14 Mart 2025 09:20
182
CƏMİYYƏT
A- A+
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır..."

"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır..."


Gəncə Şəhər İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bizim tariximiz təsdiqləyir" mövzusunda konfrans keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov, İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatları Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Qərbi Azərbaycan İcmasının Gəncə şəhər üzrə nümayəndəsi Mübariz Yusifov, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar iştirak ediblər.

Onılar öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət etmiş, filarmoniyanın foyesində Qərbi Azərbaycana həsr olunan dekorativ tətbiqi sənət nümunələri ilə  tanış olmuşlar.

Konfransı giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qədim Nizami yurdunda Qərbi Azərbaycanla bağlı belə tədbirin keçirilməsinin önəmindən danışmış və demişdir ki, bu gün Prezident İlham Əliyevin Qərbi Azərbaycana Böyük qayıdış ideyasının həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və qəbul edilən "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası" böyük əhəmiyyətə malikdir.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov "Qərbi Azərbaycan İcmasının məqsəd və hədəfləri, qayıdış uğrunda mübarizə" mövzusunda çıxış edərək icmanın yaranma tarixi, görülən işlər və qarşıda duran məsələlər barədə məlumat vermişdir. Bildirmişdir ki, son 200 ildə ata-baba yurdlarından zorla çıxarılan qərbi azərbaycanlıların geri qayıdışı mütləq təmin olunacaqdır.

"Qərbi Azərbaycan həqiqətləri, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış uğrunda apardıqları mübarizənin tarixi əhəmiyyəti" mövzusunda çıxış edən Milli Məclisin deputatı Musa Quliyev isə Qərbi Azərbaycandakı yurd yerlərimizdən, doğma torpaqlara qayıdışın vacibliyindən danışmışdır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu "İndiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı regionda qalıcı sülhün təminatı kimi" mövzusunda çıxış edərək bildirmişdir ki, soydaşlarımızın geri qayıdışı regionda  sabitliyin yaranmasında mühüm rol oynayacaqdır.

Tədbir YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun "Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsinin siyasi və sosial təsirləri", professor Mübariz Yusifovun "Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsinin fəaliyyət istiqamətləri barədə hesabat xarakterli icmal", Gəncə şəhərində yaşayan Qərbi Azərbaycan kökənli gənclər adından çıxış edən Sevinc İsgəndərovanın  "Azərbaycanlıların tarixi vətənlərinə qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu" mövzularında çıxışları ilə davam etmişdir.

Konfransın sonunda bir qrup Qərbi Azərbaycan kökənli şəxslərə Qərbi Azərbaycan İcmasına üzvlük vəsiqələri və döş nişanları təqdim olunmuşdur.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!