Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I); 2024, № 3, maddə 250, № 7, maddə 770, № 12 (II kitab), maddə 1338) 96-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissənin birinci cümləsində "bələdiyyələr tərəfindən" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri ilə əvəz edilsin;
1.2. 5-ci hissədə "Bələdiyyə və xüsusi" sözləri "Xüsusi" sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 122-VIIQD nömrəli və 2025-ci il 14 fevral tarixli 140-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 307.1-ci maddədə "müstəqil qiymətləndiricilər" sözləri "qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar" sözləri ilə əvəz edilsin;
2.2. 925-ci maddə üzrə:
2.2.1. aşağıdakı məzmunda 925.2-1-ci maddə əlavə edilsin:
"925.2-1. İcbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.";
2.2.2. 925.4-cü maddəyə "şəxslər" sözündən sonra ", habelə qiymətləndiricilər (qiymətləndirici təşkilatlar)" sözləri əlavə edilsin;
2.3. 1076-9.2-ci və 1076-10.3.5-ci maddələrdən "müstəqil" sözü çıxarılsın.
Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli və 2025-ci il 3 fevral tarixli 135-VIIQD nömrəli qanunları) 90.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. üçüncü abzasda "məhkəmənin qərarı ilə qiymətləndirildiyi" sözləri "qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi" sözləri ilə əvəz edilsin;
3.2. dördüncü abzas üzrə:
3.2.1. birinci cümlədə "vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada seçilərək" sözləri ilə əvəz edilsin;
3.2.2. ikinci cümlə çıxarılsın;
3.2.3. üçüncü cümlədə "Qiymətləndiricinin xidmətinin dəyəri" sözləri "Qiymətləndirməyə görə xidmət haqqı" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390 (Cild I); 2024, № 12 (II kitab), maddə 1338) 16-cı maddəsinin üçüncü hissəsində "bələdiyyələr tərəfindən" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri ilə əvəz edilsin.
Maddə 5. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580 (Cild I); 2024, № 4, maddə 371) 24-cü maddəsinin birinci cümləsində "müvafiq normativ hüquqi aktlara" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri ilə əvəz edilsin.
Maddə 6. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520 (Cild I) 10.1-ci maddəsində "bələdiyyələr tərəfindən" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri ilə əvəz edilsin.
Maddə 7. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli və 29 dekabr tarixli 119-VIIQD nömrəli qanunları) 51-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 51.1-ci maddə üzrə:
7.1.1. birinci cümlədə ", yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi" sözləri "ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi" sözləri ilə əvəz edilsin;
7.1.2. ikinci cümlə çıxarılsın;
7.2. 51.2-ci maddədə "Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər" sözləri "Qiymətləndirməyə görə xidmət haqqı" sözləri ilə əvəz edilsin;
7.3. 51.3-cü maddədə "müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər" sözləri "qiymətləndirməyə görə xidmət haqqı" sözləri ilə əvəz edilsin.
Maddə 8. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 216 (Cild I) ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 23-cü maddəsinin ikinci cümləsində "təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla," sözləri "təyinatı əsasında bazar qiyməti nəzərə alınmaqla,"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş" sözləri ilə əvəz edilsin.
Maddə 9. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461 (Cild I);2024, № 5 (I kitab), maddə 493) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 10.5-ci maddənin birinci cümləsində "müstəqil qiymətləndiricilər" sözləri "qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar" sözləri ilə əvəz edilsin;
9.2. 38.2-ci maddə üzrə:
9.2.1. altıncı cümlədən birinci halda "müstəqil" sözü çıxarılsın və həmin cümlədə "müstəqilqiymətləndiricilər" sözləri "qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar)" sözləri ilə əvəz edilsin;
9.2.2. yeddinci cümlədə "Müstəqil qiymətləndiricinin" sözləri "Qiymətləndiricinin" sözü ilə, "buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər" sözləri "qiymətləndirməyə görə xidmət haqqı ipoteka saxlayan tərəfindən ödənilir və bu haqq" sözləri ilə əvəz edilsin;
9.3. 39.3.3-cü maddədə "müstəqil qiymətləndiricinin" sözləri "qiymətləndiricinin" sözü ilə əvəz edilsin;
9.4. 54-cü maddənin mətninə "nəzərə alınmaqla" sözlərindən sonra "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri əlavə edilsin.
