27 Noyabr 2025 08:55
4968
Səhiyyə
A- A+
Sağlamlığın dostu, yoxsa düşməni?

Sağlamlığın dostu, yoxsa düşməni?


Qida rasionumuzun ayrılmaz hissəsi olan duz həm dadlandırıcı, həm konservant, həm də müalicəvi mineral kimi istifadə edilir. Bu təbii maddə haqqında deyilənlərin sayı-hesabı yoxdur: kimisi onu "ağ zəhər" adlandırır, kimisi isə orqanizmin həyat mənbələrindən biri olduğunu vurğulayır. Bu qədər fərqli yanaşmanın səbəbi isə duzun həm fayda, həm də zərər potensialına malik olmasıdır.

Tərkibindəki natrium və digər minerallar sayəsində orqanizmdə vacib funksiyaları tənzimləsə də, həddindən artıq duz qəbulu sağlamlıq üçün ciddi risklər yaradır. Bu səbəbdən duzla bağlı məlumatlı olmaq, həm növlərini, həm də təsirlərini düzgün dəyərləndirmək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik natrium qəbulunu 2300 milliqram, təxminən bir çay qaşığı duzla - məhdudlaşdırmağı məsləhət görür. Lakin tədqiqatlar göstərir ki, əksər insanlar tövsiyə ediləndən iki dəfə artıq duz istifadə edir. Üstəlik, duzun böyük hissəsi yeməklərə əlavə edilən duzdan yox, hazır və emal edilmiş məhsullardan gəlir. Çips, kolbasa, pendir, çörək, bulyonlar, konservləşdirilmiş məhsullar - bütün bunlar gündəlik həyatımızda "gizli duz bombaları" rolunu oynayır.

 

Ağ mineralın dəyəri

 

Diyetoloqlar bildirirlər ki, duzun sağlamlığa təsiri, ilk növbədə, onun növündən və tərkibindəki minerallardan asılıdır. Bu baxımdan, dəniz duzu, qaya duzu, çəhrayı Himalay duzu və Naxçıvan duzu kimi növlər fərqli xüsusiyyətləri ilə seçilir. Təmizlənməmiş dəniz duzu okean və dəniz sularının buxarlanması nəticəsində əldə olunur və təxminən 93 müxtəlif mineral ehtiva edir. Tərkibində maqnezium, kalium, kalsium və təbii yod olan bu duz minimal emal olunduğu üçün əsas iz elementlərini saxlaya bilir. Qaya duzu yerin alt qatlarından çıxarılır və 84 növ mineral ehtiva edir. Bu duzun təbiiliyi və kimyəvi proseslərə məruz qalmaması onu süfrə duzundan daha üstün edir.

Himalay duzu isə dünyada ən saf duz növlərindən biri sayılır. Onun çəhrayı rəngi tərkibindəki dəmir oksidindən gəlir və o da təxminən 80 müxtəlif mineral daşıyır. Bununla belə, mütəxəssislər həm Himalay, həm də dəniz duzundakı əlavə mineralların miqdarının çox az olduğunu, buna görə də insan sağlamlığına xüsusi "möcüzəvi" fayda vermədiyini bildirirlər. Yəni bu duzların əsas üstünlüyü dad fərqi və daha az emaldan ibarətdir.

Ölkəmizdə məşhur olan Naxçıvan duzu da keyfiyyəti ilə seçilir. Natrium xloridin miqdarı burada 93-95 faiz təşkil edir, yerdə qalan hissə isə təbii mineral qalıqlardır. Bu səbəbdən Naxçıvan duzu həm təmizliyi, həm də kimyəvi qatqısızlığı ilə seçilir.

Əks tərəfdə isə ən geniş istifadə olunan süfrə duzu dayanır. Rafinə edildiyi üçün tərkibindəki təbii mineralların böyük hissəsi itirilir. Buna baxmayaraq, süfrə duzuna əlavə edilən yod onun qida rasionundakı vacib rolunu qoruyur. Xüsusilə hamilə qadınlar, uşaqlar və qalxanabənzər vəzi problemi olanlar üçün yodlaşdırılmış duz əvəzolunmazdır. Lakin ciddi emal prosesi və aşırı natrium konsentrasiyası səbəbindən bu duzun həddindən artıq istifadəsi yüksək qan təzyiqindən tutmuş böyrək xəstəliklərinə qədər bir çox problem yarada bilər.

