13 May 2025 18:02
21274
Tədbirlər
A- A+
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub YENİLƏNİB 

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub YENİLƏNİB 

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, artıq milli brendə çevrilmiş “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-da başa çatacaq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq, bu il sərgilər 4 gün davam edəcək.

Sərgilərin coğrafiyası dünyanın bir çox yerini əhatə etməklə, olduqca genişdir. Burada ABŞ, Çin, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı kənd təsərrüfatı istehsalçıları məhsullarını nümayiş etdirirlər. Qeyd edək ki, Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində təmsil olunur.

Dövlətimizin başçısı İtaliyanın stendi ilə tanış oldu. “İtaliya Respublikasının Milli Qrupu”nda ümumilikdə 7 şirkət təmsil olunur. Onlar müxtəlif kənd təsərrüfatı məhsullarını təqdim edirlər. İtaliya bu sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Odur ki, bu ölkə 10 ildən çoxdur ki, sərgilərdə iştirak edir.

Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. Ötən illər ərzində 50-dək ölkədən 3 mindən çox şirkət və 150 mindən artıq ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Burada təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, sərgi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun gücləndirilməsinə də töhfə verir.

Almaniya da sərgidə mütəmadi olaraq iştirak edir. “Almaniya Milli Qrupu”nda kənd təsərrüfatı məhsullarını təqdim edən 8 şirkət təmsil olunur. Bu şirkətlər yalnız Almaniyada deyil, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dünyanın tanınmış şirkətləridir. Qeyd edək ki, Almaniya 5 ildir ki, sərgilərə qatılır.

Sərgilər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Eyni zamanda, sərgilərə Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası fəal şəkildə dəstək verir.

Cənubi Koreyanın stendində 3 şirkət təmsil olunur. Onlar kənd təsərrüfatı məhsulları sahəsində tanınmış şirkətlərdir. Bu şirkətlər meyvəsoyma və emal avadanlıqları, meyvə-bağçılıq materialları üzrə ixtisaslaşıblar. Eyni zamanda, şirkətlərin biri süni intellektə əsaslanan sistemlə ağıllı heyvandarlıq monitorinqi və idarəetməsi sahəsində xidmətlərini təklif edir. Cənubi Koreya artıq ikinci ildir ki, sərgidə iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyi bu il də sərgilərdə stendlə iştirak edir. 2025-ci ildə nazirliyin iştirakının əsas mövzusu süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlıdır. Belə ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi prioritet kimi müəyyən olunub. Sərgilər çərçivəsində Nazirlik süni intellektin tətbiqi ilə bağlı bir neçə layihəni iştirakçılara təqdim edəcək. Hazırda gündəmdə olan əsas məsələlərdən biri Azərbaycan universitetlərində süni intellekt istiqamətində təhsil alan tələbələr və bazarda olan böyük aqroparklar arasında sinerjinin yaradılmasıdır.

Prezident İlham Əliyev Gürcüstanın stendi ilə də tanış oldu. “Gürcüstan Milli Qrupu”nda 8 şirkət var. Onlar əsasən qida məhsullarını təqdim edirlər. Gürcüstan da bu sərgilərə böyük maraq göstərir. İndiyədək bu ölkə 10 dəfə sərgilərdə təmsil olunub.

“Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Buraya kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, məhsulların distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar toplaşır.

Ekspozisiyada “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də yer alır.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi, bu il də “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər.

Uzun illərdir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirakı üçün stend təşkil edir. Şirkətlər bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr quraraq, inkişaf edir.

Belarus da sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Milli stenddə qida məhsulları istehsal edən 15 şirkət təmsil olunur. Onlar pendirin, ətin qablaşdırılması və emalı, süd sənayesi kimi sahələrdə ixtisaslaşmış şirkətlərdir. Bundan başqa Belarusun kənd təsərrüfatı texnikası da sərgidə geniş təmsil olunur. Qeyd edək ki, 10 ildən çoxdur bu ölkə sərgilərdə iştirak edir.

Prezident İlham Əliyev sərgilərin açıq hissəsində nümayiş etdirilən texnika və pavilyonlarla tanış oldu. Sərgilər Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılmasına, xarici investisiyaların cəlb edilməsinə imkan yaradır, eyni zamanda, qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır. Sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq, “Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!