Fransanın ölkəmizə qarşı hibrid müharibəsinin heç bir nəticəsi olmayacaq
"İstər tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə postmüharibə dönəmində Fransanın anti-Azərbaycan mövqeyində dayanması artıq adi hala çevrilib. Fransa Ermənistanı açıq şəkildə dəstəkləməklə, bu ölkənin rəsmiləri bir-birinin ardınca məsuliyyətsiz bəyanatlar, sərsəm fikirlər səsləndirməklə, ən yumşaq halda desək, dünyada özünü nüfuzdan salmaqla məşğuldurlar".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O bildirib ki, Makron hakimiyyətinin həyata keçirdiyi riyakar, yarıtmaz siyasət bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vurub və vurmaqda davam edir. Rəsmi Parisin həyata keçirdiyi xarici siyasət tam şəkildə iflasa uğrayıb. "Dünya siyasətində baş verən hadisələr də bunun təsdiqidir. Makronun həyata keçirdiyi uğursuz siyasət nəticəsində Fransaya bu gün heç bir beynəlxalq platformada hörmət edilmir, sözü eşidilmir. Fransa rəsmiləri bu uğursuzluqlardan nəticə çıxarmaq əvəzinə sərsəm bəyanatlarla ölkəmizə qarşı əsassız iddialar səsləndirirlər. Əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş Fransa keçmişindən utanmaq əvəzinə Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanı heçə endirməyə çalışır", - deyə siyasətçi əlavə edib.
Deputat qeyd edib ki, Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətməyə, yaranmış reallığı dəyişməyə çalışan uğursuz Makron hakimiyyəti bu arzusuna çatmayacaq: "Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran Paris müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarla özünü rüsvay edir. Fransanın riyakar iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı hibrid müharibənin, əsassız qarayaxma kampaniyasının heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycana qarşı aparılan kampaniya, çirkin təbliğat iradəmizə təsir edə, ölkəmizi düz yolundan döndərə bilməz. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir".
V.Rəhimzadə bildirib ki, dünyada böyük nüfuza, güclü iqtisadiyyata və orduya sahib olan dövlətimiz heç kimdən qorxmur və bunu həm döyüş meydanında, həm də siyasi müstəvidə sübut edib. Sərsəm açıqlamalar verən Fransa rəsmiləri bunu nə qədər tez anlasalar, onlar üçün o qədər yaxşı olar.
Ə.QABİLQIZI,
"Azərbaycan"
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında
Azercell abunəçilərinin nəzərinə
Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ
ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib
Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir
Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib
Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib
DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb
Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB
Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq
İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!