının vacibliyini qeyd edərək, Lefkoşanın türk dünyası ölkələri ilə hərtərəfli dialoqa açıq olduğunu bildirib.

Kiprdəki vəziyyətə toxunan Ziya Öztürkler xatırladıb ki, Kipr türkləri hər zaman konstruktiv mövqe nümayiş etdirib və adanın yunan icması ilə dialoqu dəstəkləyiblər.

“Nikosiya danışıqlar prosesində çıxılmaz vəziyyət yaradan köhnəlmiş yanaşmalardan imtina etməlidir”, – deyə o bildirib.

Parlament sədri əlavə edib ki, adada sabitlik və mehriban qonşuluq münasibətləri yalnız qarşılıqlı anlaşma, hörmət və hər iki tərəfin hüquqlarının nəzərə alındığı şəraitdə mümkündür.

Binəli Yıldırım isə çıxışında Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan möhkəm əlaqələri vurğulayıb.

“Ankara ilə Lefkoşa arasındakı əməkdaşlıq yalnız ikitərəfli platformalarla məhdudlaşmır. ŞKTC-nin TDT-də müşahidəçi statusu əldə etməsindən sonra müxtəlif səviyyələrdə, o cümlədən biznes dairələri, universitetlər və vətəndaş cəmiyyəti təşkilatları arasında, xüsusilə Azərbaycan, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla əlaqələr əhəmiyyətli dərəcədə genişlənib”, – deyə Ağsaqqallar Şurasının sədri bildirib.

O, həmçinin qeyd edib ki, Türk Kipri xalqına uzun illər tətbiq olunan təcrid və embarqo siyasəti tədricən öz təsirini itirir. Onun sözlərinə görə, türk dünyası Şimali Kipr Türk Cümhuriyyətini vahid türk məkanının ayrılmaz hissəsi kimi qəbul edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!