07 Fevral 2025 08:15
1011
SİYASƏT
A- A+
Qalib Ordu

Qalib Ordu


Ordu quruculuğu, Silahlı Qüvvələrin döyüş imkanlarının daha da yüksəldilməsi Azərbaycanda prioritet vəzifələrdən biri olub. Bu istiqamətdə həyata keçirilmiş islahatların, məqsədyönlü tədbirlərin nəticəsidir ki, Silahlı Qüvvələrimiz Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın etdi. O cümldən antiterror tədbirləri zamanı qəhrəman hərbçilərimiz cəmi 23 saata qarşıya qoyulmuş tapşırığı peşəkarcasına həyata keçirdilər.


Silahlı Qüvvələrimiz tarixi missiyanı layiqincə yerinə yetirdi


Xatırladaq ki, hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev andiçmə mərasimində güclü ordu quruculuğu prosesinin davam etdiriləcəyini bildirmişdi: "Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".

Dövlət başçısı prezidentlik fəaliyyətinin ilk günündən Silahlı Qüvvələrin döyüş imkanlarının artırılmasını, bu məqsədlə ən müasir silah və texnikanın ordumuzun arsenalına daxil edilməsini diqqət mərkəzində saxladı. Azərbaycanın inkişafına və maliyyə imkanlarının yüksəlməsinə adekvat olaraq hər il hərbi və müdafiə məqsədləri üçün ayrılan vəsait əhəmiyyətli dərəcədə artırıldı. Vətən müharibəsinə qədər keçirilən hərbi paradlar, hərbi təlimlər göstərirdi ki, Silahlı Qüvvələrimizin arsenalı ən müasir silahlarla zənginləşdirilir, hərbçilərimizin peşəkarlığı daha da artır. 

Əlbəttə ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusu üçün tarixi bir sınaq oldu. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə ordumuz bu savaşda tarix yazdı, qarşısında dayanan müqəddəs missiyanı layiqincə yerinə yetirdi. Eyni zamanda ordumuz özünün unikal döyüş əməliyyatları ilə hərbi nəzəriyyələri də yenilədi. Təsadüfi deyil ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi zamanı həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın ən güclü ordularına malik dövlətlər tərəfindən böyük maraqla qarşılandı.


Döyüş imkanlarının və hərbçilərin peşəkarlığının artırılması daim prioritetdir


Təbii ki, 44 günlük Vətən müharibəsində həyata keçirilən hərbi əməliyyatlar həm də ordumuzun döyüş imkanlarının dəyərləndirilməsi, gələcək perspektivlərin daha dəqiq müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Əlbəttə ki, hərbi əməliyyatların təhlili ordu quruculuğu istiqamətində yeni çağırışlar da meydana çıxardı. Bu gün Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin və peşəkarlığının daha da yüksəldilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr qeyd olunan məsələlər nəzərə alınmaqla müəyyən olunur.

Vətən savaşından sonra imzalanmış yeni hərbi sazişlərə müvafiq olaraq Silahlı Qüvvələrimiz ən müasir silah və texnikalarla komplektləşdirilib. Mühüm yeniliklərdən biri isə Komando hərbi hissələrinin yaradılmasıdır. Bu da ondan xəbər verir ki, Azərbaycanda ordunun döyüş imkanlarının, hərbçilərin peşəkarlığının artırılması istiqamətində tədbirlər yeni çağırışlar əsasında həyata keçirilir. 

Ötən il keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində respublikamızın qarşısında dayanan prioritetləri açıqladı. Dövlət başçısı bəyan etdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir: "Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış Komando silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz".


Ordumuz gücünə görə qabaqcıllar sırasındadır


Azərbaycanın 2025-ci il üçün hərbi xərcləri 8,4 milyard manat həcmindədir. Bu onu göstərir ki, Prezident İlham Əliyevin ordumuzun daha da gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr uğurla icra olunur. Eyni zamanda bu rəqəm ondan xəbər verir ki, Ermənistan Fransadan və Hindistandan nə qədər silah alsa da, hərbi güc baxımından Azərbaycandan dəfələrlə zəif olacaq, revanşizm kimi xam xəyallara düşməyəcək.

Azərbaycan Silahlı Qüvvələri öz döyüş imkanlarına görə regionda lider olan hərbi gücdür. Qlobal səviyyədə isə ordumuz öz gücünə görə qabaqcıllar sırasındadır. Beynəlxalq reytinq təşkilatlarının hesabatları da göstərir ki, Azərbaycan öz hərbi gücünə görə dünyanın bir çox dövlətini qabaqlayır. Lakin bu gün dinamik texnoloji inkişafa uyğun olaraq hərbi sənaye də sürətlə inkişaf edir, döyüşlərin aparılmasına təsir edən yeni hərbi-texniki yeniliklər meydana çıxır. Təbii ki, bütün bunlar Azərbaycan rəhbərliyi tərəfindən diqqətlə izlənilir, ordumuzun döyüş imkanlarının artırılması istiqamətində bütün texnoloji məsələlər nəzərə alınır. Dövlət büdcəsindən ayrılan xərclər isə göstərir ki, Azərbaycan dövlətinin ordunun döyüş qüdrətini ən müasir səviyyədə saxlamaq üçün lazımi imkanları var.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müəllim və şagirdlər Novruz bayramını birlikdə qeyd ediblər

11:00
20 Mart

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub  

10:59
20 Mart

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

10:57
20 Mart

KOB evləri sahibkarların ən çox üz tutduqları ünvana çevrilir

09:20
20 Mart

Novruz bayramı rənglər dünyasında

09:15
20 Mart

Nur şəhəri Mingəçevirə bayram nuru çiləndi

09:10
20 Mart

Tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü

09:05
20 Mart

İrəvan çıxılmaz durumdadır

09:00
20 Mart

Zəfər coşqulu Novruz

08:55
20 Mart

Ermənistan sülh prosesinə təxribatla cavab verir

08:50
20 Mart

Ermənistan sülhlə yox, odla oynayır

08:45
20 Mart

Hayastana etibar yoxdur

08:40
20 Mart

Novruz ənənələrində hər bölgənin izi var

08:35
20 Mart

Ağdamda bayram tonqalları şölələndi

08:30
20 Mart

Tərtərdə bayram sevinci yaşandı

08:25
20 Mart

Maskalar yırtılır, həqiqətlər üzə çıxır

08:20
20 Mart

Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmiş şər yuvalarının layiqli sonu

08:15
20 Mart

USAID casus şəbəkəsi ifşa olundu

08:10
20 Mart

USAID ABŞ ilə etibarsız əməkdaşlıq imici formalaşdırırdı 

08:05
20 Mart

Son 5 ilin Novruzu

08:00
20 Mart

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 

01:51
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!