 

Əsas şərt düzgün miqdarda istifadədir

 

Duzun insan sağlamlığına təsiri iki kəskin qütbdən ibarətdir. Bir tərəfdən, natrium bütün həyati funksiyalar üçün vacibdir: su-duz balansını tənzimləyir, sinir impulslarını ötürür, əzələ fəaliyyətini təmin edir və qanın tərkibində mühüm rol oynayır. Duzun çatışmazlığı halsızlıq, aşağı təzyiq, əzələ spazmı, mərkəzi sinir sisteminin zəifləməsi, hətta depressiya kimi problemlərə gətirib çıxara bilər.

Digər tərəfdən, duzun həddindən artıq qəbulu bədəni ciddi risklərlə üz-üzə qoyur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bütün insultların 62 faizi, ürəyin işemik xəstəliklərinin isə 49 faizi yüksək qan təzyiqi ilə əlaqəlidir. Həmçinin 35 il ərzində aparılan 13 böyük araşdırmanın nəticələri göstərib ki, gündəlik duz qəbulunun cəmi 5 qram artırılması belə ürək-damar xəstəlikləri riskini 17 faiz, insult ehtimalını isə 23 faiz artırır.

Həddindən artıq duz istifadəsi bədəndə suyun tutulmasını artıraraq ödəm yaradır, böyrəklərin fəaliyyətini çətinləşdirir, zamanla böyrək çatışmazlığına səbəb olur. Duzun çoxluğu sümüklərdən kalsiumun xaric olmasına səbəb olduğundan osteoporoz riskini də yüksəldir. Bundan əlavə, yüksək duzlu qidalar mədə selikli qişasını qıcıqlandıraraq qastrit və reflü problemlərini gücləndirir.

Duz yalnız qida kimi yox, həm də təbii təmizləyici vasitə kimi istifadə olunur. Əlləri duzla ovxalamağın dərini mikroblardan təmizləmək, məsamələri açmaq, yağlılığı azaltmaq kimi təsirləri var. Duzun yumşaq masaj effekti əllərdə qan dövranını artırır və dərini daha hamar edir - əlbəttə ki, dərini qıcıqlandırmayacaq həcmdə istifadə edildiyi təqdirdə.

Bütün hallarda əsas şərt duzun düzgün miqdarda istifadəsidir. Çünki onun həm azlığı, həm də çoxluğu sağlamlığa mənfi təsir göstərir. Mütəxəssislər duzu tamamilə qida rasionundan çıxarmağın düzgün yanaşma olmadığını bildirirlər. ÜST-nin məqsədi dünya üzrə duz qəbulunu 30 faizədək azaltmaqdır. Bu istiqamətdə müxtəlif strategiyalar tətbiq edilir. Ev şəraitində duzdan istifadənin tədricən azaldılması, yeməkləri duz əvəzinə ətirli otlar, limon suyu və ədviyyatlarla dadlandırmaq, restoran masalarından duz qablarının yığışdırılması, duzlu şirniyyat və qəlyanaltıların rasiondan çıxarılması - bütün bunlar duz qəbulunun azalmasına real töhfə verə bilər. Eyni zamanda kaliumun artırılması da çox mühümdür, çünki kalium natriumun damar sisteminə mənfi təsirini balanslaşdırır. Paxlalılar, ispanaq, banan, xurma və digər kaliumla zəngin qidalar rasionda daha çox yer almalıdır.

Nəticə olaraq deyə bilərik ki, duz nə "tamamilə zərərli", nə də "hər dərdin dərmanı" deyil. O həm həyat, həm xəstəlik mənbəyi ola bilər - fərq yalnız miqdarda və seçimdədir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ABŞ-də azərbaycanlı qadınların güclü platforması formalaşır  

16:29
10 Mart

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Ukrayna Milli Qvardiyasının tərkibində hücum alayları yaradılır

15:53
10 Mart

Ötən həftə 23 mina və 743 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:49
10 Mart

Yaxın Şərq ölkələrində neft hasilatı kəskin azalıb

15:40
10 Mart

Əlcəzairin İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri təxliyə olunublar

15:39
10 Mart

SOCAR Abşeronun “Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatına başlayır

15:28
10 Mart

Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb  

15:18
10 Mart

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır  

15:17
10 Mart

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!