28 Iyun 2024 09:25
194
İDMAN
A- A+

Sanyoldan qələbə şərhi

 

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Portuqaliya üzərində qazandıqları qələbəni (2:0) şərh edib.  
Mütəxəssis görüşdən sonra açıqlamasında oyunçuları ilə fəxr etdiyini deyib: "Düzünü desəm, matçdan əvvəl futbolçularıma nə dediyimi xatırlamıram. Amma verdiyim mesaj meydanda öz futbolumuzu göstərmək idi. Topla oynamayanda nizam-intizamı qorumaqlarını və topu alanda isə hücuma çıxmaqlarını istəmişdim. Onları 16-17 yaşlarında necə oynadıqlarını xatırlamağa təşviq etdim. Və bu gün futbolçularımız bütün gözləntiləri aşaraq bunu parlaq şəkildə etdilər".
Təcrübəli mütəxəssis onu da əlavə edib ki, zəif rəqib kimi göstəriləndə itirəcək heç nəyinin olmadığını başa düşürsən: "Turnirdən əvvəl danışdığımız yeganə şey ondan ibarət idi ki, sonradan istədiyimiz futbolu oynamadığımıza və çempionatdan lazım olan qədər həzz almadığımıza görə peşman olmayaq. Çiyinlərimdə heç bir yük yoxdur. Bizim yeganə vəzifəmiz Gürcüstan xalqının öz oyunçuları ilə fəxr etməyinə şərait yaratmaq idi. Düşünürəm ki, biz bunu ən yaxşı şəkildə yerinə yetirdik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video