15 Fevral 2026 12:53
564
DÜNYA
A- A+
Politoloq Aleksandr Kovalenko: Azərbaycan-Ukrayna münasibətləri daim kifayət qədər yüksək səviyyədə olub 

Politoloq Aleksandr Kovalenko: Azərbaycan-Ukrayna münasibətləri daim kifayət qədər yüksək səviyyədə olub 


Ukrayna ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq xarakteri daşıyıb və kifayət qədər yüksək səviyyədə olub. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Münxen Təhlükəsizlik Konfransı platformasında görüşün keçirilməsi təəccüblü deyil. Xüsusilə, son beynəlxalq vəziyyət və Ukraynada baş verən hadisələr kontekstində müzakirə ediləcək çox məsələ var idi. Azərbaycan Ukraynanın uzunmüddətli müttəfiqidir və humanitar sahədə Ukraynaya kömək edir, Rusiyanın ölkəmizə tammiqyaslı işğalının ilk günlərindən onu dəstəkləyir.

Bu fikirləri Ukraynalı politoloq Aleksandr Kovalenko AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Onun sözlərinə görə, Azərbaycan Ukraynadan qaçqınların qəbuluna və xüsusilə müharibə zonasından olan ukraynalı uşaqların reabilitasiyasına kömək edir.

“Ölkəmizə qarşı energetika terrorizminin başlanğıcında Azərbaycanın dəstəyi çox vacib və həlledici idi. 2022-ci ildən bəri Ukraynanın enerji təchizatını bərpa etməyə kömək edən çoxlu sayda avadanlıq, generator və digər alət göndərilib. Paytaxtın kütləvi düşmən hücumlarına, Ukraynanın şəhər və qəsəbələrinin daim enerji terroruna məruz qaldığı çox çətin, mürəkkəb və bəlkə də ən kritik qış dövründə Azərbaycandan humanitar yardım gəlməyə davam etdi və bu, enerjinin bərpasına kömək oldu”.

Politoloq daha sonra qeyd edib: “Əlbəttə, liderlər arasında keçirilən bu görüş çox əhəmiyyətli idi; enerji və humanitar məsələlər müzakirə olundu, müxtəlif məsələlərdə qarşılıqlı dəstək ifadə edildi. Sözsüz ki, bu görüş həm də gələcəyə həsr olunmuşdu. Axı Azərbaycan neft məhsulları və qaz da daxil olmaqla Ukraynaya enerji təchizatında kömək edən bir dövlətdir ki, bu da ölkəmizin enerji müstəqilliyinə doğru gələcək inkişafı və Rusiyanın enerji ehtiyatlarından tamamilə uzaqlaşması üçün çox vacibdir”.

Onun sözlərinə görə, dövlət başçılarının görüşü hər iki tərəf üçün çox mühüm idi və onun açıq-aşkar görünən son dərəcə səmimi bir ab-havada keçdiyini nəzərə alsaq, nəticələrin kifayət qədər yüksək səviyyədə olacağına böyük əminlik yaranır.

A. Kovalenko vurğulayıb: “Əlbəttə, məlum səbəblərdən hazırda nəticələr barədə açıq danışmırıq. Amma əminəm ki, onlar ikitərəfli münasibətlərimizin daha da inkişafına təsir edəcək. Digər məsələlərlə yanaşı, çox əminəm ki, Azərbaycanın Ağ Ev tərəfindən başlanan siyasi tendensiyalarda, eləcə də Avropa İttifaqının özündə artıq baş verən bir sıra digər vacib siyasi prosesdə ciddi iştirakını nəzərə alsaq, siyasi və geosiyasi kontekst məsələləri də qaldırıldı. Buna görə də görüş tamamilə məntiqli və fikrimcə, olduqca məhsuldar keçdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!