28 Iyun 2024 09:15
176
İDMAN
A- A+

"Rəqib kim olur-olsun, fərqi yoxdur"

 

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Çexiyaya qalib gəlməkləri və 1/8 finala adlamaqları barədə danışıb. 
Mütəxəssis belə bir uğura imza atdıqları üçün çox xoşbəxt olduğunu deyib: "Millətimiz, futbolçularımız, xalqımız adına çox xoşbəxtəm. Komandanın üzərində lazımsız təzyiq yaradılmışdı. Çexiyanın qolu qeydə alınmamalı idi. Bəlkə də 1/8 finala adlayan ən gənc komanda bizik. Barış Alper Yılmaz çox yaxşı oynadı. Komandamızda sonadək mübarizə aparmayan bir futbolçu belə tapa bilməzsiniz".
Türkiyə millisi Avro-2024-ün 1/8 finalında Avstriya ilə qarşılaşacaq. V.Montello bu rəqibi belə dəyərləndirib: "Avstriya ilə daha əvvəl qarşılaşmışıq. Bu oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Bundan sonra fərqli bir turnir başlayır. Avstriya ilə qarşılaşmağı istəyirdik. Hər kəsin revanş ruhuna sahib olduğunu görmək gözəldir. Bu, məndə də var. Rəqib kim olur-olsun, fərqi yoxdur".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video