06 Mart 2026 14:42
641
İDMAN
A- A+
Qazax rəsmən Azərbaycanın “İdman Paytaxtı” oldu  

Qazax rəsmən Azərbaycanın “İdman Paytaxtı” oldu  


Bu münasibətlə rayonda açılış mərasimi keçirilib


Məlum olduğu kimi, Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilmişdir. Bu münasibətlə rayonda "Qazax İdman Paytaxtı-2026"nın açılış mərasimi keçirilmişdir. 

Mərasimdə rayon cra hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, keçən il “İdman Paytaxtı” olmuş Qəbələnin RİH başçısı Səbuhi Abdullayev, Respublika Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, idman federasiyalarının əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Açılış mərasimi  “Qarabağ Azərbaycandır” abidə kompleksinin  ziyarəti ilə başlamışdır. İştirakçılar Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək xatirələrinə ehtiramlarını bildirmişlər. Sonra qonaqlar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunmuş sərgiyə baxış keçirmiş, Qazax rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ulu Öndərin və Prezident İlham Əliyevin dövlətçilik siyasətindən bəhs edən kitabların və ölkəmizdə idman siyasətindən bəhs edən nəşrlərin sərgisi ilə tanış olmuşlar. Qazax Dövlət Rəsm Qalereyasının təşkil etdiyi rəsm sərgisi də maraqla qarşılanmışdır.  “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkil etdiyi sərgidə isə müxtəlif dövrləri əks etdirən eksponatlar, eləcə də Molla Pənah Vaqif və Molla Vəli Vidadi muzeylərinin birgə təşkil etdikləri sərgidə xalça və misgərlik məmulatları nümayiş etdirilmişdir. Sonra idmanın sərbəst güləş, cüdo, ağırlıqqaldırma, qol güləşi, boks, karate, futbol, şahmat, voleybol idman növləri üzrə nümunəvi çıxışlar olmuşdur. Açılış mərasimi çərçivəsində qonaqlar həmçinin Heydər Əliyevin abidəsini ziyarət etmişlər. 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, Azərbaycan Güləş Federasiyası və "Arkoz Qazax Sement Zavodu” MMC arasında əməkdaşlıq memorandumu imzalandıqdan sonra Qazax Ədəbiyyat Muzeyinin qarşısından idman paradı olmuşdur. 

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları, şəhid ailələrini, qaziləri, idmançıları, idmansevərləri salamlamış, əlamətdar gün münasibəti ilə ürək sözlərini söyləmişdir. Bildirmişdir ki, son illər Qazax bir sıra respublika yarışlarına, turnirlərə evsahibliyi etmişdir. Rayon idmançıları 2025-ci il ərzində beynəlxalq yarışlarda 15-i qızıl, 10-u gümüş, 14-ü bürünc olmaqla, 39, respublika səviyyəli yarışlarda 27-si qızıl, 14-ü gümüş, 21-i bürünc olmaqla 62  medal qazanmışlar.

Gənclər və idman naziri Fərid Qayıbov və keçən il Azərbaycanın “İdman Paytaxtı” olmuş Qəbələnin RİH başçısı Səbuhi Abdullayev çıxış edərək “Qazax İdman Paytaxtı-2026”nın açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasını diqqətə çatdırmışlar. Sonra “İdman Paytaxtı” layihəsinin rəmzi açarı Qəbələdən təhvil alınaraq Qazax rayonuna təqdim edilmişdir. Əməkdar idman ustası və Əməkdar məşqçi, respublika Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək Qazax ictimaiyyətini, idmançıları əlamətdar gün münasibətilə təbrik etmiş, qazaxlı idmançılara gələcək idman karyeralarında uğurlar arzulamışdır. 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!