28 Iyun 2024 09:30
154
CƏMİYYƏT
A- A+

"Sabah bayramdır, ona görə bu gün günortayacan işləyirik"

 

Bu "iş rejimi" xəstəxanada yox, başqa müəssisədə tətbiq edilsəydi, bəlkə də susmaq olardı

 

Sərlövhəni oxuyan hər kəs yəqin ki, təəccüblənəcək. Necə yəni, Nazirlər Kabinetinin iş və bayram günləri ilə bağlı verdiyi qərara kimsə əlavələr edir?! Ancaq sən demə, Gəncə Endokrinoloji Xəstəxanasında bu arzuya düşüblərmiş. 
Məlum olduğu kimi, dövlət tərəfindən şəkərli diabet xəstələri üçün çoxsaylı güzəştlər edilir, o sıradan hər ay həmin xəstələr pulsuz dərman vasitələri ilə təmin olunurlar. Ayda bir dəfə dərmanla təmin edilən xəstələr bu hesaba sağlamlıqlarını qoruyurlar. Təəssüflər olsun ki, dövlətin öz vətəndaşlarına göstərdiyi bu qayğı bəzi hallarda səhiyyə ocaqları tərəfindən elə yerinə yetirilir ki, yetirilməsə ondan yaxşıdır. 
Gəncədəki Endokrinoloji Xəstəxana şəhərin mərkəzinda yerləşir. Bu günlərdə, konkret desək, iyunun 25-də xəstəxananın yanından keçərkən qarşısında çox sayda insanın toplaşdığını gördük. Maraq bizi onların yanına çəkdi və bir ahıl qocadan bu səs-küylü toplantının səbəbini soruşduq. Dedi ki, şəkər xəstələridir, onlar hər ayın sonuna yaxın gəlib dərmanlarını götürürlər. Ancaq bu gün xəstəxana bağlıdır. 
Xəstəxananın rəhbərliyindən bunun səbəbini öyrənmək istədik. Baş həkim Sevda Əsgərova dedi ki, sabah bayram - Silahlı Qüvvələr Günü olduğu üçün bu gün günortayacan işləyirik.
Məsələyə aydınlıq gətirmək üçün  Gəncə Şəhər Birləşmiş Xəstəxananın direktoru İlkin İsmayılovla əlaqə saxlayıb Endokrinoloji Xəstəxanada baş verənləri bildirdik. Direktor məsələyə aydınlıq gətirəcəyini söylədi və... işini bununla bitmiş hesab etdi.  Xəstəxananın qarşısında isə insanlar dərmanlarını almaq üçün gözləməkdə  davam edirdilər, hətta ümidlərini üzsələr də...
Söz düşmüşkən qeyd edək ki, Gəncə Endokrinoloji Xəstəxanası yararsız binada yerləşir. Binaya daxil olmaq üçün ehtiyatla hərəkət etmək lazımdır.  Çünki xəstəxananın  taxta pilləkənləri çürümüş, döşəməsi qəzalı vəziyyətə düşmüşdür. Tibb heyətinin oturduğu otaqlar da yararsız vəziyyətdədir. Üstəlik avadanlıqlar köhnədir, dərmanların saxlandığı yerdə isə antisanitariya hökm sürür. Bunlar azmış kimi, tibb ocağında xəstələrə 15-20 il əvvəl təyin olunmuş dərmanlar verilir. Halbuki xəstələr ildə bir neçə dəfə müayinə edilməli, onlara yeni təyinatlar yazılmalıdır. Xəstələrdə qan analizi isə heç vaxt aparılmır, bunun üçün test də verilmir. Bir sözlə, bu tibb müəssisəsi Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən tamamilə unudulmuşdur. 
Hazırda hər il ölkəmizdə müasir avadanlıqlarla təchiz olunan yeni tibb ocaqları istifadəyə verilir. Bunun fonunda Gəncə Endokrinoloji Xəstəxanasındakı vəziyyət, yumşaq desək, təəssüf doğurur. Amma güman edirik ki, TƏBİB sözügedən xəstəxana haqqında lazım olan tədbirləri görəcəkdir. Bu, ilk növbədə xəstəxanada qeydiyyatda olan şəkərli diabet xəstələrinin arzusudur.        

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video