13 May 2026 18:51
486
DÜNYA
A- A+
Qlobal elektromobil satışları apreldə 6 faiz artaraq 1,6 milyona çatdı

Qlobal elektromobil satışları apreldə 6 faiz artaraq 1,6 milyona çatdı


Dünya üzrə elektromobil satışları cari ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 1,6 milyon ədəd təşkil edib.

Anadolu Agentliyi xəbər verir ki, Londonda yerləşən “Benchmark Mineral Intelligence” analiz şirkətinin hesabatına görə, illik artıma baxmayaraq, mart ayı ilə müqayisədə satışlarda 9 faizlik azalma müşahidə olunub.

Avropa aprel ayında da elektromobil satışlarının artımında əsas hərəkətverici qüvvə olub. Yanacaq qiymətlərinin Yaxın Şərqdəki münaqişələr səbəbindən yüksəlməsi istehlakçıları elektrikli modellərə yönəldib. Avropada satışlar illik 27 faiz artaraq 400 mini ötüb. İlin əvvəlindən bəri Avropa bazarında ümumi artım 26 faizə çatıb.

Dünyanın ən böyük elektromobil bazarı olan Çində daxili satışlar illik 8 faiz azalaraq 850 minə düşüb. Bu geriləməyə əsas səbəb kiçik avtomobil seqmenti üçün subsidiyaların ləğv edilməsi olub. Lakin daxili tələbatın zəifləməsi ixracın sürətlənməsinə yol açıb. Belə ki, Çin aprel ayında 400 mindən çox, ilin ilk 4 ayında isə 1,4 milyon elektromobil ixrac edib. Çin istehsalı olan avtomobillər, xüsusilə Avropa, Cənubi Amerika və Cənub-Şərqi Asiya bazarlarında dominantlığını artırır.

Bundan başqa, Şimali Amerika bazarında satışlar apreldə illik 28 faiz azalaraq 120 min səviyyəsinə düşüb. ABŞ və Kanadada maraq azalsa da, Çindən gələn idxal hesabına Meksika bazarında böyümə qeydə alınıb. 

“Benchmark Mineral Intelligence”in məlumat meneceri Çarlz Lester bildirib ki, ilin əvvəlindən bəri qlobal miqyasda 5,6 milyon elektromobil satılıb. Onun sözlərinə görə, Avropa və digər bölgələrdəki güclü artım Çin və Şimali Amerikadakı azalmanı balanslaşdırır. Lakin regional fərqlər, ixrac artımı və dəyişən rəqabət dinamikası göstərir ki, qlobal bazar daha mürəkkəb bir mərhələyə daxil olur.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Culfada Vəkil Bürosu açılıb

15:02
08 İyun

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

14:57
08 İyun

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

14:41
08 İyun

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

14:36
08 İyun

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

14:28
08 İyun

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

13:39
08 İyun

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

13:23
08 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:23
08 İyun

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

13:17
08 İyun

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

13:09
08 İyun

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

13:02
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!