Maddə 10. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 376 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
10.1. 23.1.4-cü və 23.1.5-ci maddələrdən "müstəqil" sözü çıxarılsın;
10.2. 24-cü maddə üzrə:
10.2.1. 24.1-ci və 24.3-cü maddələrdə ismin müvafiq hallarında "Müstəqil qiymətləndirici" sözləri "Qiymətləndirici" sözü ilə əvəz edilsin;
10.2.2. 24.2-ci və 24.4-cü maddələrdən "müstəqil" sözü çıxarılsın;
10.2.3. 24.3.2-ci maddədə "özü tərəfindən qiymətləndirilməsi" sözləri "qiymətləndirilməsinin düzgün aparılmasını müəyyən etmək" sözləri ilə əvəz edilsin;
10.3. 32.4-cü maddədən "müstəqil" sözü çıxarılsın.
Maddə 11. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
11.1. 6.6-cı maddədə "qiymətləndiricinin" sözü "qiymətləndirici təşkilatın" sözləri ilə əvəz edilsin;
11.2. 8.2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"8.2.2. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyət və ya hüquqi ünvanları;";
11.3. 11.8-ci maddədə "və qiymətləndiricisi" sözləri ",qiymətləndiricisi və ya qiymətləndirici təşkilatı" sözləri ilə əvəz edilsin;
11.4. 13.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"13.2.3. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyət və ya hüquqi ünvanları;";
11.5. 19.6.2-ci maddəyə "qiymətləndirici" sözündən sonra "(qiymətləndirici təşkilat)" sözləri əlavə edilsin;
11.6. 21.11.2-ci və 21.12-ci maddələrdə "və qiymətləndiricinin" sözləri ", qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın" sözləri ilə əvəz edilsin;
11.7. 26.5-ci maddədə "müvafiq normativ hüquqi və normativ xarakterli aktlara" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri ilə əvəz edilsin;
11.8. 31.1-ci maddənin birinci cümləsində "depozitar, auditor və qiymətləndiricinin" sözləri "depozitara, auditora və qiymətləndiriciyə (qiymətləndirici təşkilata) ödənilən" sözləri ilə əvəz edilsin;
11.9. 32.1.4-cü maddəyə "qiymətləndiriciyə" sözündən sonra "(qiymətləndirici təşkilata)" sözləri əlavə edilsin;
11.10. 47.10.5-ci maddəyə "qiymətləndiriciyə" sözündən sonra "və ya qiymətləndirici təşkilata" sözləri əlavə edilsin.
Maddə 12. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 120-VIIQD nömrəli Qanunu)16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
12.1. 16.1-ci maddəyə "qiymətləndirilməsi" sözündən sonra "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla" sözləri əlavə edilsin;
12.2. 16.4-cü maddənin birinci cümləsində "qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis" sözləri "müstəqil ekspert və ya qiymətləndirici" sözləri ilə əvəz edilsin.
Maddə 13. "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464 (Cild I); 2024, № 2, maddə 136, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
13.1. 20.5-ci maddə üzrə:
13.1.1. birinci cümlədə "ya ekspert qiymətləndirməsi əsasında, yaxud belə sənədlər olmadıqda müqavilə ilə təsdiqlənən qiymət" sözləri "yaxud qiymətləndirici tərəfindən müəyyən edilən dəyər" sözləri ilə əvəz edilsin;
13.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Yükün dəyərinin qiymətləndirici tərəfindən qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.";
13.2. 21.5-ci maddənin ikinci cümləsində "ekspert qiymətləndirilməsi" sözləri "qiymətləndirici tərəfindən qiymətləndirilmə" sözləri ilə əvəz edilsin;
13.3. 28.2-ci maddədə "müstəqil qiymətləndiricinin "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və qiymətləndirmə standartlarına uyğun olaraq, limanın sərhədləri daxilində yerləşən dövlət daşınmaz əmlakının icarə müqaviləsi üzrə istifadəsinin bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatı əsasında" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri ilə əvəz edilsin.
Maddə 14. Bu Qanunun 3.2.2-ci və 7.1.2-ci maddələri 2027-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2025-ci il
Xəzər dənizində zəlzələ olub
YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb
Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib
Valentina Antonenko: Akademik Zərifə Əliyeva kimi dəyərli şəxsiyyətin xatirəsi Ukraynada da böyük ehtiramla yad olunur
İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə əsas imtahanı keçirilib
Sabah bəzi rayonlarda leysan olacaq - PROQNOZ
Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb
Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü
Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya
Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya
Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir
İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb
Bilmək istəyirəm
"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib
Qusarda arıçılığa maraq çoxdur
Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub
Sumqayıt da yaşıllaşır
Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!