08 Yanvar 2026 09:15
738
Mədəniyyət
A- A+
Qərbi Azərbaycandakı tarixi abidələrimiz haray çəkir

Qərbi Azərbaycandakı tarixi abidələrimiz haray çəkir


Dini abidələr, qədim tikililər, qəsrlər, qalalar, kitabələr xalqların özlərindən  sonra tarix səhifəsində qoyduğu pozulmayan izlərdir. Başqa sözlə desək, xalqların kimliyidir, dünənidir, şərəfli keçmişidir. Bu abidələri dağıtmaq xalqların mədəni irsini məhv etmək, onu tarixin səhifəsindən silmək deməkdir. Təəssüflər olsun ki, iki əsrdən artıqdır ermənilər uzun illər Ermənistan ərazisində yaşamış azərbaycanlıların bu yerlərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izlərini Yer üzündən birdəfəlik silmək üçün məqsədli şəkildə vandallıq aktları törədirlər.  

1988-ci ildə Ermənistanda soydaşlarımıza qarşı həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmiş və ya vəhşicəsinə dağıdılmışdır. Abidələri dağıtmaqla kifayətlənməyən vandallar zaman-zaman Qərbi Azərbaycanın qədim toponimlərini də erməni adları ilə əvəz etmişdilər. Erməni vandalizmi təkcə mədəniyyət abidələrini məhv etməklə kifayətlənmir. Ermənilər həm də tarixi saxtalaşdırırlar. Onlar abidələrin tarixini dəyişərək, restavrasiya adı ilə qədimliyinə zərbə vururlar, bir çoxunu öz adlarına çıxarırlar. Bu addımları ilə düzəliş qəbul etməyən tarixə düzəliş etməyə çalışırlar. İndiyə qədər Ermənistan ərazisində xalqımıza məxsus olmuş onlarca tarixi abidə qəddarlıqla dağıdılaraq tamamilə Yer üzündən silinmiş və yaxud da erməniləşdirilmişdir.

Ermənistan hökumətinin apardığı məqsədyönlü siyasət nəticəsində qədim tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində bir çox abidə, Göy məscid, Qala məscidi, Şah Abbas məscidi də daxil olmaqla 300-dən çox məscid və monumental abidə məhv edilmişdir. Bununla da UNESCO-nun konvensiyaları kobud şəkildə pozulmuşdur. Bütün dağıntılardan, vandal hərəkətlərdən yaranan qənaət odur ki, erməni vəhşiliyi heç bir sərhəd tanımır, heç bir beynəlxalq qanun və konvensiyalara məhəl qoymur.  Bu vandalizm aktları yalnız tarixi abidələrin və yazıların məhvi deyil, həm də bir xalqın tarixi yaddaşının və mədəni irsinin silinməsinə yönəlmiş məqsədli çirkin siyasətdir. Buna görə də Ermənistanda Azərbaycan mədəni irsinin qorunması üçün Qərbi Azərbaycan İcması beynəlxalq səviyyədə zəruri işlər aparır. Ermənilərin abidələrimizə qarşı atdıqları bu dağıdıcı vandalizm əməlləri müntəzəm olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. 

İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərdən sonra Ermənistanda Azərbaycan mədəni irsinin qorunması Ermənistan-Azərbaycan yaxınlaşması fonunda vacib olan məsələyə çevrilmişdir. Həm beynəlxalq, həm də yerli ekspertlər ümid edirlər ki, Ermənistanda Azərbaycan irsinin qorunması və bərpası iki millət arasında etimadın qurulmasına və etibarlı sülhün təmin olunmasına təkan verəcək.

Ötən il Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın 60-dan çox ölkəsini təmsil edən 100-ə yaxın qonaq, Azərbaycandan 100-dən çox ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər. Beynəlxalq konfransda Prezident İlham Əliyevin iştirakçılara müraciəti oxunub.

Prezident İlham Əliyev müraciətində bildirib ki, qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra - 1905-1907-ci, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır: "Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır".

Dövlət başçımızın müraciətində qeyd olunub ki, Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir: "Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir".

Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində o da vurğulanıb ki, deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır: "2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır".

Son zamanlar Ermənistandakı Azərbaycan mədəni irsinin məhv edilməsinə beynəlxalq ictimaiyyət tərəfindən müəyyən reaksiyaların müşahidə olunması insanlarda nikbinlik yaradır. Ümid etmək olar ki, bu mövzuda beynəlxalq konfransların keçirilməsi ermənilərin Azərbaycan mədəni irsinə qarşı olan  dağıdıcı əməllərini dayandıracaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!