15 Aprel 2025 08:50
599
Mədəniyyət
A- A+
Qədim tariximizin nişanələri

Qədim tariximizin nişanələri


Beynəlxalq Mədəniyyət Gününün təsis olunması "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında" 1935-ci il aprelin 15-də Vaşinqtonda müqavilə imzalanması ilə bağlıdır. O vaxtdan dünyanın bir çox ölkəsində bu gün Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

2008-ci ilin dekabrında isə Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Dünya bayrağı altında Ümumdünya mədəniyyət günü kimi təsdiqi üçün Beynəlxalq hərəkat yaradılıb. 

Hər il aprelin 15-də dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda Beynəlxalq Mədəniyyət Günü qeyd edilir. Qədim və zəngin mədəniyyətə malik olan ölkəmizdə bir-birindən maraqlı və əhəmiyyətli beynəlxalq səviyyəli mədəni tədbirlər həm bu günlə bağlı, həm də il boyu təşkil olunur.

Ölkəmizin bütün ərazilərində qədim dövrlərdən başlayaraq el sənətləri yaranıb, nəsildən-nəslə ötürülərək inkişaf etdirilib. Şamaxı, Gəncə, Gədəbəy, Naxçıvan, Mingəçevir, Qazax və ölkəmizin digər bölgələrində aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş nümunələr bunu sübut edir. Tədqiqatlar nəticəsində məlum olub ki, tapılan metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri əcdadlarımızın hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və başqa zinət əşyaları hazırladıqlarını göstərir.

Mədəniyyəti qədim və zəngin olan Azərbaycan 1992-ci il iyunun 3-də UNESCO-ya üzv qəbul edilib, 1996-cı ildən isə əməkdaşlığa başlayıb. Ölkəmizin bir sıra mədəni irsi bu nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeydə alınıb. 

Xatırladaq ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Qarabağ və Şərqi Zəngəzur əraziləri 1990-cı illərdə Ermənistanın işğalına məruz qalıb. Həmin ərazilərimizdə 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri mövcud olub. Eyni zamanda 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6  milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə dağıdılıb. İşğalçı Ermənistan beynəlxalq konvensiyaları, xüsusilə "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il Haaqa Konvensiyasını və ona dair protokollarını, eləcə də UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" Konvensiyasını pozub. Təcavüzkar ermənilər Azərbaycanın misilsiz mədəniyyət abidələrini amansızlıqla qarət ediblər. 

2020-ci ildə İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib. 

Hazırda Qarabağ və Şərqi Zəngəzurda  işğal nəticəsində böyük ziyan görmüş abidələrimizin, memarlıq irsimizin bərpası və qorunması istiqamətində  olduqca vacib və əhəmiyyətli işlər görülür. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!