16 Sentyabr 2024 18:45
1044
İQTİSADİYYAT
A- A+
Qırğızıstan Avropaya yaşıl enerjinin ixracı üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan əməkdaşlığına qoşulmaq istəyir

Qırğızıstan Avropaya yaşıl enerjinin ixracı üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan əməkdaşlığına qoşulmaq istəyir



Qırğızıstanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dövlətlərarası münasibətlərimizin enerji istiqaməti üzrə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında energetika sahəsində əməkdaşlığa dair hazırlanmış Fəaliyyət Planı və geniş enerji tərəfdaşlığını hədəfləyən işçi qrupu ilə bağlı məsələlər nəzərdən keçirilib. Bərpaolunan enerji Azərbaycan-Qırğızıstan əlaqələrinin müasir qlobal çağırışlara uyğun inkişafında mühüm perspektivlərə malik sahə kimi dəyərləndirilib. Hazırda Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya yaşıl enerjinin ixracı təşəbbüsü üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistanla olan əməkdaşlığa Qırğızıstanın da qoşulması imkanları nəzərdən keçirilib. Qırğızıstanla hidro və bərpaolunan enerji ilə yanaşı, neft-qaz sahəsində əməkdaşlığa dair fikir mübadiləsi edilib. Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub.

Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkarla görüşdə isə ikitərəfli enerji gündəliyinin prioritet məsələləri və regional enerji layihələrinin inkişafı müzakirə edilib. İğdır-Naxçıvan qaz kəmərinin ilin sonunadək istismara veriləcəyi qeyd edilib. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icra vəziyyəti, habelə Naxçıvanda yaşıl enerji zonasının inkişafı layihəsinin texniki-iqtisadi təhlili və əsaslandırmasının hazırlanması məqsədilə məsləhətçi şirkətin cəlbi ilə bağlı həyata keçirilən proseslərə diqqət yetirilib. Təbii qaz sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Təbii Qaz Sahəsində Əməkdaşlıq haqqında yeni Hökumətlərarası Sazişin Azərbaycan və üçüncü ölkələrdən Türkiyə və Avropa ölkələrinə qaz tədarükünü də təşviq etməklə enerji təhlükəsizliyi məsələlərində türk dövlətlərinin rolunu gücləndirən perspektivlər yaratdığı qeyd edilib.

Söhbət zamanı cari ildə Ankarada keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu ilə əlaqədar məsələlərə də toxunulub.

Nazir Pərviz Şahbazovun Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə də görüşü olub. Görüşdə təşkilatla Azərbaycanın əməkdaşlığı, xüsusilə enerji layihələrinin türk dövlətləri arasında əlaqələrin inkişafındakı rolu barədə danışılıb. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Qarabağ Bəyannaməsinin bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində, eləcə də Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl enerji dəhlizi) əməkdaşlığın inkişafını təşviq etdiyi qeyd edilib.

Görüşdə, həmçinin TDT-nin Enerji Əlaqələndirmə Komitəsinin, Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəzinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hemofiliyalı xəstələrə dair hesabat konfransı keçirilib   

21:17
21 Dekabr

BMT Təhlükəsizlik Şurası Colan təpələrindəki qüvvələrin mandatını uzadıb  

20:19
21 Dekabr

Bişkekdə 3-cü Xalq Qurultayı keçirilir

19:32
21 Dekabr

Almaniyanın xarici işlər naziri Suriyadakı YPG-ni tərksilah olmağa çağırıb  

19:22
21 Dekabr

Bayden Tayvana 570 milyon dollardan çox hərbi yardım ayırıb

18:47
21 Dekabr

Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib  

18:17
21 Dekabr

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!